Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2064/2021 30.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “reqres qaydasında pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “reqres qaydasında pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" ASC-nin Hacıqabul rayon filialına olan 21.12.2017-ci il tarixli 163CLM********** (sistemə dəyişikliklə əlaqədar 163RGTK 3506752AA) saylı kredit və Z-163 CLM 317 *** **** saytı zaminlik müqavilələri üzrə əvəzinə ödədiyi 14.864,37 manat məbləğində pulun, 30 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1975-ci itdə Dəvəçi rayonu Gəndab kəndində anadan olmuşdur. Ali təhsilli zabitdir və hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 12318 saylı Hərbi Hissəsində 1-ci Xüsusi Vasitələrin Tətbiqi Bölməsinin komandiri vəzifəsinə işləyir. Ailəsi ilə birlikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının ünvan 1 ünvanında yerləşən Zabit Yataqxanasının 65 nömrəli mənzilində yaşayır. "xxxx" ASC-nin Hacıqabul rayon filialında həmin vaxt onunla birlikdə işləyən Cavabdeh zamin durmuşdur və 21.12.2017-ci il tarixli 163CLM********** saylı kredit və Z-163 CLM 317 *** **** saylı zaminlik müqavilələri imzalanmışdır. Müqaviləyə əsasən illik faiz dərəcəsi 27.84% olmaqla 48 ay müddətinə kredit və 'BİRKART" kredit kartı götürülmüşdür. Cavabdeh "xxxx" ASC-nin Hacıqabul rayon filialının həyətində həmin kredit məbləğindən 3.000 manatını ona vermişdir. Bundan sonra, hərə öz kreditini ödəmişdir və əvvəllər onunla işləyən Cavabdeh ilk 6 ay müddətində kredit məbləğini ödənişlərini yerinə yetirmişdir. Lakin, Cavabdeh sonradan işdən çıxdığı üçün kredit müqaviləsi və "BİRKART" kredit kartı üzrə öhdəlikləri icra etməmişdir və o cavabdehə zamin durduğuna görə 2018-ci ilin noyabr ayından başlayaraq əmək haqqı kartından müvafiq tutmalar aparılmağa başlanmışdır və bu günə qədər də davam edir. 23.11.2018-ci ildən 04.05.2021-ci il tarixinədək əmək haqqı kartından 14864.37 manat tutma aparılmışdır. Məhkəmə baxışı zamanı İddiaçı nümayəndəsi (vəkili) X2 iddia ərizəsinin dəqiqləşməsi barədə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh "xxxx" ASC-nin Hacıqabul rayon filialına olan 21.12.2017-ci il tarixli 163CLM********** (sistemə dəyişikliklə əlaqədar İ63RGTK 3506752AA) saylı kredit və Z-163 CLM 317 *** **** saytı zaminlik müqavilələri üzrə onun əvəzinə iddiaçı tərəfindən ödənilmiş 14864,37 manat məbləğində pulun, 30 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmılmasını mümkün hesab etmişdır. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan zaminlik müqaviləsindən görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında 21.12.2017-ci il tarixli, Z-163 CLM 317 *** **** nömrəli zaminlik müqaviləsi bağlamış və müqavilənin şərtlərinə əsasən zamin "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 21.12.2017-ci il tarixli, 163CLM********** saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklənin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 21.12.2017-ci il tarixli, 163CLM********** saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh 48 ay müddətinə 27,84 faiz dərəcəsi ilə 18900 AZN kredit verilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" ASC tərəfindən verilmiş ödəniş kartı üzrə 31.03.2021-ci il tarixli 01.09.2018-ci il tarixdən 31.03.2021-ci il tarixədək hesabdan çıxarışdan görünür ki, İddiaçı adına olan kartda 01.09.2018-ci il tarixdən 31.03.2021-ci il tarixədək dövr üzrə 49.445,83 manat məxaric və 49.445,80 manat mədaxil olmuşdur. İş materiallarına əlavə olunmuş 04.05.2021-ci il tarixli, 68 nömrəli arayışdan görünür ki, Cavabdeh X4 filialı arasında bağlanmış 21.12.2017-ci il tarixli, 163RGTK3506752AA sistemdə dəyişikliklə əlaqədar əvvəlki kredit müqaviləsi 163CLM**********) nömrəli 18900 manat məbləğində kredit üzrə zamin durmuş İddiaçı tərəfindən kredit üzrə 23.11.2018-ci il tarixindən 04.05.2021-ci il tarixinə kimi əmək haqqı kartından 14864.37 manat məbləğində ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş 04.05.2021-ci il tarixli X6 verilmiş qəbzdən görünür ki, kredit borcuna dair arayışın verilməsinə görə 20 manat dövlət rüsumu iddiaçı tərəfindən banka ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, "xxxx" ASC ilə Cavabdeh arasında kredit müqavilələri bağlanmış, İddiaçı isə həmin kredit müqavilələri üzrə borclunun öhdəliyinin icrasını təmin etmək məqsədi ilə Bankla zaminlik müqaviləsi bağlamışdır. Borclu (cavabdeh) Cavabdeh kredit müqavilələri üzrə üzərinə düşən öhdəliyini icra etmədiyinə görə, Bank zamin İddiaçı bank hesabından zaminlik müqaviləsi üzrə ümumilikdə 14864,37 manat məbləğində pul tutmuşdur. Odur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, Nəzərov X3 Ata Elşən oğlundan qeyd olunan pul məbləğini tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 14864,37 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu və 20 manat xidmət haqqını da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 14864,37 (on dörd min səkkiz yüz altmış dörd manat otuz yeddi qəpik) manat pul, məhkəmə xərci qismində ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqı tutularaq İddiaçı ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-2064/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2064/2021
30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver