Məhkəmə qərarları › İş №2(043)-1946/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1946/2020

20.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1946/2020 20.07.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, iddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı «xxxxxxxxxxx» MMC Cavabdeh qarşı«pul» tələbinə dair kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 04.11.2017-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********90928 “İPhone 6 32GB” markalı telefon üçün 148 (yüz qırx səkkiz) manat ödənilməmiş hissə, 52 (əlli iki) manat dəbbə pulu, 07.01.2018-ci il tarixli müqaviləsinə əsasən, “Violetta künc” üçün 1669 (min altı yüz altmış doqquz) manat ödənilməmiş hissə, 382 (üç yüz səksən iki) manat dəbbə pulu, 26.01.2018-ci il tarixli müqaviləsinə əsasən, “Gorenje” markalı paltaryuyan üçün 921 (doqquz yüz iyirmi bir) manat ödənilməmiş hissə, 284 (iki yüz səksən dörd) manat dəbbə pulu, ümumilikdə 3456 (üç min dörd yüz əlli altı) manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 3486 (üç min dörd yüz səksən altı) manat Cavabdeh alınaraq «xxxxxxxxxxx» x1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, «xxxxxxxxxxx» MMC ilə 04.11.2017-ci il, 07.01.2018-ci il, 26.01.2018-ci il tarixlərindəki müqavilələrinə əsasən, İMEİ kodu **********90928 “İPhone 6 32GB” markalı telefon, “Violetta künc”, “Gorenje” markalı paltaryuyan almış və nəticədə 4008 (dörd min səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 04.11.2017-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1223 (min iki yüz iyirmi üç) manat (12 ay x 87 manat+179 manat ilkin ödəniş) olan İMEİ kodu **********90928 “İPhone 6 32GB” markalı telefonüçün 200 (iki yüz) manat olmaqla ondan,148 (yüz qırx səkkiz) manat ödənilməmiş hissə, 52 (əlli iki) manat dəbbə pulu; 07.01.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1800 (min səkkiz yüz) manat (24 ay x 75 manat+ 0manat ilkin ödəniş) olan “Violetta künc” üçün 2051 (iki min əlli bir) manat olmaqla ondan, 1669 (min altı yüz altmış doqquz) manat ödənilməmiş hissə, 382 (üç yüz səksən iki) manat dəbbə pulu; 26.05.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1134(min yüz otuz dörd) manat (18 ay x 63 manat+0 manat ilkin ödəniş) olan “Gorenje” markalı paltaryuyan üçün 1205 (min iki yüz beş) manat olmaqla ondan 921 (doqquz yüz iyirmi bir) manat ödənilməmiş hissə, 284 (iki yüz səksən dörd) manat dəbbə pulu miqdarında borc yaranmışdır. Cavabdeh 07.01.2018ci il tarixində aldığı “Selen” markalı jurnal masasını 18 gündən sonra geri qaytarmışdır və məhsula olan borcu silinmişdir. Cavabdehin cəmi ödədiyi məbləğ 1419 manat təşkil edir. Ödəniş cədvəlinin 3.3-cü bəndi üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Müqavilənin 3.4-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, “ABC” “Müştəri”-nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi peniya ödənilməsinə yönədilə bilər. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş edib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: «xxxxxxxxxxx» MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 04.11.2017-ci il tarixli müqavilədən görünür ki, «xxxxxxxxxxx» MMC alıcıya dəyəri 1123 (bir min yüz iyirmi üç) manat olan, İMEİ kodu **********90928 “İPhone 6 32GB” markalı telefonun dəyərini hissəhissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəyəcəyi və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar, İMEİ kodu **********90928 “İPhone 6 32GB”markalı telefon üçün hər ay 87 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. «xxxxxxxxxxx» MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 07.01.2018-ci il tarixli müqavilədən görünür ki, «xxxxxxxxxxx» MMC alıcıya dəyəri 1800 (bir min səkkiz yüz) manat olan, “KUNC VİOLETTA”-nın dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəyəcəyi və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar, “KUNC VİOLETTA” üçün hər ay 75 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. «xxxxxxxxxxx» MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 26.05.2018-ci il tarixli müqavilədən görünür ki, «xxxxxxxxxxx» MMC alıcıya dəyəri 1134 (bir min yüz otuz dörd) manat olan, “Gorenje” markalı paltaryuyanın dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəyəcəyi və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar, “Gorenje” markalı paltaryuyan üçün hər ay 63 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. 25.05.2020-ci il tarixli «xxxxxxxxxxx» MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 04.11.2017-ci il tarixli müqaviləyə əsasən «xxxxxxxxxxx» MMC-dən, İMEİ kodu **********90928 “İPhone 6 32GB” markalı telefon üçün 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 1223 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 148 manat borcunu ödəmədiyindən, həmin məbləğə 52 manat cərimə; 07.01.2018-ci il tarixli müqaviləyə əsasən «xxxxxxxxxxx» MMC-dən, “KUNC VİOLETTA” üçün 24 ay müddətinə ödəmək şərti ilə dəyəri 1800 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 1669 manat borcunu ödəmədiyindən, həmin məbləğə 382 manat cərimə; 26.05.2018-ci il tarixli müqaviləyə əsasən «xxxxxxxxxxx» MMC-dən, “Gorenje” markalı paltaryuyan üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 1134 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 921 manat borcunu ödəmədiyindən, həmin məbləğə 284 manat cərimə hesablanmışdır. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, «xxxxxxxxxxx» MMC-nin xeyrinə Cavabdeh, İMEİ kodu **********90928 “İPhone 6 32GB” markalı telefon üçün 148 (yüz qırx səkkiz) manat ödənilməmiş hissə, 52 (əlli iki) manat dəbbə pulu, “Violetta künc”üçün 1669 (min altı yüz altmış doqquz) manat ödənilməmiş hissə, 382 (üç yüz səksən iki) manat dəbbə pulu, “Gorenje” markalı paltaryuyan üçün 921 (doqquz yüz iyirmi bir) manat ödənilməmiş hissə, 284 (iki yüz səksən dörd) manat dəbbə pulu olmaqla, ümumilikdə 3456 (üç min dörd yüz əlli altı) manat pul tutularaq iddiaçıya qaytarılmalıdır. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı «xxxxxxxxxxx» MMC-nin xeyrinə 2738 (iki min yeddi yüz otuz səkkiz) manat ödənilməmiş hissə, 718 (yeddi yüz on səkkiz) manat dəbbə pulu və 30 (otuz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 3486 (üç min dörd yüz səksən altı) manat məbləğində pul tutulsun. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində x2 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar