Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1818/2020 08.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, iddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» X5 nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» X5 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» X7 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» X5 xeyrinə 57,87 manat əsas borc, 31,61 manat faiz borcu olmaqla, cəmi 89,48 manat məbləğində kredit borcunun, 20 manat dövlət rüsumunun və 0,40 qəpik xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» X5 nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki,“xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-in Gəncə filialı ilə X6 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, HƏ/01-xx.xx.2014-GAN34 nömrəli, kredit müqaviləsinə əsasən cavabdeh X4 oğluna illik faiz dərəcəsi 22 faiz olmaqla 36 ay müddətinə 2500(iki min beş yüz) manat kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi iddiaçı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh X6 vəfat etmişdir. Zamin kredit müqaviləsi üzrə öhdəliyi eyni həcmdə üzərinə götürməsinə baxmayaraq müqaviləsinin şərtlərini pozmuş və nəticədə 89,48 manat məbləğində kredit borcu yaranmışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək göstərdi ki, iddia tələbi üzrə 89,48 manat borcu ödəməyə heç bir etirazı yoxdur. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- HƏ/01-xx.xx.2014- GAN34 nömrəli, xx.xx.2014-cü il tarixli müqavilədən görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Gəncə filialı ilə X6 arasında bağlanmış kredit müqaviləsinə əsasən Vaqif Məmmədova istehlak məqsədi üçün 2500 (iki min beş yüz) manat məbləğində kredit verilmişdir; xx.xx.2014-cü il tarixli HƏ/01-xx.xx.2014-GAN34 nömrəli, zaminlik müaviləsindən görünür ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qaytarılmasının təminatı kimi Cavabdeh öhdəliyi öz üzərinə götürmüşdür. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 472.2-ci maddəsinin tələbinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 443.1-ci maddəsinin tələbinə görə, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. MM-in 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göründüyü kimi tərəflər arasındazaminliklə tə\min olunmuş kredit müqaviləsi bağlanmış, iddiaçı üzərinə düşən öhdəliyinə əməl etsə də cavabdeh öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onun iddiaçı qarşısında mülki məsuliyyəti yaranmışdır. Ona görə də, məhkəmə hesab edir ki, əsas borc və ona hesablanmış faiz bocu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, 57,87 manat əsas borc, 31,61 manat faiz borcu olmaqla, cəmi 89,48 manat məbləğində kredit borcu, 20 manat dövlət rüsumu və 0,40 qəpik xidmət haqqı cavabdehdən tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-in xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 30,4 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 57,87 manat əsas borc, 31,61 manat faiz borcu, olmaqla, cəmi 89,48 manat məbləğində kredit borcunun, 20 manat dövlət rüsumu və 0,40 qəpik xidmət haqqıtutularaq «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» X5 xeyrinə verilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-1818/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1818/2020
08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver