Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-208/2022 19.01.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, iddiaçı "xxxx" QSC-in etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" QSC-in Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi və kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi : İddiaçı "xxxx" QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış 11.07.2019-cu il tarixli 006A********** saylı və 11.07.2019-cu il tarixli 006A********** saylı kredit müqavilələrinin ləğv edilməsinə, cavabdehdən 11.07.2019-cu il tarixli 006A********** saylı müqavilə üzrə 774,91 manat məbləğində əsas borcun, 2,57 manat məbləğində faiz borcu və 85,11 manat məbləğində cərimə, 11.07.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsi üzrə 2600,53 manat məbləğində əsas borcun, 19,80 manat məbləğində faiz borcu və 767,15 manat məbləğində cərimə borcunun və ödənilmiş 62,5 manat məbləğində dövlət rüsumunun tutularaq xeyirlərinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" QSC-in etibarnamə üzrə nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanına əsasən tərəflər arasında kredit borcunun restrukturizasiyasına dair 11.07.2019-cu il tarixdə bağlanmış 006A********** saylı kredit müqaviləsinə əsasən cavabehə aylıq faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə- hissə qaytarmaq şərti ilə 997,64 manat məbləğində, 11.07.2019-cu il tarixdə bağlanmış 006A********** saylı kredit müqaviləsinə əsasən aylıq faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2898,87 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirmədiyi üçün iddiaçıya ümumilikdə hər iki müqavilə üzrə 4250,07 (dörd min iki yüz əlli manat 07 qəpik) manat məbləğində borcu qalmışdır. İddianın təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 11.07.2019-cu il tarixli 006A********** nömrəli kredit müqaviləsindən görünür ki, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 28 fevral tarixli Fərmanına əsasən cavabdehə kredit borcunun restrukturizasiyası məqsədi ilə iddiaçı tərəfindən 60 ay müddətinə, illik faiz dərəcəsi 1% faiz olmaqla 997,64 manat məbləğində kredit verilmişdir. 11.07.2019-cu il tarixli 006A********** nömrəli kredit müqaviləsi və ona əlavə edilən ödəniş cədvəlindən görünür ki, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 28 fevral tarixli Fərmanına əsasən cavabdehə kredit borcunun restrukturizasiyası məqsədi ilə iddiaçı tərəfindən 60 ay müddətinə, illik faiz dərəcəsi 1% faiz olmaqla 2898,87 manat məbləğində kredit verilmişdir. 10.11.2021-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh 11.07.2019-cu il tarixli, 006A********** nömrəli kredit müqaviləsi üzrə 774,91 manat məbləğində əsas, 2,57 manat faiz və 85,11 manat cərimə olmaqla cəmi 862,59 manat məbləğində, 11.07.2019cu il tarixli, 006A********** nömrəli kredit müqaviləsi üzrə 2600,53 manat məbləğində əsas 19,80 manat faiz və 767,15 manat cərimə olmaqla cəmi 3387,48 manat məbləğində borcu qalmışdır. 11.07.2019-cu il tarixli kassa məxaric orderlərindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" QSC-in xəzinədarlığından 2898,87 manat və 997,64 manat pulu qəbul etmişdir. Xəbərdarlıqlardan görünür ki, cavabdehə kredit borcunun könüllü ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MM-in 739.1-ci maddəsinə əsasən borc müqavləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya keçirməyi öhdəsinə götürür, digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi tərəflər arasında kredit müqaviləsi bağlanaraq tərəflər müqavilə üzrə üzərlərinə öhdəlik götürmüşlər. İddiaçı üzərinə düşən öhdəliyi tam icra etmiş, qarşı tərəf aldığı pulu qaytarmayaraq öhdəliyi icra etməmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir: «Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə cavabdehin yüksək məbləğdə cərimə ödəməyə məcbur edilməsini əmlak mənafelərinə mənfi təsir edə biləcəyini nəzərə alaraq hesab edir ki, 11.07.2019-cu il tarixli, 006A********** nömrəli müqavilə üzrə tutulmalı olan 85,11 manat cərimə məbləği azaldılaraq 5,11 manat həddində, 11.07.2019-cu il tarixli 006A********** nömrəli müqavilə üzrə tutulmalı olan 767,15 manat cərimə məbləği azaldılaraq 7,15 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə iş üzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyi vaxtında icra etmədiyi üçün iddiaçıya kredit borcu yaranmışdır. Belə olan halda 11.07.2019-cu il tarixli 006A********** saylı müqavilə üzrə 774,91 manat məbləğində əsas borc, 2,57 manat məbləğində faiz borcu, 5,11 manat məbləğində cərimə, 11.07.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsi üzrə 2600,53 manat məbləğində kredit borcu, 19,80 manat məbləğində faiz borcu, 7,15 manat məbləğində cərimə olmaqla, cəmi 3410,07 (üç min dörd yüz on manat 07 qəpik) manat məbləğində kredit borcu Cavabdeh tutularaq "xxxx" QSC-in xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 62,5 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Kredit müqavilələrinin ləğv olunmasına gəldikdə isə məhkəmə hesab edir ki, cavabdeh müqavilələrin şərtlərini əhəmiyyətli dərəcədə pozaraq, iddiaçını müqavilə bağlanarkən ümid etməyə haqqı çatandan məhrum etdiyi üçün iddia tələbi həmin hissədə də təmin olunaraq tərəflər arasında bağlanmış 11.07.2019-cu il tarixli 006A********** saylı və 11.07.2019-cu il tarixli 006A********** saylı kredit müqavilələri ləğv olunmalıdır. (MM mad. 421.2) Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia qismən təmin olunsun. İddiaçı "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 11.07.2019-cu il tarixli 006A********** saylı və 11.07.2019-cu il tarixli 006A********** saylı kredit müqavilələri ləğv edilsin. Cavabdeh 11.07.2019-cu il tarixli 006A********** saylı müqavilə üzrə 774,91 manat məbləğində əsas borc, 2,57 manat məbləğində faiz borcu, 5,11 manat məbləğində cərimə, 11.07.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsi üzrə 2600,53 manat məbləğində əsas borc, 19,80 manat məbləğində faiz borcu, 7,15 manat məbləğində cərimə olmaqla, hər iki müqavilə üzrə, cəmi 3410,07 (üç min dörd yüz on manat 07 qəpik) manat məbləğində kredit borcu və iş üzrə ödənilmiş 62,5 (altmış iki manat 50 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" QSC-in xeyrinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-208/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-208/2022
19.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver