Məhkəmə qərarları › İş №2(043)-1754/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1754/2020

08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1754/2020 08.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh X1 qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2016-cı il tarixli, LD********** nömrəli kredit müqaviləsi üzrə 206,29 (iki yüz altı manat 29 qəpik) manat kredit borcu və iş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun alınaraq X8 Kredit Təşkilati" Azkredit" X2 xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. xx xxx 2020-ci il tarixli qərardadla mülki iş iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X7 iddianı müdafiə edərək izahatında göstərdi ki, ləğv prosesində olan (müflis olan) BOKT «X9 MMC ilə cavabdeh arasında xx.xx.2016-cı il tarixli, LD********** nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən BOKT «X9 MMC cavabdehə 8 ay müddətinə, yəni xx xxxx 2017-ci il tarixə qədər illik 12 % faiz dərəcəsini tədbiq etməklə 315.2 manat məbləğində kredit verilmişdir. Ləğv prosesində olan (müflis olan) «X9 MMC tələb hüququnu X10 Təşkilatı "Azkredit" X3 güzəşt etmişdir. Cavabdehə kredit borcunun ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Hazırda cavabdehin kredit müqaviləsi üzrə 206,29 (iki yüz altı manat 29 qəpik) manat borcu qalmışdır. İddianın təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq o, qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün bildirişin ona təqdim olunması mümkün olmamışdır. Məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandıraraq MPM-in 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2016-cı il tarixli, LD********** nömrəli kredit müqaviləsidən görünür ki, BOKT «X9 MMC tərəfindən cavabdehə 8 ay müddətinə, yəni xx xxxx 2017-ci il tarixə qədər illik 12 % faiz dərəcəsini tədbiq etməklə 315.2 manat məbləğində kredit verilmişdir. xx.xx.2020-ci il tarixli maliyyəarayışındangörünür ki, cavabdehin xx.xx.2016-cı il tarixli, LD********** nömrəli kredit müqaviləsi üzrə 206,29 (iki yüz altı manat 29 qəpik) manat kredit borcu qalmışdır. Tələbin güzəşti haqqında xx xxxxxx 2019-cu il tarixli bildirişdən görünür ki, Ləğv prosesində olan «X9 MMC tələb hüququnu X10 Təşkilatı "Azkredit" X3 güzəşt etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, BOKT «X9 MMC ilə cavabdeh arasındaxx.xx.2016-cı il tarixli, LD********** nömrəli kredit müqaviləsi bağlanaraq, ləğv prosesində olan BOKT «X9 MMC tərəfindən cavabdehə 08 ay müddətinə, yəni xx xxx 2017-ci il tarixə qədər illik 12 % faiz dərəcəsini tədbiq etməklə 315.2 manat məbləğində kredit verilmişdir. Ləğv prosesində olan «X9 MMC tələb hüququnu X10 Təşkilatı "Azkredit" X3 güzəşt etmişdir.Cavabdeh müqavilə üzrə öhdəliyi tam icra etmədiyi üçün iddiaçının məhkəmə müdafiəsindən istifadə hüququ yaranmışdır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM)385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MM-in739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə iş üzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdehin xx.xx.2016-cı il tarixli, LD********** nömrəli kredit müqaviləsi üzrə öhdəliyini vaxtında icra etməməsi nəticəsində iddiaçıya kredit borcu yaranmışdır. Belə olan halda 206,29 (iki yüz altı manat 29 qəpik) manat kredit borcu cavabdehdən tutularaq X10 Təşkilatı "Azkredit" X2 xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. Cavabdeh xx.xx.2016-cı il tarixli, LD********** nömrəli kredit müqaviləsi üzrə 206,29 (iki yüz altı manat 29 qəpik) manat kredit borcu və iş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu alınaraq X8 Kredit Təşkilati" Azkredit" X2 xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində X12 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar