Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1858/2021 22.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, Cavabdeh 1200 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o fərdi əməklə məşğul olur və təssərüfatında tərxun bitkisi əkib bazarda satıb ailəsini dolandırır. Cavabdeh oğlunu atasının yanında təsərrüfatında fəhlə işləyəndə tanımışdır. Sonra o, öz təsərrüfatında tərxun əkəndə cavabdehin atasına məhsul satmışdır. Cavabdehin atası öldükdən sonra o, tərxun məhsulu yığıb Cavabdeh verirdi və o, vaxtı-vaxtında pulunu verirdi. Son bir ildə Cavabdeh onun satdığı tərxunun pulunu gec verdi və elə oldu ki, o məhsulu apardı və pulunu vermədi. Cavabdehlə birgə hesablamalarına görə tərxunun pulundan cavabdehin ona 1200 manat borcu vardır. O, dəfələrlə Cavabdeh borclu olduğu 1200 manat pulu istəmiş, lakin cavabdeh onu müxtəlif bəhanələrlə aldatmışdır və pulu vermək istəməmişdir. O, Cavabdeh 102 qaynar xəttinə şikayət etmişdir. Onu Samux Rayon Polis Şöbəsinə çağırmışdırlar və iş mülki xarakterli olduğundan məhkəməyə müraciət etməli olduğunu bildirmişdirlər. Ona görə də məcbur olub həmin borcu məhkəmə qaydasında tələb etməli olmuşdur. Məhkəmə iclasında iddiaçı izahatında bildirdi ki, cavabdeh ondan öncədən 942 manat dəyərində məhsul almış, sonra isə o, yenə 280 manat məbləğində məhsul almış və ümumilikdə 1222 manat borcu yaranmışdır. Bundan 42 manatına cavabdeh dərman almış və əvəzləşdirmişdir. Qalan məbləği isə ona qaytarmaqdan imtina etmişdir. Cavabdehlər birlikdə işləyən X1 adlı şəxs onlardan tərxun götürməyə gələrkən işlənmiş ev əşyaları gətirib ona təklif etmiş, həmin əşyaların arasında olan televizoru qızı nağd 250 manat pul verərək almışdır. Lakin qalan əşyaları götürmədən imtina etmişdir. Tağıyev Əmir isə avtomobildə yer olmadığı üçün əşyaları sonra gəlib aparacağını bildirmişdir. O, Tağıyev Əmirdən hər hansı başqa əşya almamış, əşyanı Cavabdeh borcu ilə əvəzləşdirməmişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, o, iddiaçıdan nisyə qaydada əvvəlcə 942 manat, sonra isə 280 manat dəyərində tərxun almışdır. Sonra iddiaçıya 42 manat dəyərində dərman almışdır, lakin iddiaçı həmin məbləği ümumi borcdan çıxmamışdır. Həmçinin onunla birlikdə işləmiş X1 iddiaçıya 100 manat dəyərində işlənmiş mebel satmış və iddiaçı da Əmirə həmin mebelin pulunun onun iddiaçıya olan borcundan çıxılmasını demişdir. Buna görə də onun iddiaçıya olan borcu 1080 manat təşkil edir. Hazırda maddi vəziyyəti yaxşı olmadığı üçün və satdığı malların pulunu yığa bilmədiyi üçün borcunu ödəyə bilmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İddiaçının və cavabdehin izahatlarından müəyyən edilir ki, tərəflər arasında şifahi qaydada bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə 942 və 280 manat məbləğində tərxun məhsulunu nisyə qaydada satmışdır. Daha sonra cavabdeh iddiaçıya 42 manat dəyərində dərman almış və və həmin məbləğ onun iddiaçıya olan borcundan çıxılaraq cəmi 1180 manat borcu qalmışdır. Öhdəliyin mövcud olması öz təsdiqini tapdığından öhdəliyin icra edilməsini sübuta yetirmək vəzifəsi borclunun üzərinə düşür. Cavabdeh borcun qalan hissəsini ödəməsi, eləcə də həmin borcdan 100 manatının iddiaçının aldığı mebellə əvəzləşdirilməsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. İddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən nisyə satılmış malın ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də cavabdehdən 1180 manat pul alınaraq iddiaçıya verilməlidir. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumundan ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi qismində cavabdehdən 25 manat pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə 1180 (bir min yüz səksən) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 25 (iyirmi beş) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-1858/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1858/2021
22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver