Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-181/2022 31.01.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı QSC Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia qaldıraraq, Cavabdeh ilə bağlanmış 12.09.2019-cu il tarixli **********432 nömrəli və 12.09.2019-cu il tarixli 006A********** kredit müqavilələrinin ləğv edilməsi, Cavabdeh "xxxx" QSC-nin xeyrinə 12.09.2019-cu il tarixli **********432 saylı kredit müqaviləsi üzrə 306,06 manat əsas, 0,53 manat faiz və 9,18 manat məbləğində cərimə borcu olmaqla, cəmi 315,77 manat borcun, 006A********** kredit müqaviləsi üzrə 1035,69 manat əsas, 0,85 manat faiz borcu və 31,07 manat cərimə, cəmi 1067,61 manat məbləğində borc və iş üzrə ödənilmiş 33,83 manat dövlət rüsumunun tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı QSC ilə Cavabdeh arasında 12.09.2019-cu il tarixdə bağladığı 006A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 390.82 (üç yüz doxsan) manat məbləğində kredit götürmüşdür. Cavabdeh kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 14.09.2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 84.76 manat ödəniş etmiş və onun iddiaçıya 306.06 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. O, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün 14.10.2021-ci il tarixə 30 gün üçün hesablanmış faiz borcu 0.53 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0.02 % məbləğində, lakin ümumi məbləği 5 (beş) il ərzində 0.1% artıq olmaması şərti ilə cərimə ödəməlidir. 14.10.2021-ci il tarixə 30 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 9.18 manat təşkil edir. Bundan başqa, Cavabdeh İddiaçı QSC ilə 12.09.2019-cu il tarixdə bağladığı 006A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1357 (min üç yüz əlli yeddi) manat məbləğində kredit götürmüşdür. Cavabdeh kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 14.09.2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 329.31 manat ödəniş etmiş və onun iddiaçıya 1035.69 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən cavabdeh kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün 14.10.2021-ci il tarixə 30 gün üçün hesablanmış faiz borcu 0.85 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0.02 % məbləğində, lakin ümumi məbləği 5 (beş) il ərzində 0.1% artıq olmaması şərti ilə cərimə ödəməlidir.14.10.2021-ci il tarixə 30 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 31,07 manat təşkil edir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək bildirdi ki, cavabdehin hazırda gecikmiş borcu olmasa da 14.09.2021-ci il tarixdə gecikməyə yol vermişdir. Buna görə də bank hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Buna görə də iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, onun iddiaçıya heç bir borcu yoxdur. O, hər iki müqavilə üzrə ödənişləri vaxtı-vaxtında etmiş, yalnız bir dəfə, 14 sentyabr 2021-ci il tarixdə ödəniş edərkən iki müqavilə üzrə borcu olduğundan aylıq 8 manat ödəməli olduğu borcun əvəzinə 29 manat, 29 manat ödəməli olduğu borcun əvəzinə isə 8 manat ödəmişdir. Bu barədə ona məlumat verildikdən sonra dərhal həmin nöqsanı da aradan qaldırmışdır və hazırda borcu yoxdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş İddiaçı QSC ilə Cavabdeh oğlu arasında bağlanmış 12.09.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh 60 ay müddətinə, aylıq faiz dərəcəsi 0.0833% olmaqla, ödəniş planına uyğun olaraq hissəhissə qaytarmaq şərti ilə 390,82 manat məbləğində kredit verilmişdir. Müqavilənin 4.2.2-ci bəndində borclunun ödəniş planı üzrə kreditin və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0,02 faizi həcmində, lakin ümumi məbləği 5 il ərzində 0,1 faizdən artıq olmamaq şərtilə cərimə ödəməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş İddiaçı QSC ilə Cavabdeh oğlu arasında bağlanmış 12.09.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh 60 ay müddətinə, aylıq faiz dərəcəsi 0.0833% olmaqla, ödəniş planına uyğun olaraq hissəhissə qaytarmaq şərti ilə 1357 manat məbləğində kredit verilmişdir. Müqavilənin 4.2.2-ci bəndində borclunun ödəniş planı üzrə kreditin və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0,02 faizi həcmində, lakin ümumi məbləği 5 il ərzində 0,1 faizdən artıq olmamaq şərtilə cərimə ödəməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş maliyyə arayışlarından görünür ki, Cavabdeh 28.01.2022-ci il tarixə 12.09.2019-cu il tarixli 06A********** saylı kredit müqaviləsi üzrə 908,45 manat əsas borc, 0,4 manat faiz borcu, 12.09.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsi üzrə 267,29 manat əsas, 0,12 manat faiz borcu vardır. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, Cavabdeh hər iki kredit müqaviləsi üzrə qrafik üzrə aylıq ödənişləri vaxtında etmiş, 14.09.2021-ci il tarixdə 8 manat aylıq ödəniş etməli olduğu hesaba 29 manat, 29 manat aylıq ödəniş etməli olduğu hesaba isə 8 manat ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.9-cu maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün əlavə vaxt verə bilər. Əgər borclu həmin əlavə vaxt ərzində öhdəliyi icra edərsə, o, icranı gecikdirmiş sayılmır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqavilələri bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. Müqavilənin şərtlərinə əsasən alınan kredit məbləğini ona hesablanmış faizləri ilə birlikdə borc alan tərəfindən dövrü olaraq kreditora qaytarmalı, ödənişlər gecikdirildiyi halda həmin məbləğə cərimə hesablanmalıdır. Cavabdeh faktiki olaraq kreditor qarşısında olan öhdəliklərini vaxtında icra etmişdir. 14.09.2021-ci il tarixdə ödənişlərin qarşılıqlı olaraq səhv hesablara ödənilməsi kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və borcun qaytarılmasını tələb etmək üçün əsas vermir. Qeyd edilməlidir ki, borclu eyni kreditora olan iki müxtəlif öhdəlik üzrə öhdəliyini gecikməyə yol vermədən ödəmişdir. Ödənişlərin ödənildiyi hesabların səhv salınması texniki məsələ olmaqla öhdəliyin icrasından imtina və ya öhdəliyin icrasının gecikdirilməsi hesab oluna bilməz. Tərəflər arasında bağlanmış müqavilələrdə də ödənişin bir dəfə gecikdirilməsinə görə müqavilənin ləğv edilməsi və borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ nəzərdə tutulmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən əsasa istinad edərək kredit borcunun vaxtından əvvəl qaytarılmasını tələb etməkdə haqlı deyildir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməli olduğundan, məhkəmə xərci olan 33,83 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı QSC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 33,83 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-181/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-181/2022
31.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver