Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1862/2021 17.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona verdiyi elektrik məişət əşyalarının qalıq dəyəri kimi 991 manat borc pulun və dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pulun cəmi 1021 manat alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda qeydiyyatda olan və Abbas Səhhət qəsəbəsi 3 m/on ev 3 mənzil 40 ünvanda yaşayan Cavabdeh həyat yoldaşı X2 zaminliyi ilə ona məxsus H.Əliyev 20 ünvanda yerləşən "Elektron" elektrik məişət malları mağazasindan dəyərini hissə-hissə ödəmək şərti ilə 20.06.2020-ci il tarixində dəyəri 1009 manat olan “Samsung” W65K52 paltaryuyan almış, ilkin olaraq 200 manat, sonra 16.07.2020-ci il tarixdə 67 manat ödəmiş və 1009 manat - 267 manat = 742 manat borcu yaranmışdır. Həmin gün 16.07.2020-ci il tarixində, etibardan sui-istifadə edərək, ilkin olaraq 62 manat ödəməklə 311 man dəyərində “Samsung A 01” markalı telefon almışdır. Bu maldan da 311 manat - 62 manat = 249 manat borcu qalmışdır. Beləliklə iki maldan mağazaya cəmi 742 manat + 249 manat = 991 manat borcu yaranmışdır. Borcun ödənilməsi üçün dəfələrlə cavabdehə zəng olunmasına və evinə gedilməsinə baxmayaraq cavabdeh borcu ödəməmiş və ödəməkdən imtina etmişdir. Son dəfə borcu ödəmək əvəzinə mağazanın satıcısını soyuq silahla-məişət bıçağı ilə hədələmiş və bildirmişdir ki, yenidən borca görə onu və ya ailəsini narahat etsə, satıcını öldürəcəkdir. Bundan sonra satıcı cavabdehin ünvanına getməkdən imtina etmişdir. O, cavabdehin ünvanına satıcı ilə özü getməyə məcbur olmuş, cavabdeh onun yanında yenə satıcını həmin formada bıçaqla hədələmiş və öldürəcəyini demişdir. Dəfələrlə müraciət etmələrinə və malın alınmasından 10 aydan çox keçməsinə baxmayaraq Cavabdeh müxtəlif bəhanələrlə borclu olduğu 991 manat məbləği ödəmir. Ona görə də məhkəmə qaydası ilə cavabdehdən ona verdiyi əşyaların qalıq dəyəri kimi 991 manat pul cavabdehdən alınıb ona verilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, 2005-ci ildən fəaliyyət göstərir. Cavabdehə “Samsung” markalı paltaryuyan maşın və “Samsung A 01” markalı mobil telefonu nisyə hissə-hissə ödəmək şərti ilə satmışdır. Lakin həmin əşyların dəyərini cavabdeh ödəmədiyindən ona 991 manat borcu yaranmışdır. Odur ki, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ifadə verərək bildirdi ki, onun iki uşağı var. Biri əlildir digərinin isə yıxılıb ayağı qırılıb. O, borcunun olduğunu etiraf edir. Hazırda işləmir və uşağı xəstə olduğu üçün verə bilmir. Həmin əşyaları götürmüşdür və iddianı qəbul edir. Onun maddi imkanı olduğu təqdirdə borcunu ödəyəcəkdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyərək, işin faktiki hallarını araşdıraraq və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında 20.06.2020-ci il tarixli hissə-hissə ödəmə müqaviləsindən görünür ki, Cavabdeh “Samsung” markalı paltaryuyanı 1009 manata almış, 200 manat ilkin ödəniş etmiş, 809 manat qalıq borcunu 12 aya ödəniş cədvəli üzrə hər ay 67 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə sadə yazılı formada tərtib edilmiş və müqavilə iştirakçıları tərəfindən imzalanmışdır. Müqavilə üzrə birinci ay 67 manat ödəniş etmiş və 742 manat borcu qalmışdır. İş materiallarına əlavə olunmuş satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında 16.07.2020-ci il tarixli hissə-hissə ödəmə müqaviləsindən görünür ki, Cavabdeh “Samsung A01” markalı telefonu 311 manata almış, 62 manat ilkin ödəniş etmiş, 249 manat qalıq borcunu 09 aya ödəniş cədvəli üzrə hər ay 28 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə sadə yazılı formada tərtib edilmiş və müqavilə iştirakçıları tərəfindən imzalanmışdır. Sonrakı aylar heç bir ödəniş etməmiş və 249 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında 20.06.2020-ci il tarixli hissə-hissə ödəmə müqaviləsinə əsasən Rzayev X3” markalı paltaryuyanı 1009 manata almış, 200 manat ilkin ödəniş etmiş, 809 manat qalıq borcunu 12 aya ödəniş cədvəli üzrə hər ay 67 manat olmaqla ödəməyi öhdəsinə götürmüş, birinci ay 67 manat ödəniş etmiş, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun İddiaçı 742 manat borcu qalmışdır. Bundan başqa satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında 16.07.2020-ci il tarixli hissə-hissə ödəmə müqaviləsinə əsasən Cavabdeh “Samsung A01” markalı telefonu 311 manata almış, 62 manat ilkin ödəniş etmiş, 249 manat qalıq borcunu 09 aya ödəniş cədvəli üzrə hər ay 28 manat olmaqla ödəməyi öhdəsinə götürmüş, sonrakı aylar heç bir ödəniş etməmiş, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun İddiaçı 249 manat borcu qalmışdır. Beləliklə məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli, tərəflər arasında bağlanmış 20.06.2020-ci il tarixli hissə-hissə ödəmə müqaviləsinə əsasən 742 manat əsas borcdan ödənilməmiş hissə, 16.07.2020-ci il tarixli, hissə-hissə ödəmə müqaviləsinə əsasən 249 manat əsas borcdan ödənilməmiş hissə olmaqla cəmi, 991 manat pul Cavabdeh tutularaq İddiaçı verilməlidir. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidi. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 991 (doqquz yüz doxsan bir) manat əsas borcdan ödənilməmiş hissə və məhkəmə xərci qismində 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-1862/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1862/2021
17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver