Məhkəmə qərarları › İş №2(043)-1966/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1966/2021

11.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1966/2021 11.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, iddiaçı "xxxx" MMC-in Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 28.10.2019-cu il tarixli müqavilələrinə əsasən, İMEi kodu **********32233 “Samsung Galaxy A10” markalı telefon üçün 196 (bir yüz doxsan altı) manat ödənilməmiş hissə, 19 (on doqquz) manat cərimə; 10.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEi kodu **********68834 “Samsung Galaxy A10” markalı telefon üçün 193 manat (bir yüz doxsan üç) ödənilməmiş hissə, 19 manat (on doqquz) cərimə; 20.02.2020-ci il tarixli müqaviləsinə əsasən İMEi kodu **********54109 “Samsung Galaxy A20s” markalı telefon üçün 438 (dörd yüz otuz səkkiz) manat ödənilməmiş hissə, 43 (qırx üç) manat cərimə, ümumilikdə 908 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 28.10.2019-cu il və 10.12.2019-cu il, 20.02.2020-ci il tarixli müqavilələrinə əsasən, İMEi kodu **********32233 “Samsung Galaxy A10” markalı telefon, İMEi kodu **********68834 “Samsung Galaxy A10” markalı telefon, İMEi kodu **********54109 “Samsung Galaxy A20s” markalı telefon almış və nəticədə 908 (doqquz yüz səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 28.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 336 (üç yüz otuz altı) manat (12 ay x 28 manat + 0 manat ilkin ödəniş) İMEi kodu **********32233 olan “Samsung Galaxy A10” markalı telefon üçün ümumilikdə, 215 (iki yüz on beş) manat olmaqla ondan, 196 (bir yüz doxsan altı) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq, 19 (on doqquz) manat cərimə; 10.12.2019cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 325 manat (üç yüz iyirmi beş) (12 ay x 23 manat + 49 manat ilkin ödəniş) İMEİ kodu **********68834 “Samsung Galaxy A10” markalı telefon üçün ümumilikdə, 212 (iki yüz on iki) manat olmaqla ondan, 193 manat (bir yüz doxsan üç) ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq, 19 manat (on doqquz) cərimə; 20.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 443 manat (dörd yüz qırx üç) (12 ay x 36,5 manat + 5 manat ilkin ödəniş) İMEi kodu **********54109 “Samsung Galaxy A20s” markalı telefon üçün ümumilikdə, 481 (dörd yüz səksən bir) manat olmaqla ondan, 438 manat (dörd yüz otuz səkkiz) ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 43 manat (qırx üç) cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 277 manat təşkil edir. 2-ci bəndə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş edib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş və iddia ərizəsinə əlavə edilmiş sənədlər göndərilməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 28.10.2019-cu il, 10.12.2019-cu il və 20.02.2020-ci il tarixli müqavilələrdən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 336 (üç yüz otuz altı) manat olan İMEi kodu **********32233 “Samsung Galaxy A10” markalı telefon, dəyəri 325 (üç yüz iyirmi beş) manat olan İMEi kodu **********68834 “Samsung Galaxy A10” markalı telefon, dəyəri 443 (dörd yüz qırx üç) manat olan İMEi kodu **********54109 “Samsung Galaxy A20s” markalı telefonun dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəyəcəyi və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar “Samsung Galaxy A10” markalı telefon üçün hər ay 28 manat, “Samsung Galaxy A10” markalı telefon üçün hər ay 23 manat və “Samsung Galaxy A20s” telefon üçün hər ay 36,5 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. 28.10.2019-cu il, 10.12.2019-cu il və 20.02.2020-ci il tarixli "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 28.10.2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən İMEi kodu **********32233 “Samsung Galaxy A10” markalı telefon üçün 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 336 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 196 manat borcunu ödəmədiyindən, həmin məbləğə 19 manat cərimə hesablanmış, 10.12.2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən İMEi kodu **********68834 “Samsung Galaxy A10 markalı telefon üçün 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 325 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 193 manat borcunu ödəmədiyindən, həmin məbləğə 19 manat cərimə hesablanmış, 20.02.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən İMEi kodu **********54109 “Samsung Galaxy A20s” markalı telefon üçün 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 443 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 438 manat borcunu ödəmədiyindən, həmin məbləğə 43 manat cərimə hesablanmışdır. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, "xxxx" MMCnin xeyrinə Cavabdeh İMEi kodu **********32233 “Samsung Galaxy A10” markalı telefon üçün 196 (bir yüz doxsan altı) manat ödənilməmiş hissə, 19 (iyirmi iki) manat cərimə cəmi 215 (iki yüz on beş) manat, İMEi kodu **********68834 “Samsung Galaxy A10” markalı telefon üçün 193 (bir yüz doxsan üç) manat ödənilməmiş hissə, 19 (on doqquz) manat cərimə cəmi 212 (iki yüz on iki) manat, İMEi kodu **********54109 “Samsung Galaxy A20s” markalı telefon üçün 438 (dörd yüz otuz səkkiz) manat ödənilməmiş hissə, 43 (qırx üç) manat cərimə, cəmi 481 (dörd yüz səksən bir) manat, ümumilikdə 908 (doqquz yüz səkkiz) manat borc pul tutularaq iddiaçıya qaytarılmalıdır. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə əsas borcdan 827 (səkkiz yüz iyirmi yeddi) manat ödənilməmiş hissə, 81 (səksən bir) manat cərimə olmaqla, ümumilikdə 908 (doqquz yüz səkkiz) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar