Məhkəmə qərarları › İş №2(043)-1867/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1867/2021

26.08.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1867/2021 26.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X5 iclas katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" X3 (hazırkı Cavabdehnə) qarşı “qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması, cavabdeh tərəfindən yaradılan maneələrin qadağan edilməsi, əmlakın təhvil verilməsi və vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Gəncə şəhəri H.Əliyev prospekti, 50 ünvanında 1 saylı yaşayış binasında, 1-ci girişdə 1-ci mərtəbədə 137 kv.m. qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması qeyri-yaşayış sahəsindən istifadə və sahiblik etmək üçün cavabdeh "xxxx" X4 ("xxxx" Mənzil Tikinti Kooperativi) tərəfindən İddiaçı maneələrin yaradılmasının qadağan edilməsi Gəncə şəhəri, H.Əliyev prospekti, 50 ünvanında 1 saylı yaşayış binasında 1-ci girişdə 1-ci mərtəbədə 137 kv.m qeyri-yaşayış sahəsinin iddiaçı X6 təhvil verilməsi, 24000 (iyirmi dörd min) manat eldə çıxmış faydanın, 460 (dörd yüz altmış) manat hüquqi xidmət haqqının və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdeh "xxxx" X1 ("xxxx" Mənzil Tikinti Kooperativindən) alınaraq İddiaçı Ağalı oğluna ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 24 may 2014-cü il tarixli Müqaviləyə əsasən “Podratçı” "xxxx" X4 (VÖEN **********), hazırda Cavabdeh Mənzit-Tikinti Kooperativi Gəncə şəhəri, H.Əliyev prospekti, 50 ünvanında 1 saylı yaşayış binasında, 1ci girişdə 1-ci mərtəbədə 137 kv.m. qeyri-yaşayış sahəsini 24 (iyirmi dörd) ay müddətində “Sifarişçi” İddiaçı təhvil verilməli idi. Müqavilənin 3-cü bəndinə əsasən binanın qeyriyaşayış sahəsinin 1 kv.m. qiyməti 1800 (bir min səkkiz yüz) manat olmaqla 137 kv.m. üçün 246600 (iki yüz qırx altı min altı yüz) manat təşkil etmişdir. Sifarişçi İddiaçı tərəflər arasında bağlanmış Müqavilənin şərtlərinə tam əməl etməklə qeyri-yaşayış sahəsi üçün tələb olunan 246600 (iki yüz qırx altı min altı yüz) manat pulu "xxxx" X3 (hazırda Cavabdeh MTK) tam şəkildə ödəmiş, bu barədə müvafiq arayış verilmişdir. Podratçı tərəfindən verilmiş arayışdan göründüyü kimi, İddiaçı Gəncə şəhəri, H.Əliyev prospekti, 50 ünvanıda 1 saylı yaşayış binasında, 1-ci girişdə 1-ci mərtəbədə almış olduğu qeyriyaşayış sahəsinin ümumi dəyərini tam ödəmişdir və 24.05.2014-cü il tarixə borcu yoxdur. Lakin cavabdeh göstərilən Müqavilə şərtlərinin tələblərini kobud şəkildə pozaraq sözügedən qeyri-yaşayış sahəsini bu günə qədər İddiaçı təhvil verməmişdir. Bununla əlaqədar cavabdehə dəfələrlə müraciətlər edilmiş, lakin qeyri-yaşayış sahəsinin təhvil verilməsi təmin edilməmişdir. Sonuncu dəfə cavabdehə 28 yanvar 2021-ci il tarixində yazılı pretenziya verilmiş, lakin cavabdeh növbəti dəfə də Gəncə şəhəri, H.Əliyev prospekti, 50 ünvanıda 1 saylı yaşayış binasında, 1-ci girişdə 1-ci mərtəbədə 137 kv.m. qeyri-yaşayış sahəsinə İddiaçı sahiblik və istifadə hüququnun mövcud olduğu halda əmlakı ona təhvil verməmiş, qeyri-yaşayış sahəsinə daxıl olmaq üçün şərait yaratmamış, pretenziyaya cavab belə verməmişdir, buna görə də qeyri-yaşayış sahəsindən istifadə etmək və sahiblik etmək üçün yaradılan maneələr cavabdehə qadağan edilməli, qeyriyaşayış sahəsi ona təhvil verilməli, əmlak vaxtında təhvil verilmədiyinə görə ona vurulmuş zərərin əvəzi cavabdehdən tutulmalıdır. Belə ki, cavabdeh qeyri-yaşayış sahəsinin vaxtında, yəni 24 may 2016-cı il tarixində təhvil vermiş olsaydı, iddiaçı həmin qeyri-yaşayış sahəsini icarəyə verməklə gəlir əldə edə bilərdi, 137 kv.m. sahə üçün icarə haqqı ən azı bir ay üçün 500 (beş yüz) manat təşkil edərdi, bu məbləği 48 (qırx səkkiz) ay üçün hesablandıqda 24000 (iyirmi dörd) manat təşkil edir. Bundan başqa, məhkəməyə müraciət edilməsi ilə bağlı vəkil bürosu ilə 25 yanvar 2021-ci ildə Müqavilə imzalanmış, vəkil haqqı olaraq 460 manat ödəniş aparılmışdır. Ona görə də, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq bildirdi ki, tərəflər arasında müqavilə bağlanmışdır. İddiaçı tərəf müqavilə üzrə götürdüyü öhdəliyi müqavilədə nəzərdə tutulan vaxt və qaydada icra etmiş, lakin cavabdeh tərəf müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. İddiaçı tərəfindən mübahisənin məhkəmədən kənar pretenziya qaydasında həll edilməsi istiqamətində zəruri tədbirlər aparılmışdır, lakin danışıqlar pretenziya qaydasında həll olunması heç bir nəticə verməmişdir və iddiaçı öz tələbini məhkəmə yolu ilə həll edilməsi üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qənaətinə gəlmişdir. Buna görə də iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdehnə məlumat verilsə də məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, təmin etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş 24 may 2014-cü il tarixli çox mənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilədə göstərilmişdir ki, “Podratçı” adlanacaq "xxxx" X4 Gəncə şəhəri, H.Əliyev prospekti, 50 ünvanında 1 saylı yaşayış binasında, 1-ci girişdə 1-ci mərtəbədə 137 kv.m. qeyri-yaşayış sahəsinin tikintisini, 24 (iyirmi dörd) ay müddətində “Sifarişçi” İddiaçı mənzili, suvaq, daxili naxış, cihaz və daxilin qapılar olmamaq şərti ilə təhvil verilməyi öz öhdəsinə götürür. Binanın qeyri-yaşayış sahəsinin 1 m2 qiyməti 1800,00 manat həcmindədir. Qeyri-yaşayış sahəsi 137,0 m2-dir.. Müqavilənin qiyməti 246600,00 manat olmaqla dəyişməz olaraq qalır. İş materiallarına əlavə edilmiş "xxxx" X2 maliyyə arayışlarından görünür ki, İddiaçı Gəncə şəhəri, H.Əliyev prospekti, 50 ünvanında 1 saylı yaşayış binasında, 1-ci girişdə 1-ci mərtəbədə almış olduğu qeyri-yaşayış sahəsinin ümumi dəyərini tam ödəmişdir və 24.05.2014-cü il tarixə firmaya borcu yoxdur. İş materiallarına əlavə edilmiş kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi haqqında internet vergi idarəsinin məlumatdan görünür ki, 28.12.1998-cil tarixdə qeydiyyata alınmış Cavabdeh üçün (VÖEN **********) reyestrdən son dəfə 10.08.2020-ci il tarixdə çıxarış verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2020-ci il tarixli 05 saylı 2019-cu il yanvarın 1-dək mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazədən görünür ki, Gəncə şəhəri Ş.İ.Xətai prospekti 50, 2 ədəd 1 girişli, zirzəmili, 10 mərtəbəli (korpus 1 və 3) və 2 girişli, zirzəmili 10 mərtəbəli (korpus 2) yaşayış binaları 30.03.2020-ci il tarixdən istismarına icazə verilmişdir. İş materiallarına əlavə edilmiş 25 yanvar 2021-ci il tarixli hüquqi yardım göstərilməsi haqqında 38 nömrəli müqavilədən və qəbzdən görünür ki, İddiaçı Bakı şəhəri 7 saylı Vəkil bürosunun vəkili Vəkil arasında müqavilə bağlanmış, hüquqi yardıma görə haqq 460 manat müəyyən edilmiş, həmin tarixdə İddiaçı 460 manatı eManat vasitəsi ilə Bakı şəhəri 7 saylı Vəkil bürosunun hesabına ödəmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və məhkəmə baxışında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 752-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Göründüyü kimi tərəflər arasında qeyri-yaşayış sahəsinin inşa edilməsinə dair podrat müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə iddiaçı müəyyənləşdirilmiş muzdu ödəməyi, cavabdeh isə müqavilədə nəzərdə tutulmuş qeyri-yaşayış sahəsini inşa edib iddiaçıya təhvil verməyi öz öhdələrinə götürmüşdür. İddiaçı müqavilə üzrə müəyyənləşdirilmiş muzdu tam həcmdə ödədiyindən qeyri-yaşayış sahəsinin təhvil verilməsini tələb etmək hüququ yaranmışdır. Ona görə də Gəncə şəhəri, H.Əliyev prospekti (indiki Ş.İ.Xətai prospekti), 50 ünvanında 1 saylı yaşayış binasında 1-ci girişdə 1-ci mərtəbədə 137 kv.m qeyri-yaşayış sahəsinin İddiaçı sahibliyinə təhvil verilməsi vəzifəsi cavabdeh "xxxx" X2 (hazırkı Cavabdeh) üzərinə qoyulmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 24 may 2014-cü il tarixli qeyri-yaşayış sahəsinin tikintisi haqqında fərdi müqavilədə cavabdehin qeyri yaşayış sahəsini istifadəyə verməsi ilə bağlı hər hansı bir vəzifəsi və ya məsuliyyəti nəzərdə tutulmamışdır. Ona görə də iddia tələbi həmin hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddia ərizəsində cavabdehdən əldən çıxmış faydanın, yəni 24000 manatın alınıb iddiaçıya verilməsi ilə bağlı tələb qoyulsa da həmin tələbi təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfində iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmiş, hüquqi yardıma görə ödənilmiş haqq isə 460 manat təşkil edir. Məhkəmə hesab edir ki, məhkəmə xərci qismində ödənilmiş dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş məbləğ haqq cavabdeh "xxxx" X1 (hazırkı Cavabdehndən) alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Gəncə şəhəri H.Əliyev prospekti (indiki Ş.İ.Xətai prospekti), 50 ünvanında 1 saylı yaşayış binasında, 1-ci girişdə 1-ci mərtəbədə 137 kv.m. qeyri-yaşayış sahəsinin İddiaçı sahibliyinə təhvil verilməsi vəzifəsi Cavabdeh ("xxxx" X2) üzərinə qoyulsun. Cavabdeh ("xxxx" X2) məhkəmə xərci qismində 30 (otuz) manat dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 460 manat (dörd yüz altmış) manat tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar