Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-1863/2021 17.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı (əvvəlki adı Nikoyl İKB) ASC-nin nümayəndəsi X1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı (əvvəlki adı Nikoyl İKB) ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “bor pulun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (əvvəlki adı Nikoyl İKB) ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 “Yelo Bank" ASC-nin xeyrinə 09 iyul 2013-ci il tarixli kredit müqaviləsi üzrə banka 1005 manat əsas, 1872,75 manat faiz, 6618,79 manat cərimə və kredit müqaviləsi üzrə 30.07.2016-ci il tarixdən 02.04.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 991.85 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 10488,39 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi; Tutmanın Cavabdeh2 mülkiyyətindəki Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospektində yerləşən, 2 otaqlı, 42.2 kv.m ümumi, 29.2 kv.m yaşayış, 13 kv.m yardımçı sahədən ibarət 48 nömrəli evin 8 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospektində yerləşən, 2 otaqlı, 42.2 kv.m ümumi, 29.2 kv.m yaşayış, 13 kv.m yardımçı sahədən ibarət 48 nömrəli evin 8 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" ASC-nə ödənilməsi; Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh2 qızma məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospektində yerləşən, 2 otaqlı, 42.2 kv.m ümumi, 29.2 kv.m yaşayış, 13 kv.m yardımçı sahədən ibarət 48 nömrəli evin 8 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh3 Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospektində yerləşən, 2 otaqlı, 42.2 kv.m ümumi, 29.2 kv.m yaşayış, 13 kv.m yardımçı sahədən ibarət 48 nömrəli evin 8 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 qızmm və Cavabdeh3 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı (əvvəlki adı Nikoyl İKB) ASC-nin nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 ifadə verərək bildirdi ki, onun həyat yoldaşı və həmçinin İddiaçı ASC-nin iddia tələbi üzrə Cavabdeh1 06.12.2013-cü ildə “döş qəfəsinin küt travması” diaqnozu ilə vəfat etmişdir. Odur ki, məhkəmədən mülki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və cavabdehi dinləyərək iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı, 618208 nömrəli ölüm haqqında şəhadətnamənin sürətində görünür ki, Cavabdeh1 06.12.2013-cü ildə döş qəfəsinin küt travması Göygöl rayonunda ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2013-cü ilin 12 ayının 10 günündə № 820 ilə qeyd edilmişdir. İş materiallarından isə görünür ki, İddiaçı ASC mövcud iddia ərizəsi ilə 04.05.2021ci il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, Cavabdeh1 İddiaçı ASC məhkəməyə müraciət etməmişdən əvvəl, yəni 06.12.2013-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə əsasən fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Qeyd olunan Məcəllənin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman Cavabdeh1 ölmüş olduğundan, bununla da Cavabdeh1 iş üzrə cavabdeh hesab edilmədiyindən, iş üzrə icraata xitam verilməli və iddiaçıya Cavabdeh1 vərəsələri olduğu təqdirdə, onun vərəsələrinə qarşı iddia ərizəsi ilə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, məhkəmə iş üzrə icraata xitam verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-262, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “bor pulun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(043)-1863/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-1863/2021
17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver