Məhkəmə qərarları › İş №2(043)-1692/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1692/2020

24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1692/2020 24.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, iddiaçı «xxxxxxxxxxx» MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «xxxxxxxxxxx» MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEi kodu **********86321 Nokia 3.1 Plus DS telefon üçün 208 (iki yüz səkkiz) manat ödənilməmiş hissə, 62 (altmış iki) manat dəbbə pulu, cəmi 270 (iki yüz yetmiş) manat; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung markalı LED televizor üçün 990 (doqquz yüz doxsan) manat ödənilməmiş hissə, 128 (bir yüz iyirmi səkkiz) manat dəbbə, cəmi 1118 (bir min bir yüz on səkkiz) manat; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEi kodu **********74641 Samsung Galaxy A30 telefon, Soyuducu LG üçün 1314 (bir min üç yüz on dörd) manat ödənilməmiş hissə, 394 (üç yüz doxsan dörd) manat dəbbə pulu, cəmi 1708 (bir min yeddi yüz səkkiz) manat; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEi kodu **********95383 Samsung Galaxy A20 markalı telefon üçün 480 (dörd yüz səksən) manat ödənilməmiş hissə, 60 (altmış) manat dəbbə pulu, cəmi 540 (beş yüz qırx) manat; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung markalı paltaryuyan üçün 960 (doqquz yüz altmış) manat ödənilməmiş hissə, 54 (əlli dörd) manat dəbbə, cəmi 1014 (bir min on dörd) manat olmaqla ümumilikdə 4650 (dörd min altı yüz əlli) manat borc və 30 manat dövlət rüsumu, cəmi 4680 (dörd min altı yüz səksən) manat Cavabdeh alınaraq, «xxxxxxxxxxx» X2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə «xxxxxxxxxxx» MMC-nin arasında bağlanmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən, İMEi kodu **********86321 Nokia 3.1 Plus DS telefon, Samsung markalı LED televizor, İMEi kodu **********74641 Samsung Galaxy A30 telefon, Soyuducu LG, İMEi kodu **********95383 Samsung Galaxy A20 markalı telefon və Samsung markalı paltaryuyan almış və nəticədə 4650 (dörd min altı yüz əlli) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 378 (üç yüz yetmiş səkkiz)manat (6 ay x 52 manat+ 66 manat ilkin ödəniş) olan İMEi kodu **********86321 Nokia 3.1 Plus DS telefon üçün 270 (iki yüz yetmiş) manat olmaqla, ondan 208 (iki yüz səkkiz) manat ödənilməmiş hissə, 62 (altmış iki) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 1020 (bir min iyirmi)manat (11 ay x 90 manat + 30 manat ilkin ödəniş) olan Samsung markalı LED televizor üçün 1118 (bir min bir yüz on səkkiz) manat olmaqla ondan, 990 (doqquz yüz doxsan) manat ödənilməmiş hissə, 128 (bir yüz iyirmi səkkiz)manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1970 (bir min doqquz yüz yetmiş)manat (2 ay x 657 manat + 656 manat ilkin ödəniş) olan İMEi kodu **********74641 Samsung Galaxy A30 telefon, Soyuducu LG üçün 1708 (bir min yeddi yüz səkkiz) manat olmaqla ondan 1314 (bir min üç yüz on dörd) manat ödənilməmiş hissə, 394 (üç yüz doxsan dörd) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 498 (dörd yüz doxsan səkkiz)manat (12 ay x 40 manat + 18 manat ilkin ödəniş) olan İMEi kodu **********95383 Samsung Galaxy A20 markalı telefon üçün 540 (beş yüz qırx) manat olmaqla ondan 480 (dörd yüz səksən) manat ödənilməmiş hissə, 60 (altmış) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 1080 (bir min səksən)manat (18 ay x 60 manat + 0 manat ilkin ödəniş) olan Samsung markalı paltaryuyan üçün 1014 (bir min on dörd) manat olmaqla ondan, 960 (doqquz yüz altmış) manat ödənilməmiş hissə, 54 (əlli dörd)manat dəbbə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 994 (doqquz yüz doxsan dörd) manat təşkil edir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Buna görə də iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında «xxxxxxxxxxx» MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında heç bir üzrlü səbəb göstərmədən iştirak etməmişdir. Məhkəmə MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə baxışını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş, Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmış müqavilələrdən görünür ki, cavabdeh «xxxxxxxxxxx» MMC-dən xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 378 (üç yüz yetmiş səkkiz)manat (6 ay x 52 manat+66 manat ilkin ödəniş) olan İMEi kodu **********86321 Nokia 3.1 Plus DS telefon; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1020 (bir min iyirmi)manat (11 ay x 90 manat+ 30 manat ilkin ödəniş) olan Samsung markalı LED televizor; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1970 (bir min doqquz yüz yetmiş)manat (2 ay x 657 manat + 656 manat ilkin ödəniş) olan İMEi kodu **********74641 Samsung Galaxy A30 telefon, Soyuducu LG; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 498 (dörd yüz doxsan səkkiz)manat (12 ay x 40 manat+ 18 manat ilkin ödəniş) olanİMEi kodu **********95383 Samsung Galaxy A20 markalı telefon; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1080 (bir min səksən)manat (18 ay x 60 manat+ 0 manat ilkin ödəniş) olan Samsung markalı paltaryuyan almışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEi kodu **********86321 Nokia 3.1 Plus DS telefon üçün 208 (iki yüz səkkiz) manat ödənilməmiş hissə, 62 (altmış iki) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung markalı LED televizor üçün 990 (doqquz yüz doxsan) manat ödənilməmiş hissə, 128 (bir yüz iyirmi səkkiz) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEi kodu **********74641 Samsung Galaxy A30 telefon, Soyuducu LG üçün 1314 (bir min üç yüz on dörd) manat ödənilməmiş hissə, 394 (üç yüz doxsan dörd) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEi kodu **********95383 Samsung Galaxy A20 markalı telefon üçün 480 (dörd yüz səksən) manat ödənilməmiş hissə, 60 (altmış) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung markalı paltaryuyan üçün 960 (doqquz yüz altmış) manat ödənilməmiş hissə, 54 (əlli dörd) manat dəbbə pulu, ümumilikdə 4650 (dörd min altı yüz əlli) manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh «xxxxxxxxxxx» MMC ilə xx.xx.2019-cu il tarixli müqaviləsinə İMEi kodu **********86321 Nokia 3.1 Plus DS telefon almış, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun «xxxxxxxxxxx» MMC-nə 208 (iki yüz səkkiz) manat əsas borcu qalmış, qalıq borca 62 (altmış iki) manat dəbbə pulu hesablanmışdır; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən Samsung markalı LED televizor almış, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun «xxxxxxxxxxx» MMC-nə 990 (doqquz yüz doxsan) manat əsas borcu qalmış, qalıq borca 128 (bir yüz iyirmi səkkiz) manat dəbbə pulu hesablanmışdır; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İMEi kodu **********74641 Samsung Galaxy A30 telefon, Soyuducu LG almış, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun «xxxxxxxxxxx» MMC-nə 1314 (bir min üç yüz on dörd) manat əsas borcu qalmış, qalıq borca 394 (üç yüz doxsan dörd) manat dəbbə pulu hesablanmışdır; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İMEi kodu **********95383 Samsung Galaxy A20 markalı telefon almış, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun «xxxxxxxxxxx» MMC-nə 480 (dörd yüz səksən) manat əsas borcu qalmış, qalıq borca 60 (altmış) manat dəbbə pulu hesablanmışdır; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən Samsung markalı paltaryuyan almış, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun «xxxxxxxxxxx» MMC-nə 960 (doqquz yüz altmış) manat əsas borcu qalmış, qalıq borca 54 (əlli dörd) manat dəbbə pulu hesablanmışdır. Lakin, məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, 698 (altı yüz doxsan səkkiz) manat məbləğində hesablanmış dəbbə pulu azaldılmalı və 200 (iki yüz) manat məbləğində müəyyən edilməlidir. Məhkəmə, eyni zamanda, qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Bu səbəbdən də, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, nisyə alqı-satqı müqavilələri üzrə 3952 (üç min doqquz yüz əlli iki) manat ödənilməmiş əsas borc, 200 (iki yüz) manat dəbbə pulu olmaqla, cəmi 4152 (dörd min bir yüz əlli iki) manat və 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, «xxxxxxxxxxx» MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3952 (üç min doqquz yüz əlli iki) manat ödənilməmiş əsas borc, 200 (iki yüz) manat dəbbə pulu, 30 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 4182 (dörd min bir yüz səksən iki) manat pul tutularaq iddiaçı «xxxxxxxxxxx» MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində X4 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar