Məhkəmə qərarları › İş №2(043)-1736/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1736/2020

16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1736/2020 16.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, iddiaçı X9 Təşkilatı İddiaçı (bundan sonra BOKT “xxxxxxxx” MMC) nümayəndəsi X4, Cavabdeh iştirakı ilə, İddiaçı BOKT “xxxxxxxx” MMC-nin Cavabdeh qarşı “kreditin, kredit üzrə faizlərin və cərimənin ödənilməsi” tələbinə dairiddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı BOKT “xxxxxxxx” MMC Cavabdeh qarşı “kreditin, kredit üzrə faizlərin və cərimənin ödənilməsi” tələbinə dair iddia qaldıraraq, Cavabdeh əsas məbləğ üzrə 256,68 ABŞ dolları borcunvəödənilmiş 20manatməbləğində dövlət rüsumunun tutularaq, BOKT “xxxxxxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X9 Təşkilatı “X7” MMC-nin Gəncə filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 12 (on iki) ay müddətinə xx.xx.2016-cı il tarixə qədər illik borcun 20,9% dərəcəsini tətbiq etməklə 500 (beş yüz) ABŞ dolları məbləğində borc verilmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə də Cavabdeh müqavilənin şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu krediti və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh borcu əsas məbləğ üzrə 256,68 ABŞ dolları,kredit faizləri üzrə 0,00 ABŞ dolları,cərimə faizləri üzrə 0,00 ABŞ dollarıolmaqla, ümumilikdə 256,68 (iki yüz əlli altı dollar 68 sent) ABŞ dollarıtəşkil edir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verib, BOKT “X7” MMC tərəfindən cavabdehə olan tələb hüququnun BOKT “xxxxxxxx” MMC-yə güzəşt edildiyini bildirərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, həqiqətən də X9 Təşkilatı “X7” MMC ilə aralarında kredit müqaviləsi bağlanmışdır. Əvəllər aylıq kredit borcunu vaxtıvaxtında ödəsə də, sonradan ölkədə manatın devalvasiyası ilə əlaqədar olaraq ödəniş etməkdə çətinlik yaranmışdır. O, bir neçə dəfə kredit təşkilatına müraciət edərək, ödənişləri keçmiş dollar məzənnəsi ilə etməyi təklif etmişdir, lakin onların arasında razılıq əldə olunmamışdır. Hazırda təşkilata olan borcunu bir dəfəyə ödəməyə imkanı yoxdur, lakin borcunu hissə-hissə ödəyə bilər. Məhkəmə tərəflərin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2015-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, X9 Təşkilatı “X7” MMC-nin Gəncə filialı ilə Cavabdeh arasında 12 ay müddətinə, illik 20,9% dərəcəsini tətbiq etməklə 500 (beş yüz) ABŞ dolları məbləğində kreditin verilməsinə dair müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli müqavilədən görünür ki, BOKT “X7” MMC-nin X3 qarşı kredit müqavilələri üzrə xx xxxxxx 2019-cu il tarixinə mövcud olan bütün hüquqlara və tələblərə mülkiyyət hüququ X9 Təşkilatı “xxxxxxxx” MMC-yə verilmişdir. İş materiallarında olan arayışdan görünür ki, Cavabdeh BOKT “xxxxxxxx” MMC-yə əsas borc üzrə 256,68 ABŞ dolları,kredit faizləri üzrə 0,00 ABŞ dolları,cərimə faizləri üzrə 0,00 ABŞ dollarıolmaqla, ümumilikdə 256,68 (iki yüz əlli altı dolları, 68 sent) ABŞ dollarıməbləğində pul öhdəliyi vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 439.2-ci maddəsinin tələbinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunu şərtləndirildiyi hallardan başqa, o manatla ödənilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, iddiaçı X9 Təşkilatı “X8” MMC-nin Gəncə filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit və bank hesabı müqaviləsinə əsasən Cavabdeh 256,68 ABŞ dolları əsas borc məbləği tutularaq, ödəniş anına Azərbaycan manatına məzənnəsi ilə iddiaçı BOKT “xxxxxxxx” MMC -yə ödənilməlidir. Məhkəmə, eyni zamanda, qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İşin materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 20 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi tam təmin olunduğundan 20 manat dövlət rüsumu da cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən256,68 ABŞ dolları pul ödəniş anına Azərbaycan manatına məzənnəsi ilə manat ekvivalentində və ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu tutularaq, X9 Təşkilatı İddiaçınə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar