Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2043/2021 18.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, iddiaçı "xxxx" MMC-in Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 21.06.2019-cu il tarixli müqaviləsinə əsasən, “Sony” markalı Paystation-4 üçün 389 (üç yüz səksən doqquz) manat ödənilməmiş hissə, 38 (otuz səkkiz) manat cərimə; 21.06.2019-cu il tarixli müqaviləsinə əsasən, “Sony” markalı Paystation-4 pultu üçün 53 manat (əlli üç) ödənilməmiş hissə, 5 manat (beş) cərimə; 05.03.2020-ci il tarixli müqaviləsinə əsasən İMEi kodu **********79575 “Samsung Galaxy A10” markalı telefon üçün 311 (üç yüz on bir) manat ödənilməmiş hissə, 31 (otuz bir) manat cərimə, ümumilikdə 827 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 21.06.2019-cu il və 21.06.2019-cu il, 05.03.2020-ci il tarixli müqavilələrinə əsasən, “Sony” markalı Paystation-4, “Sony” markalı Paystation-4 pultu, İMEi kodu **********79575 “Samsung Galaxy A10” markalı telefon almış və nəticədə 827 (səkkiz yüz iyirmi yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 21.06.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 791 (yeddi yüz doxsan bir) manat (19 ay x 39 manat + 50 manat ilkin ödəniş) olan “Sony” markalı Paystation-4 ümumilikdə, 427 (dörd yüz iyirmi yeddi) manat olmaqla ondan, 389 (üç yüz səksən doqquz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq, 38 (otuz səkkiz) manat cərimə; 21.06.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 135 manat (bir yüz otuz beş) (15 ay x 9 manat + 0 manat ilkin ödəniş) “Sony” markalı Paystation-4 pultu üçün ümumilikdə, 58 (əlli səkkiz) manat olmaqla ondan, 53 manat (əlli üç) ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq, 5 manat (beş) cərimə; 05.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 372 manat (üç yüz yetmiş iki) (12 ay x 31 manat + 0 manat ilkin ödəniş) İMEi kodu **********79575 “Samsung Galaxy A10” markalı telefon üçün ümumilikdə, 342 (üç yüz qırx iki) manat olmaqla ondan, 311 manat (üç yüz on bir) ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 31 manat (otuz bir) cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 545 manat təşkil edir. 2-ci bəndə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş edib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərilməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 21.06.2019-cu il və 21.06.2019cu il, 05.03.2020-ci il tarixli müqavilələrdən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 791 (yeddi yüz doxsan bir) manat olan “Sony” markalı Paystation-4 dəyəri 135 (bir yüz otuz beş) manat olan “Sony” markalı Paystation-4 pultu, dəyəri 372 (üç yüz yetmiş iki) manat olan İMEi kodu **********68834 “Samsung Galaxy A10” markalı telefonun dəyərini hissəhissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəyəcəyi və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar “Sony” markalı Paystation-4 üçün hər ay 39 manat, “Sony” markalı Paystation-4 pultu üçün hər ay 9 manat və “Samsung Galaxy A10” telefon üçün hər ay 31 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. 19 aprel 2021-ci il tarixli "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 21.06.2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən “Sony” markalı Paystation-4 üçün 19 ay müddətinə ödəmək şərti ilə dəyəri 791 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 389 manat borcunu ödəmədiyindən, həmin məbləğə 38 manat cərimə hesablanmış; 21.06.2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən “Sony” markalı Paystation-4 pultu üçün 15 ay müddətinə ödəmək şərti ilə dəyəri 135 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 53 manat borcunu ödəmədiyindən, həmin məbləğə 5 manat cərimə hesablanmış; 20.02.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən 05.03.2020-ci il tarixli müqaviləyə əsasən İMEi kodu **********68834 “Samsung Galaxy A10” telefon üçün 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 372 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 311 manat borcunu ödəmədiyindən, həmin məbləğə 31 manat cərimə hesablanmışdır. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, "xxxx" MMCnin xeyrinə Cavabdeh “Sony” markalı Paystation-4 üçün 389 (üç yüz səksən doqquz) manat ödənilməmiş hissə, 39 (otuz doqquz) manat cərimə, “Sony” markalı Paystation-4 pultu üçün 53 (əlli üç) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, İMEi kodu **********68834 “Samsung Galaxy A10” telefon 311 (üç yüz on bir) manat ödənilməmiş hissə, 31 (otuz bir) manat cərimə, ümumilikdə 827 (səkkiz yüz iyirmi yeddi) manat borc pul tutularaq iddiaçıya qaytarılmalıdır. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə əsas borc üzrə 753 (yeddi yüz əlli üç) manat ödənilməmiş hissə, 74 (yetmiş dörd) manat cərimə borcu olmaqla, ümumilikdə 827 (səkkiz yüz iyirmi yeddi) manat borc pul və məhkəmə xərci qismində ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulsun. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-2043/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2043/2021
18.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver