Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-1704/2020 30.04.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Vəli Əsgər oğlunun sədrliyi, Şıxməmmədov İlkin Məzahir oğlunun katibliyi ilə, İddiaçı «Finca Azerbaijan» Məhdud məsuliyyətli qeyri-bank kredit təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİ: «Finca Azerbaijan» Məhdud məsuliyyətli qeyri-bank kredit təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 1911 manat, faiz borcuna görə 502,12 manat, cərimə borcuna görə 83,12 manat, cəmi 2496,24 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun «Finca Azerbaijan» MMQBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia ərizəsi ərazi aidiyyətinin pozulması ilə məhkəməyə verilmişdir. Belə ki, iddia ərizəsində Cavabdeh2 qeydiyyat yeri olaraq Gəncə şəhəri, Kəpəz rayonu, Çarxçılar küçəsi, ev 47B, Cavabdeh1 qeydiyyat yeri olaraq Gəncə şəhəri, Kəpəz rayonu, Çarxçılar küçəsi, ev 47 göstərilsə də, iş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış şəxsiyyət vəsiqələrinin məlumatlarından görünür ki, şəxsiyyət vəsiqələrinin sahibləri Gəncə şəhəri, Nizami rayonu, Çarxçılar küçəsi, ev 47-də qeydiyyatdadırlar. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 3-cü maddəsinin 1ci bəndinə görə Azərbaycan Respublikasının vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinin tələbinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göründüyü kimi, işə ərazi aidiyyəti üzrə X1 Rayon Məhkəməsində baxıla bilməz. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Odur ki, məhkəmə şərh olunanlara əsaslanıb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R V E R D İ: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində X1 Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vəli Abdullayev
Məhkəmə qərarları › İş №2(043)-1704/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-1704/2020
30.04.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver