Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1682/2020 16.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 450 (dörd yüz əlli) manat borc məbləğinin, 1500 (bir min beş yüz) manat zərərin əvəzinin ödənilməsinə və ödədiyi 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsalandırmışdır ki, Gəncə şəhəri N.Nərimanov prospekti 188-190 saylı ünvanda yerləşən mağazanı icarəyə götürüb işlədir. Həmin mağazada ticarət avadanlıqları və müxtəlif tipli mağazada istifadə olunan soyuducular alıb satır. Cavabdeh 2013-cü ildə onun icarəyə götürüb işlətdiyi mağazaya gələrək ondan 1150 manat dəyərində 1 ədəd vitrin soyuducusu almışdır. O həmin soyuducunu Cavabdeh vermişdir. Cavabdeh hər ay 100 manat olmaqla həmin vitrin soyuducusunun pulunu tam ödəmişdir. 2018-ci ilin iyun ayında yenidən Cavabdeh mağazaya gələrək, ondan bir ədəd 285 manat dəyərində toster, 780 manata dəyərində dönər aparatı alıb aparmışdır. Təxminən 1 aydan sonra Cavabdeh onun işlətdiyi mağazaya gələrək ondan 1 ədəd 650 manat dəyərində su dondurucu şkafı və 1 ədəd 500 manat dəyərində 330 litirlik su dondurucusu almışdır. Həmin avadanlıqlara görə Cavabdeh ona hər ay 2018-ci ilin oktyabr ayına kimi 50 manat pul vermişdir. Bundan sonra cavabdeh, aldadaraq onun telefon zənglərinə cavab verməmiş, ondan qaçıb gizlənmişdir. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh Bakı şəhərində cinayət törətdiyinə görə həbs olunmuşdur. Hazırda Cavabdeh ona 1700 manat pul borcu qalmışdır. Cavabdeh barəsində Bakı şəhəri Binəqədi RPİ-nin İstintaq Şöbəsində cinayət işi gedən zaman o polis idarəsində olmuş və işi aparan müstəntiqə ərizə ilə müraciət edərək ifadə vermişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxx 2019-cu il tarixli qərarla müəyyən edilmişdir ki, Cavabdeh həbs olunduğundan ödənişləri etmək onun imkanı xaricində olmuşdur. Həmçinin həmin qərarlarla müəyyən olunmuşdur ki, Cavabdeh əməlində dələduzluq cinayətinin tərkibi müəyyən olunmamışdır və ona mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasında məhkum edilmişdir. Hazırda Cavabdeh cəzasını çəkib qurtarmışdır. Lakin buna baxmayaraq cavabdehin ona olan borcunu ödəməkdən yayınır. Hər dəfə mənə yalan vədlər verərək bildirmişdir ki, “narahat olma, sənə borcum olduğunu bilirəm, qaytaracağam” deyərək onu aldatmışdır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh X3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Binəqədi Rayon Polis Şöbəsinin İstintaq Şöbəsinin müstəntiqi X1 ********* saylı cinayət işi üzrə xx xxxx 2019-cu il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Cavabdeh İddiaçı 1700 manat məbləğində borcunun olduğu və Cavabdeh əməlində dələduzluq cinayətinin tərkibi müəyyən olunmadığından iddiaçıya mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Məhkəmə iddiaçının izahatını və iddiaçı tərəfindən təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Tərəflər arasında şifahi qaydada bağlanmış nisyə alğı-satqı müqaviləsi bağlanmış, iddiaçı satıcı kimi öz öhdəliyini icra edərək alınan malları cavabdehə təhvil vermişdir. Cavabdeh malın dəyərini ödəmək öhdəliyini icra etməmişdir. İddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsində nəzərdə tutulmuş hüququndan istifadə edərək satılmış malın dəyərinin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Həmin qanunun 9.1.20-ci maddəsinə əsasən müharibə veteranları məhkəməyə verilən iddia ərizələri verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunur. İş materiallarına əlavə edilmiş vəsiqənin surətindən görünür ki, İddiaçı Kəlbəcər rayonundan məcburi köçkündür. Buna görə də o, dövlət rüsumunun ödənilməsindən azad edilmişdir. İddia təmin edildiyindən ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 241.1-ci maddəsinı görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. 244-cü maddəsinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222, 238- 245, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh X2 1700 (bir min yeddi yüz) manat pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh X2 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Cavabdeh qiyabi qətnamənin rəsmi qaydada verildiyi vaxtdan sonra 10 (on) gün müddətində onun ləğvi barədə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra qiyabi qətnamənin rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay ərzində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-1682/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(043)-1682/2020
16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver