Məhkəmə qərarları › İş №2(043)-1828/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-1828/2020

12.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-1828/2020 12.06.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Vəli Əsgər oğlunun sədrliyi, Şıxməmmədov İlkin Məzahir oğlunun katibliyi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3iştirakları ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ: İddiaçı X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada onun xeyrinə xx.xx.2014-cü il tarixli, 109.LN.2102.171114.0004 saylı krediti müqaviləsi və əlavə razılıq №2 üzrə 2260,45 manat əsas, 2289,75 manat faiz və 37,14 manat gecikdirməyə görə cərimə olmaqla, cəmi 4587,34 manat borcun və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı X1 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə iştirakı olmadan baxılması barədə məhkəməyə müraciət etməmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəməyə ərizə təqdim edərək iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını istəmədiklərini və mülki işin baxılmamış saxlanılmasına etirazlarının olmadığını bildirdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə, ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən ərizə baxılmamış saxlanılmalıdır. Odur ki, məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267-ci maddələrini rəhbər tutaraq QƏRAR VERDİ: Mülki iş baxılmamış saxlanılsın. Tərəflərə izah edilsin ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, bu Məcəllənin 259.0.7-ci maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində X3 Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vəli Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar