Məhkəmə qərarları › İş №2(043)-1681/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1681/2021

03.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1681/2021 03.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək 31.07.2019-cu il tarixli müqaviləyə əsasən, İMEi kodu **********72485 “Huawei P smart” markalı telefon üçün 187 manat ödənilməmiş hissə, 55 manat dəbbə pulu; 05.02.2020-ci il tarixli müqaviləyə əsasən, İMEi kodu **********09289 “Nokia 7.1” markalı telefon üçün 315,40 manat ödənilməmiş hissə, 94,60 manat dəbbə pulu, 18.03.2020-ci il tarixli müqaviləyə əsasən məhsulun təmiri üçün 22 manat ödənilməmiş hissə, 0 manat cərimə, ümumilikdə 674 manat borc və 30 manat dövlət rüsumu, cəmi 704 (yeddi yüz dörd) manat Cavabdeh alınaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC-nin arasında bağlanmış 31.07.2019, 05.02.2020 və 18.03.2020-ci il tarixli müqavilələrə əsasən, İMEi kodu **********72485 “Huawei P smart” markalı telefon, İMEi kodu **********09289 “Nokia 7.1” markalı telefon üçün və məhsulun təmiri üçün 674 manat məbləğində borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 31.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 602 (altı yüz iki) manat (12 ay x 46 manat + 50 manat ilkin ödəniş) olan İMEi kodu **********72485 “Huawei P smart” markalı telefon üçün 187 manat ödənilməmiş hissə, 55 manat dəbbə pulu, 05.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 648,40 (altı yüz qırx səkkiz manat, qırx qəpik) manat (12 ay x 45.7 manat + 100 manat ilkin ödəniş) olan MEi kodu **********09289 “Nokia 7.1” markalı telefon üçün 315,40 manat ödənilməmiş hissə, 94,60 manat dəbbə pulu, 18.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 66 (altmış altı) manat (2 ay x 22 manat + 22 manat ilkin ödəniş) olan məhsulun təmiri üçün ümumilikdə 22 manat olmaqla, 22 manat ödənilməmiş hissə, 0 manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 792 (yeddi yüz doxsan iki) manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Buna görə də iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi X3 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbini telefonun təmiri üçün 22 manat ödənilməmiş hissəsində qəbul etməyərək həmin borcu ödədiyini bildirdi və bu barədə qəbzləri məhkəməyə təqdim etdi və əlavə olaraq dəbbə pulunun yüksək hesablandığını bildirib azaldılmasını, borcnun ödənilməsi üçün ona vaxt verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış müqavilələrdən görünür ki, cavabdeh "xxxx" MMC-dən 31.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 602 manat (12 ay x 46 manat + 50 manat ilkin ödəniş) olan “Huawei P smart” markalı telefon, 05.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 648,40 manat (12 ay x 45.7 manat + 100 manat ilkin ödəniş) olan Nokia 7.1”m markalı telefon almışdır. İş materiallarına əlavə edilmiş 02.04.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 31.07.2019-cu il tarixli müqaviləyə əsasən, “Huawei P smart” markalı telefon üçün 187 manat ödənilməmiş hissə, 55 manat dəbbə pulu; 05.02.2020-ci il tarixli müqaviləyə əsasən, “Nokia 7.1” markalı telefon üçün 315,40 manat ödənilməmiş hissə, 94.60 manat dəbbə pulu; 18.03.2020-ci il tarixli müqaviləsinə əsasən, təmir üçün 22 manat ödənilməmiş hissə, 0 manat dəbbə pulu; cəmi 674 manat borcu vardır. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 18.03.2020-ci il tarixli, 20184512 nömrəli xidmət razılaşmadan və 18.03.2020 və 17.09.2020-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, məhsulun təmiri üçün 44 manat (2 ay x 22 manat) məhsulun təmiri üçün tərəflər razılığa gəlmişlər, göstərilən məbləğ Cavabdeh tərəfindən "xxxx" MMC-nin hesabına ödənilmişdir. İş materiallarına əlavə edilmiş 17.09.2020-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh 18.03.2020-ci il tarixli müqavilə üzrə 22 manat məbləğində ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş 18.03.2020-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh 18.03.2020-ci il tarixli müqavilə üzrə 22 manat məbləğində ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş 04.02.2021-ci il tarixli Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, müqavilələr üzrə yaranmış borc məbləği könüllü olaraq ödənilmədiyi təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh "xxxx" MMC ilə 31.07.2019-cu il tarixli müqaviləsinə “Huawei P smart” markalı telefon almış, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun "xxxx" MMC-nə 187 manat əsas borcu qalmış, qalıq borca 55 manat dəbbə pulu hesablanmışdır; 05.02.2020-ci il tarixli müqaviləsinə əsasən “Nokia 7.1” markalı telefon üçün almış, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun "xxxx" MMC-nə 315,40 manat əsas borcu qalmış, qalıq borca 94,60 manat dəbbə pulu hesablanmışdır; 18.03.2020-ci il tarixli müqaviləsinə əsasən məhsulun təmiri üçün 22 manat ödənilməmiş borc göstərilsə də məhkəməyə təqdim olunmuş qəbzdən görünür ki, telefon təmiri üçün nəzərdə tutulan 44 manat məbləğində pul cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. Məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, 149,60 manat məbləğində dəbbə pulu azaldılaraq 30 (otuz) manat məbləğində müəyyən edilməlidir. Məhkəmə, eyni zamanda, qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Bu səbəbdən də, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, nisyə alqı-satqı müqavilələri üzrə 502.40 (beş yüz iki manat qırx qəpik) manat ödənilməmiş əsas borc, 30 (otuz) manat dəbbə pulu olmaqla, cəmi 532.40 (beş yüz otuz iki manat qırx qəpik) manat borc və 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, "xxxx" MMC-yə ödənilməlidir. İddia tələbi digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 502.40 (beş yüz iki manat qırx qəpik) manat ödənilməmiş əsas borc, 30 (otuz) manat dəbbə pulu, ümumilikdə 532 (beş yüz otuz iki) manat borc pul və 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar