Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2020/2020 25.08.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi İddiaçı iştirakıilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-896/2010 saylı, xx xxxx 2010-cu il tarixli qətnaməsi ilə xx xxx 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulan 50 manat alimentin məbləğinin artırılaraq ayda 170 (yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilməsi və həmin məbləğin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh nikahlardan doğulmuş xx xxx 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx xxxxxx 2007-ci il tarixdə rəsmi olaraq ailə qurmuşdur. Birgə nikahlarında xx xxx 2008-ci il təvəllüdlü X3 adlı övladları doğulmuşdur. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxx 2010-cu il tarixli 2(043)- 896/2010 saylı qətnaməsinə əsasən cavabdehlə nikahları pozulmuş və uşağın saxlanılması üçün hər ay cavabdehdən 50 manat məbləğində aliment tutulması qət edilmişdir. Qətnamənin 10 ildir ki, çıxarılmasına baxmayaraq cavabdeh uşağın saxlanılması üçün aliment ödəməmişdir. Belə ki, o cavabdehlə aralarında razılaşma əldə edərək, alimentdən imtina etmişdir. Cavabdeh məhkəmə qətnaməsi ilə təyin edilmiş 50 manat alimenti ödəsə belə, həmin məbləğ uşağın ehtiyaclarını ödəməz. Hazırda uşağı təkbaşına böyütməkdə çətinlik çəkir. Uşaq günü-gündən böyüyür və ehtiyacları da daima artır. Hazırda İsa 6-cı sinifdə oxuyur. Uşağın təhsilinə də pul xərcləyir. Cavabdehin maddi vəziyyəti yaxşıdır, o, maşın alqı-satqısı ilə məşğul olur. Buna baxmayaraq cavabdeh uşağın saxlanılması ilə bağlı ona heç bir köməklik etmir. O valideynlərinin maddi dəstəyi ilə çətinliklə olsa da uşağı saxlayır. Ona görə də məcbur olub cavabdehdən alimentin tutulması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, bildirdi ki, əvvəllər məhkəmə qətnaməsi ilə uşağın saxlanılması üçün cavabdehdən aliment tutulsa da, sonradan o, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə xx.xx.2017-ci il tarixli ərizə ilə müraciət edərək, icra sənədinin icraatına xitam verilməsini xahiş etmişdir. Yasamal rayon icra şöbəsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən onun ərizəsi əsasında icra sənədi üzrə başlanılmış icraata xitam verilmişdir. Alimentdən imtina etməsinin səbəbi o olmuşdur ki, cavabdeh məhkəmə qətnaməsinə əsasən ödəməli olduğu alimenti ödəmədiyi üçün onun 5000 manatdan artıq borcu yaranmışdır. Həmin dövrdə cavabdeh tərəfindən məhkəmə qərarının icra olunmaması üçün cinayət məsuliyyətinə cəlb edilmək ehtimalı olmuşdur. Buna görə də o uşağının gələcəyini nəzərə alaraq, cavabdehlə razılığa gələrək 3500 manat məbləği müqabilində yaranmış aliment borcundan imtina etmişdir. Eyni zamanda cavabdeh ona gələcəkdə alimenti vaxtında ödəyəcəyini bildirdiyindən ümumiyyətlə tələbdən imtina etmişdir. Lakin cavabdeh ona aliment ödəməmişdir. Hazırda o təkbaşına uşağın saxlanılmasında çox çətinlik çəkir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Lakin, iddia tələbinə münasibət bildirmək üçün məhkəməyə etiraz göndərmişdir. Cavabdeh etirazında göstərmişdir ki, Kəpəz rayon Məhkəməsinin icraatında iddiaçının ona qarşı qaldırdığı iddia tələbi tamamilə əsassızdır. Qeyd edilən mülki iş üzrə verilmiş iddia tələbi tamamilə əsassız və qanunsuz olduğu üçün, eləcə də “alimentin məbləğinin artırılması”tələbi iddianın verilməsi üçün əsaslar olmaması ilə bağlı xüsusatlar iddia ərizəsində göstərilmədiyindən və bəzi sənədlər iddia ərizəsinə əlavə edilmədiyindən tərəfindən iddia ərizəsinə etiraz vermə zərurəti yaranmışdır. İddiaçı ilə aralarındakı nikah müvafiq məhkəmənin 2010-cu il tarixli qətnaməsi ilə pozulduqdan sonra azyaşlı övladlarının saxlanılması üçün müəyyən məbləğdə aliment ödəməyi ilə bağlı qərar qəbul edilmiş və sonradan aliment məhkəmə qərarı ilə yenə də artırılsa da, o aliment məbləğini ödəmişdir. 2017-ci il tarixdə iddiaçı ilə aralarında razılıq əldə edildikdən sonra o Bakı şəhər Yasamal rayon İcra və Probasiya Şöbəsinin icraatında olan 2(045)-5559/2015 saylı icra işi ilə bağlı olaraq iddiaçı ilə aralarında qarşılıqlı razılaşdıqları 3500 manat birdəfəlik aliment məbləğini azyaşlı İsanın yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıya ödəmişdir. İddiaçı isə öz könüllü ərizəsi ilə Yasamal rayon İcra və Probasiya Şöbəsinə bu barədə xx.xx.2017-ci il tarixdə müraciət etmiş, ümumiyyətlə bir daha aliment tələbi olmayacağını bildirmişdir. Bundan sonra Yasamal rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2017-ci il tarixli qərarı əsasında alimentin icra sənədi üzrə icraatına xitam verilmişdir. Aradan 3 il keçdikdən sonra isə İddiaçı əsassız olaraq yenə də alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmiş, lakin qeyd etdiyi xüsusatları nə ərizəsində göstərmiş, nə də ki, bu faktı təsdiq edən sənədləri iddia ərizəsinə qərəzli olaraq əlavə etməmişdir. Qeyd edilənlərə əsaslanaraq iddia tələbinə etirazının qəbul edərək onun iştirakı olmadan mülki işə baxaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2008-ci il tarixdə doğulmuş X1 atası X2, anası İddiaçı Genaddiyqızıdır. İş materiallarına əlavə olunmuş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-896/2010 saylı xx xxxx 2010-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2007-ci il tarixdə bağlanmış 1178 nömrəli nikah qeydinin pozulması, Cavabdeh xx.xx.2008ci il təvəllüdlü İsanın yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində hər ay 50 manat alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 5559/2016 saylı xx xxxx 2010-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixdən etibarən azyaşlı İsanın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 90 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş “İcra sənədi üzrə icraata xitam verilməsi haqqında” xx.xx.2017-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixli ərizəsi əsasında Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-5559/2016 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə icraatına xitam verilmişdir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdular. Nikahdan xx.xx.2008-ci il tarixdə İsa adlı uşaqları doğulmuşdur. Tərəflər arasında ailə münasibətləri pozulduğu üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-896/2010 saylı xx xxxx 2010-cu il tarixli qətnaməsinə əsasən aralarında olan nikah pozulmuş və azyaşlı İsanın saxlanılması üçün cavabdehdən sabit pul məbləği ilə 50 manat aliment tutulmuşdur. Bundan başqa iddiaçı 2015-ci il tarixdə aliment məbləğinin artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-5559/2015 saylı xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə aliment məbləği artırılaraq 90 manat müəyyən edilmişdir. Tərəflərin razılığı əsasında iddiaçı alimentdən imtina etdiyinə görə, Yasamal rayon icra şöbəsinin icra məmurunun xx.xx.2017-ci il tarixli qərarına əsasən icra sənədinin icraatına xitam verilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, cavabdehdən azyaşlı uşağın saxlanılması üçün sabit pul məbləğində alimentin tululmasını xahiş edir. Cavabdeh isə iddianın əsassız olduğunu bildirərək, iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmamış uşaq İddiaçı yanında qaldığından, uşağın saxlanması üçün cavabdehdən aliment tutulmasına dair iddia tələbi əsaslıdır. Cavabdehin etirazı ilə bağlı məhkəmə qeyd edir ki, işin hallarından və cavabdehin təqdim etdiyi ərizədən də görünür ki, iddiaçı yaranmış aliment borcunu alaraq aliment tələbindən imtina etmişdir. İddiaçının ərizəsində gələcəkdə aliment tələbinin olmayacağını qeyd etməsi qanunvericiliyin tələbinə zidd olduğundan əhəmiyyətsizdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Yetkinlik yaşına çatmamış uşağın saxlanması valideynin vəzifəsi olduğundan bu vəzifənin mövcud olduğu bütün dövr ərzində istənilən vaxt aliment tələbinin irəli sürülməsi istisna edilmir və keçmişdə aliment almaqdan imtina edilməsi sonradan aliment tələbinin irəli sürülməsinə mane olmur. Qanunvericiliyin göstərilən müddəalarını işin faktiki hallarına tətbiq etməklə məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdehin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşağın halhazırda anasının himayəsində olması, onun saxlanılması üçün vəsait tələb olunduğu nəzərə alınaraq cavabdehdən sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsində uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2020-cu il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minumumunu nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, xx xxx 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləği ilə 150 manat aliment tutulmalı, alimentin tutulmasının əvvəli iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. İddia qismən təmin edildiyindən Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx xxx 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləği ilə 150 (bir yüz əlli) manat aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulmasının başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. Alimentin tutulması hissəsində qətnamə dərhal icra edilsin. Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-2020/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2020/2020
25.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver