Məhkəmə qərarları › İş №2(043)-1793/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1793/2020

10.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1793/2020 10.06.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Vəli Əsgər oğlunun sədrliyi ilə İddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq MÜƏYYƏN ETDİ: «xxxxxxxxxxx» MMC məhkəməyə ərizə ilə müraciət edərək İMEİ kodu **********80546 olan «Elari NanoPhone C» markalı telefon, Powerbank Baseus üçün 45 manat ödənilməmiş hissə, 3 manat cərimə olmaqla, ümumilikdə 48 manat borc, “Gorenje” markalı fen-ütü, “Self Picture” markalı monopod üçün 30 manat ödənilməmiş hissə, 3 manat cərimə olmaqla, cəmi 33 manat borc, “Samsung Microsdhc.evo plus 32 GB” yaddaş kartı üçün 32 manat ödənilməmiş hissə, 3 manat cərimə olmaqla, 35 manat borc, “Modem TP-LİNK” üçün 48 manat ödənilməmiş hissə, 5 manat cərimə olmaqla, cəmi 53 manat borc, İMEİ kodu **********22964 olan “X1 6 PRO” markalı telefon üçün 649 manat ödənilməmiş hissə, 65 manat cərimə olmaqla, cəmi 714 manat borc, İMEİ kodu **********43384 olan “X1 6” markalı telefon üçün 517 manat ödənilməmiş hissə, 52 manat cərimə olmaqla, cəmi 569 manat borc, ümumilikdə 1454 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1484 manatın Cavabdeh alınaraq ona ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddia tələbini bununla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən İMEİ kodu **********80546 olan “Elari NanoPhone C” markalı telefon, Powerbank Baseus, “Gorenje” markalı fen-ütü, “Self Picture” markalı monopod, “Samsung Microsdhc.evo plus 32 GB” yaddaş kartı, “Modem TP-LİNK”, İMEİ kodu **********22964 olan “X1 6 PRO” markalı telefon, İMEİ kodu **********43384 olan “X1 6” markalı telefon almış və ümumilikdə 1454 manat borcu yaranmışdır. Belə ki, cavabdehin qeyd olunan müqavilələrin şərtlərini pozması nəticəsində xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 180 manat, İMEİ kodu **********80546 olan Elari NanoPhone C” markalı telefon, Powerbank Baseus üçün 45 manat ödənilməmiş hissə, 3 manat cərimə olmaqla, cəmi 48 manat; xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 120 manat olan “Gorenje” markalı fen-ütü, “Self Picture” markalı monopod üçün 30 manat ödənilməmiş hissə, 3 manat cərimə olmaqla, cəmi 33 manat; xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 48 manat olan “Samsung Microsdhc.evo plus 32 GB” yaddaş kartı üçün 32 manat ödənilməmiş hissə, 3 manat cərimə olmaqla, cəmi 35 manat; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiymət 72 manat olan “Modem TP-LİNK” üçün 48 manat ödənilməmiş hissə, 5 manat cərimə olmaqla, cəmi 53 manat; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 768 manat, İMEİ kodu **********22964 olan ”X1 6 PRO” telefon 649 manat ödənilməmiş hissə, 65 manat cərimə olmaqla, cəmi 649 manat; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 679 manat, İMEİ kodu **********43384 olan “X1 6” markalı telefon üçün 517 manat ödənilməmiş hissə, 52 manat cərimə olmaqla, cəmi 569 manat borc yaranmışdır. Müqavilələr üzrə cavabdehin cəmi ödədiyi məbləğ isə 546 manatdır. Qeyd olunanlara əsasən hazırki tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə xx xxx 2020-ci il tarixli bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Beləki, iş materiallarına əlavə edilmiş: «xxxxxxxxxxx» MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, satıcı alıcıya “Elari NanoPhone C” və “Powerbank Baseus Mxx xxxxx 10000 Red” adlı məhsulları cəmi 180 manata dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəyəcəyi və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə 12 ay ərzində hər ay 15 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. «xxxxxxxxxxx» MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, satıcı alıcıya “X2 HS110PR” və “Self Picture monopod YT-1288” adlı məhsulları cəmi 120 manata dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəyəcəyi və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə 12 ay ərzində hər ay 10 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. «xxxxxxxxxxx» MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, satıcı alıcıya “Samsung Microssdhc.evo plus 32GB” adlı məhsulu cəmi 48 manata dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəyəcəyi və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə 12 ay ərzində hər ay 4 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. «xxxxxxxxxxx» MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, satıcı alıcıya “Modem TP-Link TD-W8961N” adlı məhsulu cəmi 72 manata dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəyəcəyi və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə 9 ay ərzində hər ay 8 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. «xxxxxxxxxxx» MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, satıcı alıcıya “X1 6 PRO 4/64 GB” adlı məhsulu 1 illik yeni qızıl zəmanət və telefon quraşdırma xidməti ilə birgə adlı məhsulları cəmi 768 manata dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəyəcəyi və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə 12 ay ərzində hər ay 59 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. «xxxxxxxxxxx» MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, satıcı alıcıya “X1 6 PRO 3/32 GB” adlı məhsulu 1 illik yeni qızıl zəmanət və telefon quraşdırma xidməti ilə birgə cəmi 679 manata dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəyəcəyi və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə 12 ay ərzində hər ay 47 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. xx.xx.2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh “xxxxxxxxxxx” MMC-yə olan borcu aşağıdaki kimidir: xx.xx.2018-ci il tarixli müqavilə üzrə 45 manat ödənilməmiş hissə, 5 manat cərimə olmaqla, cəmi 50 manat; xx.xx.2018-ci il tarixli müqavilə üzrə 30 manat ödənilməmiş hissə, 3 manat cərimə olmaqla, cəmi 33 manat; xx.xx.2018-ci il tarixli müqavilə üzrə 32 manat ödənilməmiş hissə, 3 manat cərimə olmaqla, cəmi 35 manat; xx.xx.2019-cu il tarixli müqavilə üzrə 48 manat ödənilməmiş hissə, 5 manat cərimə olmaqla, cəmi 53 manat; xx.xx.2019-cu il tarixli müqavilə üzrə 649 manat ödənilməmiş hissə, 65 manat cərimə olmaqla, cəmi 714 manat; xx.xx.2019-cu il tarixli müqavilə üzrə 517 manat ödənilməmiş hissə, 52 manat cərimə olmaqla, cəmi 569 manat. Beləliklə, cəmi 1454 manat borc. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, tərəflər arasındakı münasibətlər və onların qarşılıqlı öhdəlikləri aralarında bağlanmış müqavilədən yarandığından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386, 425 və 427-ci maddələrinin və yuxarıda qeyd olunan maddələrinin tələbinə görə onlardan hər biri həmin müqavilə üzrə öhdəliklərini vicdanla və vaxtında icra etməli idilər. Lakin işin faktiki halları və məhkəmə iclasında tədqiq edilmiş sübutlardan bəlli olur ki, iddiaçı nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh qarşılıqlı öhdəliklərini tam və vaxtında icra etməmişdir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 45 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 30 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 32 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 48 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 649 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 517 manat məbləğində əsas borc cavabdehdən alınaraq iddiaçıya ödənilməldir. Həmçinin, tərəflər arasında bağlanmış müqavilələrinn 2-ci bəndinə əsasən müştəri ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir. Yuxarıda qeyd olunan cədvəldən görünür ki, cavabdeh ödənişləri gecikdirməklə müqavilə şərtlərini pozduğuna görə ona xx.xx.2018-ci il tarixli müqavilə üzrə 5 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 3 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 3 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 5 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 65 manat, xx.xx.2019cu il tarixli müqavilə üzrə isə 52 manat məbləğində cərimə borcu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Odur ki, hesablanmış cərimə borcları cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan başqa, məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən onun xeyrinə cavabdehdən tutulmalıdır. Beləliklə də, göstərilənləri nəzərə alıb və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçı «xxxxxxxxxxx» MMC-nin xeyrinə xx.xx.2018-ci il tarixli müqavilə üzrə 45 manat ödənilməmiş hissə, 5 manat cərimə olmaqla, cəmi 50 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 30 manat ödənilməmiş hissə, 3 manat cərimə olmaqla, cəmi 33 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 32 manat ödənilməmiş hissə, 3 manat cərimə olmaqla, cəmi 35 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 48 manat ödənilməmiş hissə, 5 manat cərimə olmaqla, cəmi 53 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 649 manat ödənilməmiş hissə, 65 manat cərimə olmaqla, cəmi 714 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 517 manat ödənilməmiş hissə, 52 manat cərimə olmaqla, cəmi 569 manat, ümumilikdə, 1454 manat borcun və 30 manat dövlət rüsumu olmaqla, cəmi 1484 (bir min dörd yüz səksən dörd) manat məbləğində pul tutulsun. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vəli Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar