Məhkəmə qərarları › İş №2(043)-1683/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1683/2020

12.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1683/2020 12.06.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Vəli Əsgər oğlunun sədrliyi, Şıxməmmədov İlkin Məzahir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə müraciət edərək cavabdehlə birgə nikahdan olan xx xxxxxxxx 2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən tutulan alimentin artırılaraq, hər ay sabit pul məbləğilə 170 manata çatdırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddiasını bununla əsaslandırmışdır ki, X8 Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx xxxxxxxx 2005-ci il təvəllüdlü X2 onun yanında saxlanması və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 50 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsi qət edilmişdir. Həmin vaxtdan sonra aliment bir neçə dəfə artırılmışdır. X5 Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(104)- 1179/2019 saylı qətnaməsi ilə alimentin miqdarı 154 manat həddində müəyyən edilmişdir. Hazırda qızı Fatimə böyüyüb, saxlanma xərcləri artıb, eləcə də uşaqların saxlanması üçün ölkə üzrə müəyyən olunmuş yaşayış minimumu da dəyişdirilmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Lakin məhkəməyə ərizə təqdim edərək iddianı müdafiə etdiyini bildirərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, o iddianı qəbul etmir, hazırda heç bir yerdə işləmir, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti güclə ödəyir. Həmçinin yenidən ailə qurduğunu və birgə nikahdan üç övladının doğulduğunu bildirdi. Bütün bunların nəzərə alınaraq, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş: Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(104)-1179/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh xx xxxxxxxx 2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Gəncə şəhəri Kəpəz rayonu VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, AZ-İ № 687027 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx xxxxxxxx 2005-ci ildə X3 şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası Hüseynova(Ələkbərova) Gülmira Yaşar qızıdır. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq və məhkəmədə tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Bu səbəbdən də, məhkəmə hazırkı iddia tələbi ilə bağlı bütün diqqətəlayiq hallara aydınlıq gətirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər bir valideyn övladını tərbiyə edib sağlam böyütməlidir. Bu onun həm müqəddəs arzusu və haqqı, həm də müqəddəs öhdəliyidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1 və 58-ci maddələri, X6 Azərbaycan Respublikası Qanununun 19-cu maddəsi və X6 BMT Konvensiyasının 27-ci maddəsi də eyni mətləbdən bəhs edir. Həmin normaların tələbinə görə valideynlər öz uşaqlarının təlim-tərbiyəsinin və inkişafının təmin olunmasında bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə, valideynlər uşaqlarını saxlamağa borcludur və bu borcun yerinə yetirilməsi valideynlərin fəaliyyət qabiliyyətli, əmək qabiliyyətli olub-olmamasından, habelə uşaqların öz valideynlərinin köməyinə ehtiyac duyub-duymamalarından asılı deyildir. Ailə Məcəlləsinin 75.4-cü maddəsi məhkəmələrə yetkinlik yaşına çatmayan uşağın təminatından yayınan valideynləri uşaqlarını saxlamağa məcbur etmək səlahiyyət verir və məhkəmə də hazırkı iddia üzrə həmin səlahiyyətindən istifadə etmək qətiyyətindədir. Göstərilənlərdən başqa, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onlları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Əsas qanunumuzun 34-cü maddəsinin İV bəndinə əsasən isə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. X6 Azərbaycan Respublikası qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. X1 X6 Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, cavabdehin 154 manat məbləğində ödədiyi aliment uşağın bioloji varlığı, sağlam inkişafını, onun qida, geyim, müalicə, istirahət və s. tələblərinin ödənilməsi üçün kifayət edə bilməz. Buna görə də, alimentin artırılması barədə iddia birmənalı olaraq təmin edilməlidir. Həmin alimentin miqdarına gəldikdə isə, məhkəmə aşağıdakıları qeyd edir: Ailə Məcəlləsinin 78.1 və 78.2-ci maddələrinin tələbinə görə əgər aliment verəcək şəxsin qazancı və gəliri yoxdursa alimentin miqdarı tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq digər hallar nəzərə alınmaqla, eyni zamanda uşağın əvvəlki təminat səviyyəsini mümkün qədər saxlamaq şərtilə sabit pul məbləği ilə müəyyən olunur. Ona görə məhkəmə yekun qərar qəbul edən zaman göstərilən maddələrə istinad etmək istəyir. Çünki iddiaçı cavabdehin qazancı və ya gəlirləri barədə heç bir sübut təqdim edə bilmir. Belə şəraitdə məhkəmə sabit pul məbləğinin həddini müəyyən etmək üçün mümkün məntiqi meyar kimi, «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında qanuna» istinad edəcəkdir. Həmin qanun uşaqlar üçün aylıq yaşayış minimumunun həddini 170 manat müəyyən etmişdir. Qanunun mənasına görə ay ərzində uşağın saxlanılmasından ötrü göstərilən məbləğdən az vəsaitin xərclənməsi uşağın bioloji varlığını, normal təminatını və inkişafını təhlükə altında qoyardı. Ona görə də məhkəmə təyin edəcəyi alimentin miqdarını göstərilən məbləğə yaxın, yəni 160 manat həddində müəyyən etmək istəyir. Məhkəmə belə qərara gələn zaman alimentin bundan əvvəlki məbləğini müəyyən edən məhkəmə qətnaməsindən bu günədək keçən dövr ərzində cavabdehin gəlirlərində əsaslı dəyişikliklərin baş vermədiyini və bu barədə iddiaçının heç bir sübut təqdim etmədiyini də nəzərə alır. Bundan başqa, məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən 30 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə keçirilməlidir. Beləliklə, məhkəmə şərh olunanlara əsaslanaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutub QƏT ETDİ: İddia qismən təmin olunsun. Bu qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq Cavabdeh tərəfindən xx xxxxxxxx 2005-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ödənən alimentin miqdarı artırılsın və hər ay sabit pul məbləğilə 160 (bir yüz altmış) manat məbləğində aliment ondan tutularaq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində X8 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vəli Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar