Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1699/2020 08.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, iddiaçı «xxxxxxxxxxx» X1 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı «xxxxxxxxxxx» X1 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı «xxxxxxxxxxx» X3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli, müqavilə üzrə 250 manat ödənilməmiş hissə, 78 manat dəbbəpulu,xx.xx.2019-cu il tarixli, müqavilə üzrə 385 manat ödənilməmiş hissə, 99 manat dəbbəpulu, xx.xx.2019-cu il tarixli, müqavilə üzrə 1080 manat ödənilməmiş hissə, 108 manat dəbbəpulu, xx.xx.2019-cu il tarixli, müqavilə üzrə 72 manat ödənilməmiş hissə, 22 manat dəbbəpulu, xx.xx.2019-cu il tarixli, müqavilə üzrə 972 manat ödənilməmiş hissə, 97 manat dəbbəpuluolmaqla, 3163 (üç min bir yüz altmış üç ) manatpulun və 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq xeyrlərinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı «xxxxxxxxxxx» MMC-in nümayəndəsi X4 iddianı müdafiə edib izahatında göstərdi ki, cavabdehlə «xxxxxxxxxxx» MMC arasında xx.xx.2018-ci il tarixli müqavilə əsasında iddiaçı cavabdehə 851 manat dəyərində olan X8 6 telefon , Power Bank mi 10000, xx.xx.2019-cu il tarixli, müqavilə əsasında 715 manat dəyərində olan Sony Xperia Xa1 Ultra Telefon , Playstation-4 Pult, Disk Playstation 4, xx.xx.2019-cu il tarixli, müqavilə əsasında iddiaçı cavabdehə 1080 manat dəyərində olan LG markalı paltaryuyan, xx.xx.2019-cu il tarixli, nömrəli müqavilə əsasında iddiaçı cavabdehə 72 manat dəyərində olan Power Bank Mİ 20000 və xx.xx.2019-cu il tarixli müqavilə əsasında iddiaçı cavabdehə 972 manat dəyərində olan HOFFMANN markalı LED televizor satmışdır. Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən boyun qaçırdığı üçün məhkəməyə müraciət etmişlər. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2018-ci il tarixli, ******* nömrəli müqavilədən görünür ki, cavabdeh «xxxxxxxxxxx» MMC-dən hissə-hissə ödəmək şərti ilə 851 manat dəyərində olan X8 6 telefon , Power Bank mi 10000 almışdır. xx.xx.2019-cu il tarixli, 00579762 müqavilədən görünür ki, cavabdeh «xxxxxxxxxxx» MMC-dən hissə-hissə ödəmək şərti ilə 715 manat dəyərində olan Sony Xperia Xa1 X5-4 Pult, Disk Playstation 4 almışdır. xx.xx.2019-cu il tarixli, 00816963 müqavilədən görünür ki, cavabdeh «xxxxxxxxxxx» MMC-dən hissə-hissə ödəmək şərti ilə 1080 manat dəyərində olan LG markalı paltaryuyan almışdır. xx.xx.2019-cu il tarixli, 00816985 nömrəli müqavilədən görünür ki, cavabdeh «xxxxxxxxxxx» MMC-dən hissə-hissə ödəmək şərti ilə 72 manat dəyərində olan Power Bank Mİ 20000 almışdır. xx.xx.2019-cu il tarixli 00818313 nömrəli müqavilədən görünür ki, cavabdeh «xxxxxxxxxxx» MMC-dən hissə-hissə ödəmək şərti ilə 972 manat dəyərində olan HOFFMANN markalı LED televizor almışdır. xx xxxx 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehiniddiaçıyaxx.xx.2018-ci il tarixli, 00364981 nömrəli müqavilə üzrə 250 manat ödənilməmiş hissə, 78 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli, 00579762 nömrəli müqavilə üzrə 385 manat ödənilməmiş hissə, 99 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli, 00816963 nömrəli müqavilə üzrə 1080 manat ödənilməmiş hissə 108 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli 00816985 nömrəli müqavilə üzrə 72 manat ödənilməmiş hissə 22 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli, 00818313 nömrəli müqavilə üzrə 972 manat ödənilməmiş hissə 97 manat dəbbə pulu olmaqla ümumilikdə 3163 (üç min bir yüz altmış üç ) manatborcu qalmışdır. «xxxxxxxxxxx» MMC-in Cavabdeh ünvanladığı xx.xx.2020-ci il tarixli xəbərdardıqdan görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq etmişdir; Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; MM-in 598.1-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutlmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir; MM-in 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; MM-in 601-ci maddəsinin tələbinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öztələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə iş üzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdeh müqavilə üzrə öhdəliyin vaxtında icra etmədiyi üçün borcu yaranmışdır. Belə olan halda xx.xx.2018-ci il tarixli, 00364981 nömrəli müqavilə üzrə 250 manat ödənilməmiş hissə, 78 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli, 00579762 nömrəli müqavilə üzrə 385 manat ödənilməmiş hissə, 99 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli, 00816963 nömrəli müqavilə üzrə 1080 manat ödənilməmiş hissə, 108 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli, 00816985 nömrəli müqavilə üzrə 72 manat ödənilməmiş hissə, 22 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli, 00818313 nömrəli müqavilə üzrə 972 manat ödənilməmiş hissə, 97 manat dəbbə pulu olmaqla ümumilikdə 3163 (üç min yüz altmış üç ) manatcavabdehdən alınaraq «xxxxxxxxxxx» MMC-in xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli, 00364981 nömrəli müqavilə üzrə 250 manat ödənilməmiş hissə, 78 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli, 00579762 nömrəli müqavilə üzrə 385 manat ödənilməmiş hissə, 99 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli, 00816963 nömrəli müqavilə üzrə 1080 manat ödənilməmiş hissə, 108 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli, 00816985 nömrəli müqavilə üzrə 72 manat ödənilməmiş hissə 22 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli, 00818313 nömrəli müqavilə üzrə 972 manat ödənilməmiş hissə 97 manat dəbbə puluolmaqla ümumilikdə:-3163,00 (üç min yüz altmış üç ) manat və dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat alınaraq «xxxxxxxxxxx» MMC-in xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində X7 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-1699/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1699/2020
08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver