Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1759/2020 12.06.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Vəli Əsgər oğlunun sədrliyi, Şıxməmmədov İlkin Məzahir oğlunun katibliyi, X5 Təşkilatı İddiaçı nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, X3 Kredit Təşkilatı İddiaçı Cavabdeh qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: BOKT “xxxxxxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən 599,58 ABŞ dolları məbləğində əsas borcun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddia tələbini bununla əsaslandırmışdır ki, X5 Təşkilatı “X4” MMC-nin Gəncə filialı ilə cavabdeh arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə - xx xxxxxxx 2016-cı il tarixə qədər illik 26,9% dərəcəsini tətbiq etməklə 1500 ABŞ dolları məbləğində kredit verilmişdir. BOKT “X4” MMC-nin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri BOKT “xxxxxxxx” MMCyə satılmışdır. Kredit müqaviləsinin 2.1-ci bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Lakin cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə cavabdeh müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehlə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılsa da, heç bir fayda verməmişdir. Cavabdehin ona olan borcu əsas məbləğ üzrə olmaqla, cəmi 599,58 ABŞ dollarıdır. İddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verib iddianı müdafiə etdiyini bildirdi. Cavabdeh izahat verib məhkəməyə ərizə təqdim edərək iddianı tam həcmdə etiraf etdiyini, lakin həmin məbləği hissə-hissə ödəyəcəyini bildirdi. Məhkəmə tərəfləri dinləyib, işin faktiki hallarını araşdıraraq və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, BOKT “X4” MMC ilə Cavabdeh arasında xx xxxxxxx 2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış və tərəflər arasında kredit hüquq münasibətləri yaranmışdır. Həmçinin xx.xx.2019-cu il tarixli hüquqların və tələblərin güzəşti haqqında bildiriş/müqavilədən görünür ki, BOKT “X4” MMC-nin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri BOKT “xxxxxxxx” MMC-yə satılmışdır. Tərəflər arasındakı münasibətlər və onların qarşılıqlı öhdəlikləri aralarında bağlanmış müqavilədən yarandığından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386, 425, 427 və 739-cu maddələrinin tələbinə görə onlardan hər biri həmin müqavilə üzrə öhdəliklərini vicdanla və vaxtında icra etməli idilər. Lakin işin faktiki halları və məhkəmə iclasında tədqiq edilmiş sübutlardan bəlli olur ki, iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh qarşılıqlı öhdəliklərini tam və vaxtında icra etməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, borclu kredit müqaviləsi bağlanarkən verilmiş ödəniş cədvəli üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün onun kreditin ödəmə müddətinin sonuna, yəni xx.xx.2016-cı il tarixə banka 599,58 ABŞ dollarıəsas borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 599,58 ABŞ dolları məbləğində əsas kredit borcu cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Beləliklə, məhkəmə şərh olunanlara əsaslanıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 231 və 357-362-ci maddələrini rəhbər tutub QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx xxxxxxx 2015-ci il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə 599,58 ABŞ dolları (beş yüz doxsan doqquz ABŞ dolları, əlli səkkiz sent) borcun ödəniş günündəki məzənnəyə uyğun milli manat ekvivalentinə əvəzi BOKT İddiaçı xeyrinə tutulsun. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vəli Abdullayev
Məhkəmə qərarları › İş №2(043)-1759/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1759/2020
12.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver