Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1960/2020 31.08.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, iddiaçı «xxxxxxxxxxx» X1 nümayəndəsi X3 iştirakı ilə, İddiaçı «xxxxxxxxxxx» X1 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçı «xxxxxxxxxxx» X2 Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək,xx.xx.2019-cu il tarixli, 00753705 nömrəli müqaviləüzrə Samsung Galaxy A30 markalı telefon üçün , 604 (altı yüz dörd) manat ödənilməmiş hissə, 60 (altmış) manat cərimə, xx.xx.2019-cu il tarixli, 00754089 nömrəli müqaviləüzrəmini soba HOFFMANN üçün 187 (bir yüz səksən yeddi) manat ödənilməmiş hissə, 18 (on səkkiz) manat cərimə olmaqla, ümumilikdə 869 (səkkiz yüz doxsan səkkiz) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq xeyrlərinəödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2020-ci il tarixli qərardadla mülki iş sadələşdirilmiş icraat qaydasından iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında iddiaçı «xxxxxxxxxxx» MMC-in nümayəndəsi X4 iddianı müdafiə edib izahatında göstərdi ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00753705 nömrəli müqaviləyə əsasən iddiaçı cavabdehə 671 (altı yüz yetmiş bir) manat dəyərində olan Samsung Galaxy A30 markalı telefon satmış, həmçinin xx.xx.2019-cu il tarixli, 00754089 nömrəli müqaviləyə əsasən iddiaçı cavabdehə 192 (bir yüz doxsan iki) manat dəyərində olan HOFFMANN markalı mini soba satmışdır. Lakin cavabdeh 72 (yetmiş iki) manat ödədikdən sonra müqavilələrin şərtlərini pozduğu üçün xx.xx.2019-cu il tarixli, 00753705 nömrəli müqavilə üzrə Samsung Galaxy A30 markalı telefon üçün, 604 (altı yüz dörd) manat ödənilməmiş hissə, 60 (altmış) manat cərimə, xx.xx.2019-cu il tarixli, 00754089 nömrəli müqavilə üzrə HOFFMANN markalı mini soba üçün 187 (bir yüz səksən yeddi) manat ödənilməmiş hissə, 18 (on səkkiz) manat cərimə olmaqla, hər iki müqavilə ümumilikdə 869 manat borcu yaranmışdır. İddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq o, qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün bildirişin ona təqdim olunması mümkün olmamışdır. Məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandıraraq MPM-in 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli, 00753705 nömrəli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan hissə-hissə ödəmək şərti ilə 671 (altı yüz yetmiş bir) manat dəyərində olan Samsung Galaxy A30 markalı telefon almışdır. xx.xx.2019-cu il tarixli, 00754089 nömrəli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan hissə-hissə ödəmək şərti ilə 192 (bir yüz doxsan iki) manat dəyərində olan OFFMANNmarkalı mini soba almışdır. Cavabdehə ünvanlanmış xx.xx.2020-ci il tarixli xəbərdardıqdan görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq etmişdir; xx xxx 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin iddiaçıya xx.xx.2019-cu il tarixli, 00753705 nömrəli müqaviləüzrə Samsung Galaxy A30 markalı telefon üçün , 604 (altı yüz dörd) manat ödənilməmiş hissə, 60 (altmış) manat cərimə, xx.xx.2019-cu il tarixli, 00754089 nömrəli müqaviləüzrəisə HOFFMANN markalımini soba üçün 187 (bir yüz səksən yeddi) manat ödənilməmiş hissə, 18 (on səkkiz) manat cərimə olmaqla, ümumilikdə 869 (səkkiz yüz doxsan səkkiz) manat borcu qalmışdır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; MM-in 598.1-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutlmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir; MM-in 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; MM-in 601-ci maddəsinin tələbinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öztələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə iş üzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdeh müqavilə üzrə öhdəliyi vaxtında icra etmədiyi üçün borcu yaranmışdır. Belə olan halda xx.xx.2019-cu il tarixli, 00753705 nömrəli müqavilə üzrə Samsung Galaxy A30 markalı telefon üçün , 604 (altı yüz dörd) manat ödənilməmiş hissə, 60 (altmış) manat cərimə, xx.xx.2019-cu il tarixli, 00754089 nömrəli müqavilə üzrə HOFFMANN markalı mini soba üçün 187 (bir yüz səksən yeddi) manat ödənilməmiş hissə, 18 (on səkkiz) manat cərimə olmaqla, hər ikik müqavilə üzrə ümumilikdə, 869 (səkkiz yüz altmış doqquz) manat cavabdehdən alınaraq «xxxxxxxxxxx» MMC-in xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, 00753705 nömrəli müqavilə üzrə 604 (altı yüz dörd) manat ödənilməmiş hissə, 60 (altmış) manat cərimə, xx.xx.2019-cu il tarixli, 00754089 nömrəli müqaviləüzrə187 (bir yüz səksən yeddi) manat ödənilməmiş hissə, 18 (on səkkiz) manat cərimə olmaqla, hər iki müqavilə üzrə ümumilikdə, 869 (səkkiz yüz altmış doqquz) manat və dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat alınaraq «xxxxxxxxxxx» MMC-in xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-1960/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1960/2020
31.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver