Məhkəmə qərarları › İş №2(043)-180/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-180/2021

04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-180/2021 04.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Vəli Əsgər oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, İddiaçı “xxxx” QSC-nin Cavabdeh1 və qeyrilərinə qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “xxxx” QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 müştərək qaydada, onun xeyrinə 06R000016329 saylı kredit razılaşması üzrə 1109,33 ABŞ dolları məbləğində kredit borcu, 1544,48 ABŞ dolları məbləğində faiz borcu və 1436,08 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 4089,81 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh müqavilə üzrə borcun düzgün hesablanmadığını iddia edərək əsas və faiz borcu ödədiyini və banka borcu qalmadığını bildirərək iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək icraat dayandırılmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş rəy xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olduğundan mülki iş üzrə icraat təzələnmişdir. Məhkəməyə daxil olmuş xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, iddiaçının nümayəndəsi iddia ərizəsinin baxılmadan geri qaytarılmasını və işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və işə mahiyyəti üzrə baxılmasını tələb etməmişlər. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən ərizə baxılmamış saxlanılmalıdır. Bundan başqa, məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalı, həmin Məcəllənin 117.1-ci maddəsinə əsasən, 145 manat məbləğində ekspertiza xərci dövlət mədaxilinə cavabdehdən tutulmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ödənilmiş 30 manat dövlət rüsumu dövlət büdcəsi hesabına iddiaçıya qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat məbləğində pul Cavabdeh1 alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə aşağıdakı hesaba keçirilsin: Az.MEM; VÖEN **********; VÖEN **********; Kod 210005; m/h AZ41NABZ********************; S.W.İ.F.T. Bik: CTREAZ 22 Qərardadın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə şəhər Kəpəz rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vəli Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar