Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1783/2020 19.06.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, iddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı «xxxxxxxxxxx» MMC Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, İmei kodu **********11024 olan “Samsung J3” markalı telefon üçün 258 (iki yüz əlli səkkiz) manat ödənilməmiş hissə, 26 (iyirmi altı) manat cərimə, “DECT PANASONİC” ev telefonu üçün 72 (yetmiş iki) manat ödənilməmiş hissə, 7 (yeddi) manat cərimə, “Samsung” paltaryuyan üçün 915 (doqquz yüz on beş) manat ödənilməmiş hissə, 92 (doxsan iki) manat cərimə, İmei kodu **********81947 olan “Samsung Galaxy A6” markalı telefon üçün 189 (bir yüz səksən doqquz) manat ödənilməmiş hissə, 19 (on doqquz) manat cərimə ümumilikdə 1578 ( bir min beş yüz yetmiş səkkiz) manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla 1608 (bir min altı yüz səkkiz) manat Cavabdeh alınaraq «xxxxxxxxxxx» x1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, «xxxxxxxxxxx» MMC ilə 04.09.2018-ci il tarixli müqaviləsinə əsasən, cavabdeh alqı-satqı qiyməti 516 (beş yüz on altı) manat (12 ay x 43 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********11024 olan “Samsung J3” markalı telefon üçün 284 (iki yüz səksən dörd) manat olmaqla ondan, 258 (iki yüz əlli səkkiz) manat ödənilməmiş hissə, 26 (iyirmi altı) manat cərimə miqdarında borc, 29.10.2018-ci il tarixli müqaviləsinə əsasən, cavabdeh alqı-satqı qiyməti 96 (doxsan altı) manat (12 ay x 8 manat + 0 manat ilkin ödəniş) “DECT PANASONİC” ev telefonu üçün 79 (yetmiş doqquz) manat olmaqla ondan, 72 (yetmiş iki) manat ödənilməmiş hissə, 7 (yeddi) manat cərimə miqdarında borc, 29.10.2018-ci il tarixli müqaviləsinə əsasən, cavabdeh alqı-satqı qiyməti 1098 (bir min doxsan səkkiz) manat (18 ay x 61 manat + 0 manat ilkin ödəniş) “Samsung” paltaryuyan üçün 1007 (bir min yeddi) manat olmaqla ondan, 915 (doqquz yüz on beş) manat ödənilməmiş hissə, 92 (doxsan iki) manat cərimə miqdarında borc, 03.01.2019-cu il tarixli müqaviləsinə əsasən, cavabdeh alqı-satqı qiyməti 602 (altı yüz iki) manat (12 ay x 21 manat +350 manat ilkin ödəniş) İmei kodu **********81947 olan “Samsung Galaxy A6” markalı telefon üçün 208 (iki yüz səkkiz) manat olmaqla ondan, 189 (bir yüz səksən doqquz) manat ödənilməmiş hissə, 19 (on doqquz) manat cərimə miqdarında borc hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 878 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndi üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş edib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə 15.05.2020-ci il tarixli bildirişi göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Beləki, iş materiallarına əlavə edilmiş: «xxxxxxxxxxx» MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 04.09.2018-ci il tarixli müqavilədən görünür ki, «xxxxxxxxxxx» MMC alıcıya dəyəri 516 (beş yüz on altı) manat olan İmei kodu **********11024 olan “Samsung J3” markalı telefonun dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəyəcəyi və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar İmei kodu **********11024 olan “Samsung J3” markalı telefon üçün hər ay 43 manat, 29.10.2018-ci il tarixli müqavilədən görünür ki, «xxxxxxxxxxx» MMC alıcıya dəyəri 96 (doxsan altı) manat olan “DECT PANASONİC” ev telefonunun dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəyəcəyi və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar “DECT PANASONİC” ev telefonu üçün hər ay 8 manat, 29.10.2018-ci il tarixli müqavilədən görünür ki, «xxxxxxxxxxx» MMC alıcıya dəyəri 1098 (bir min doxsan səkkiz) manat olan “Samsung” paltaryuyanının dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəyəcəyi və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar “Samsung” markalı paltaryuyan üçün hər ay 61 manat, 29.10.2018-ci il tarixli müqavilədən görünür ki, «xxxxxxxxxxx» MMC alıcıya dəyəri 602 (altı yüz iki) manat olan İmei kodu **********81947 olan “Samsung Galaxy A6” markalı telefonun dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəyəcəyi və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar İmei kodu **********81947 olan “Samsung Galaxy A6” markalı telefonu üçün hər ay 21 manat ödəniş etmək öhdəliklərini üzərinə götürmüşdür. 01.05.2020-ci il tarixli «xxxxxxxxxxx» MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 04.09.2018-ci il tarixli müqaviləyə əsasən «xxxxxxxxxxx» MMC-dən İmei kodu **********11024 olan “Samsung J3” markalı telefon üçün 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 516 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 258 manat borcunu ödəmədiyindən, həmin məbləğə 26 manat cərimə hesablanmışdır. Həmçinin Cavabdeh 29.10.2018-ci il tarixli müqaviləyə əsasən «xxxxxxxxxxx» MMC-dən “DECT PANASONİC” ev telefonu üçün 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 96 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 72 manat borcunu ödəmədiyindən, həmin məbləğə 7 manat cərimə hesablanmışdır. Həmçinin Cavabdeh 29.10.2018-ci il tarixli müqaviləyə əsasən «xxxxxxxxxxx» MMC-dən “Samsung” markalı paltaryuyan üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 1098 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 915 manat borcunu ödəmədiyindən, həmin məbləğə 92 manat cərimə hesablanmışdır. Həmçinin Cavabdeh 03.01.2019-cu il tarixli müqaviləyə əsasən «xxxxxxxxxxx» MMC-dən İmei kodu **********81947 olan “Samsung Galaxy A6” markalı telefon üçün 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 602 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 189 manat borcunu ödəmədiyindən, həmin məbləğə 19 manat cərimə hesablanmışdır. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, «xxxxxxxxxxx» MMC-nin xeyrinə Cavabdeh İmei kodu **********11024 olan “Samsung J3” markalı telefon üçün 258 (iki yüz əlli səkkiz) manat ödənilməmiş hissə, 26 (iyirmi altı) manat cərimə borcu, “DECT PANASONİC” ev telefonu üçün 72 (yetmiş iki) manat ödənilməmiş hissə, 7 (yeddi) manat cərimə borcu, “Samsung” markalı paltaryuyan üçün 915 (doqquz yüz on beş) manat ödənilməmiş hissə, 92 (doxsan iki) manat cərimə borcu, İmei kodu **********81947 olan “Samsung Galaxy A6” markalı telefon üçün 189 (bir yüz səksən doqquz) manat ödənilməmiş hissə, 19 (on doqquz) manat cərimə borcu, cəmi 1578 (bir min beş yüz yetmiş səkkiz) manat pul tutularaq iddiaçıya qaytarılmalıdır. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı «xxxxxxxxxxx» MMC-nin xeyrinə 1434 manat əsas borcdan ödənilməmiş hissə, 144 manat cərimə pulu və 30 (otuz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 1608 (bir min altı yüz səkkiz) manat məbləğində pul tutulsun. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində x2 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-1783/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1783/2020
19.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver