Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-2021/2021 21.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu İddiaçı Cavabdeh qarşı «vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı «vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. İddia tələbi iddiaçı hüquqi şəxsin işçisi olan cavabdehin tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən ona etibar edilmiş, hüquqi şəxsə məxsus olan əmlakın itirilməsi nəticəsində dəymiş 1082 manat maddi zərərin ödənilməsi ilə bağlıdır. Ərizəyə 8 yanvar 2020-ci il tarixli və 21 fevral 2020-ci il tarixli inventarizasiya nəticələrinə dair yekun aktlar əlavə edilmişdir. 8 yanvar 2020-ci il tarixli aktda son nəticədə 1667,39 manat məbləğin əksik gəldiyi, 21 fevral 2020-ci il tarixli aktda isə son nəticədə 774,91 manat məbləğin əksik gəldiyi qeyd edilmişdir. Ərizədə isə 21.02.2020-ci il tarixli akta əsasən yekun ziyan məbləğinin 1473 manat olduğu, bundan 391 manat cavabdehə güzəşt olunduğu və 1082 manat tələb edildiyi göstərilmişdir. İddia ərizəsində göstərilən məbləğləri həmin tələbi təsdiq edən sənəd kimi əlavə edilmiş akta əsasən mübahisəsiz qaydada müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.4-cü maddəsinə əsasən, ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa işə baxılmasının sadələşdirilmiş qaydası yolverilməzdir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-4.1.3, və 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı «vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. İddiaçıya iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-2021/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-2021/2021
21.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver