Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-182/2021 26.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı, cavabdeh X2 və tərcüməçi X7 iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə, məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh X1rşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 304032,69 (üç yüz dörd min otuz iki rubl 69 qəpik) Rusiya rublunun Azərbaycan manatına olan məzənnəsi ilə qarşılığını və 30 (otuz) manat dövlət rüsumunun tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa iddiaçı məhkəməyə ərizə təqdim edərək cavabdeh X3 4500 (dörd min beş yüz) ABŞ dolları pulun hal-hazırki məzənnə ilə Azərbaycan manatı ekvivaletində olan dəyərinin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinə iddianın dəqiqləşdirlməsi kimi baxmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, izahatında göstərdi ki, Rusiya Federasiyasının Surqut şəhərində işləyir və ailə üzvləri ilə birlikdə orada yaşayır. Cavabdeh X6 dayısı X5 arvadıdır. X10 vəfat etmişdir. Dayısı Çingizin sağlığında Rusiyada olarkən anası Almaz Həsənova onunla telefon vasitəsilə əlaqə saxlayaraq dayısının ata yurdu olan Şəmkir rayonu Düzqışlaq kəndində yerləşən fərdi yaşayış evini satdığını demişdir və həmin evi almağını məsləhət görmüşdür. O, həmin vaxt dayısı Çingizlə telefonla əlaqə saxlamışdır və evini almaq istədiyini demişdir. Dayısı ona evini 100000 ABŞ dolları məbləğində pula satdığını demişdir. Dayısı ilə aralarında olan razılaşmaya görə evin pulunu iki dəfəyə ona göndərməli idi. Dayısı isə ağır xəstə olduğundan həmin pulla müalicə olunmalı idi. Dayısı ilə aralarında razılaşma olduqdan 3 gün sonra dayısı Çingiz vəfat etmişdir. Dayısının vəfatından sonra arvadı Tetyana Həsənova onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq hələ də evi satmaq istədiyini və həmin evi ona 90000 ABŞ dolları məbləğində pula satacağını demişdir. Tetyana ona dayısı vəfat etdiyindən pula ehtiyacı olduğunu bildirmiş və evin pulundan ona göndərməyini xahiş etmişdir. 02 avqust 2016-cı ildə “Binbank” vasitəsi ilə cavabdeh X4 304032,69 Rusiya rublu (4500 ABŞ dolları) göndərmişdir. Sonradan onun almaq istədiyi evə görə cavabdeh Tetyana Həsənova ilə digər dayısı Ziyad Həsənov və anası Almaz Həsənova arasında evlə bağlı mübahisə başlamışdı. Onların mübahisələri hələ də müxtəlif məhkəmələrdə davam edir. Aralarında evlə bağlı mübahisə yarandığından o evin pulunun qalan hissəsini Tetyanaya verməmişdir. Sonradan isə mübahisənin hələ uzun müddət davam edəcəyini bilib evə görə verdiyi pulu Tetyanadan geri istəmişdir. Lakin, ona hər dəfə müxtəlif bəhanələr gətirərək, onun pulunu qaytaracağını demişdir. Dəfələrlə tələb etməsinə baxmayaraq cavabdeh onun pulunu verməkdən imtina edir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında tərcüməçinin iştirakı ilə izahatı alınmış X6 bildirdi ki, qeyd olunan məbləği yəni 4500 ABŞ dolları pulu iddiaçı ona göndərmişdir. Lakin onun evini əlindən almaq istədiyi üçün pulu aldığını əvvəlcədən etiraf etməmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Pul vəsaitlərinin RF valyutası ilə köçürülməsinə dair ərizədən görünür ki, İddiaçı tərəfindən Hasanova Tetıananın hesabına 304032,69 rubl pul köçürülmüşdür. 02.08.2016-ci il tarixli 73310766 nömrəli orderin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ******************** saylı hesabdan 304032,69 rubl pul ******************** hesaba köçürülmüdür. 03.08.2016-cı il tarixli, TT1621635STR nömrəli kassa məxaric orederinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 4500 (dörd min beş yüz) ABŞ dolları pulu Hasanova Tetıana “xxxx” ASC-nin Gəncə filialından qəbul etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında ev alqı satqısına dair şifahi razılaşma olmuş və iddiaçı cavabdehə aralarında olan razılıaşmaya görə 304032,69 rus rublu (4500 ABŞ ) dolları pulu bank vasitəsi ilə cavabdehin hesabına göçürmüş, cavabdeh isə həmin pulu qəbul etmişdir. Tərəflər arasında evin alqı satqısına dair razılaşma baş tutmadığından iddiaçı cavabdehə verdiyi pulu geri tələb etmiş, lakin cavabdeh iddiaçıdan aldığı pulu əsassız olaraq özündə saxlayaraq iddiaçıya qaytarmamışdır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 135-ci maddəsinə əsasən pullar və qiymətli kağızlar da əşyadır. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. MM-in 157-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər. MM-in 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.http://www.e-qanun.gov.az/alpidata/code/data/0/c_c_8.htm Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdeh X3 4500 (dörd min beş yüz) ABŞ dolları ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivaletində pul alınaraq İddiaçı xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh X3 4500 (dörd min beş yüz) ABŞ dolları ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində pul və ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-182/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-182/2021
26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver