Məhkəmə qərarları › İş №2(043)-2094/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2094/2021

05.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2094/2021 05.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, iddiaçı ləğv prosesində olan “X9” ASC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı ləğv prosesində olan “X9” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra ASC) cavabdehlər Cavabdeh və X4 qarşı “kredit məbləğinin geri qaytarılması və girov predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ləğv prosesində olan “X9” ASC-nin cavabdehlər Cavabdeh və X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və X2 1501.01 (bir min beş yüz bir manat 01 qəpik) manat məbləğində gecikmiş əsas borc, 1158.03 (bir min beş yüz əlli səkkiz manat 03 qəpik) manat məbləğində gecikmiş faiz borcu, ümumilikdə 2659.04 (iki min altı yüz əlli doqquz manat, 04 qəpik) manat məbləğində kredit borcunun mübahisənin məlikəmə vasitəsi ilə həll edilməsi üçün tərəfimizdən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulub iddiaçı «X9» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, ödəmənin Cavabdeh ilə «X9» ASC-nin Gəncə filialı arasında bağlanmış 12.11.2013-cü il tarixli, 1132/Q saylı «Kredit müqaviləsi»nin təminatı qismində banka girov qoyulmuş Cavabdeh məxsus olan 12.11.2013-cü il tarixli, 1132/Q saytı «Girov müqaviləsi»nin ayrılmaz hissəsi olan 12.11.2013-cü il tarixli, 1132/Q saylı «Akt»la müəyyən olunan 1 (bir) ədəd sırğa, 1 (bir) ədəd brilyant üzük. cəmi 13.40 (on üç qram. 40 milliqram) qram olan qızıl məmulatlarına yönəldilərək, həmin girov predmetlərinin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün «X9» ASC-yə ödənilməsi tələb ödənilmədiyi təqdirdə isə qalan borc məbləğinin cavabdehin əmlaklarına yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı «X8 ASC-nin Gəncə filialı ilə Cavabdeh arasında ağlanmış 12.11.2013-cü il tarixli, 1132/Q saylı “Kredit müqaviləsi”nə əsasən, cavabdehə tikinti materiallarının alınması üçün 24 (iyirmi dörd) ay müddətinə, illik 36% (otuz altı) hesablanmaqla 2900 (iki min doqquz yüz) manat məbləğində kredit vəsaiti verilmişdir. Cavabdehə «X9» ASC-nin Gəncə filialı arasında bağlanmış 12.11.2013-cü il tarixli, 1132/Q saylı «Kredit müqaviləsi»nin təminatı qismində, Cavabdeh məxsus olan. 12.11.2013-cü i tarixli. 1132/Q saylı «Girov müqaviləsi»nin ayrılmaz hissəsi olan «Akt»la müəyyən olunan 1 (bir) ədəd sırğa, 1 (bir) ədəd brilyant üzük, cəmi 13,40 (on üç qram, 40 milliqram) qram olan qızıl məmulatları banka girov qoyulmuş, bu barədə cavabdehlə 12.11.2013-cü il tarixli, 1132/Q saylı «Girov müqaviləsi» bağlanmışdır. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən. «Borcalan»ın ssuda hesabına «Bank» tərəfindən kredit vəsaitinin köçürüldüyü tarix, kredit üzrə istifadə tarixi hesab edilir. Kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən «Borcalan»a verilən kredit vəsaitindən istifadə müddəti 24 (iyirmi dörd) aydır və bu müddət 12.11.2015-ci il tarixində bitir. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən, kreditin tam həcmdə qaytarılması tarixi kredit üzrə əsas borcun və hesablanmış faizlərin «Bank»ın hesabına daxil olduğu tarix hesab olunur. Qeyd olunan «Kredit müqaviləsi» nin 3.1-ci bəndinə əsasən, kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 36 (otuz altı) % faizlə hesablanır. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, kredit üzrə faizlər bu müqavilənin 2.1-ci bəndində nəzərdə tutulan tarixdə hesablanır və hər ayın 30-u tarixindən gec olmayaraq «Borcalan» tərəfindən «Bank»a ödənilir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən, kredit üzrə vaxtı keçmiş borc əmələ gəldikdə «Borcalan» «Bank»a vaxtı keçmiş ödəniş tarixindən borcun faktiki olaraq ödənildiyi tarixədək olan dövr üçün faiz dərəcəsindən əlavə 36% (cəmi 72%) hesablanan cərimə faizləri ödəməlidir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə cavabdehin banka 03.05.2017-ci il tarixinə olan borcu, 1501.01 (bir min beş yüz bir manat 01 qəpik) manat məbləğində gecikmiş əsas borc, 1158,03 (bir min yüz əlli səkkiz manat 03 qəpik) manat məbləğində gecikmiş faiz borcu, ümumilikdə 2659,04 (iki min altı yüz əlli doqquz manat 04 qəpik) manat məbləği təşkil edir. Cavabdeh ilə bank arasında bağlanılmış 12.11.2013-cü il tarixli, 1132/Q saylı «Kredit müqaviləsi»nin təminatı qismində, həmin müqavilədən irəli gələn bütün pul tələblərinə X6 zamin durmuşdur. Bu məqsədlə X6 ilə 12.11.2013-cü il tarixli, 1132/Q/350 saylı “Zaminlik” müqaviləsi bağlanmışdır. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı «Bildiriş»lərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan «Kredit müqaviləsi» üzrə kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin, qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. İddiaçı ləğv prosesində olan “X9” ASC-nin nümayəndəsi X5 iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ünvanlayaraq, cavabdehlər Cavabdeh və X2 1501.01 (bir min beş yüz bir manat 01 qəpik) manat məbləğində əsas borc, 922,37 (doqquz yüz iyirmi iki manat 37 çəpik) manat məbləğində faiz borcu, ümumilikdə 2423,38 (iki min dörd yüz iyirmi üç manat 38 qəpik) manat məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəfimizdən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulub iddiaçı LPO «X9» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, ödəmənin Cavabdeh ilə «X9» ASC-nin Gəncə filialı arasında bağlanmış 12.11.2013-cü il tarixli, 1132/Q saylı «Kredit müqaviləsi»nin təminatı qismində banka girov qoyulmuş, Cavabdeh məxsus olan, 12.11.2013-cü il tarixli, 1132/Q saylı «Girov müqaviləsi»nin ayrılmaz hissəsi olan 12.11.2013-cü il tarixli, 1132/Q saylı «Akt»la müəyyən olunan 1 (bir) ədəd sırğa, 1 (bir) ədəd brilyant üzük, cəmi 13.40 (on üç qram, 40 milliqram) qram olan qızıl məmulatlarına yönəldilərək, həmin girov predmetlərinin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçı LPO «X9» ASC-yə ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan “X9” ASC-nin nümayəndəsi X5 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ifadə verərək bildirdi ki, o, Gəncə şəhərində olmamışdır. Pulu iddiaçı ləğv prosesində olan “X9” ASC-nin işçilərinə vermişdir ki, ödənişi etsin. Bankın işçiləri ondan Mustafayev Nəcibəyə məxsus pensiya kartı almışlar ki, tutmanı həmin kartdan etsinlər. Bir müddət həmin pensiya kartından bankın əməkdaşları pul çıxararaq onun aylıq ödənişləri ödəmiş, sonra kartın vaxtı bitmiş, lakin ona heç bir məlumat verilməmiş, onun xəbəri olmadan borcu yığılmışdır. O, müqaviləyə əsasən ödəniş cədvəli üzrə 14 ay ödəniş etmiş, 10 ayı isə bu səbəbdən qalmışdır. Borcunu ödəməsə üçün vaxt verilməsini məhkəmədən xahiş etdi. Cavabdeh X4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş 12 noyabr 2013-cü il tarixli 1132/Q saylı kredit müqaviləsindən görünür ki, ləğv prosesində olan “X9” ASC ilə Cavabdeh arasında illik 36 faizlə 24 ay müddətinə 2900 manat məbləğində kredit müqaviləsi bağlanılmışdır. İş materiallarına əlavə olunmuş 12 noyabr 2013-cü il tarixli 1132/Q/350 saylı zaminlik müqaviləsindən görünür ki, zamin X6 ləğv prosesində olan “X9” ASC ilə Cavabdeh arasında bağlanmış 12 noyabr 2013-cü il tarixli, 1132/Q saylı kredit müqaviləsindən irəli gələn öhdəliyi tam həcmdə yerinə yetirilənədək borc götürənlə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 12 noyabr 2013-cü il tarixli 1132/Q saylı girov müqaviləsindən və saxlanca qəbul edilməsi aktından görünür ki, Cavabdeh ləğv prosesində olan “X9” ASC ilə bağladığı 12 noyabr 2013-cü il tarixli saylı kredit müqaviləsindən irəli gələn öhdəliyin təminatı üsulu kimi özünə məxsus olan 1 ədəd sırğa, çəkisi- 5,9 qram, əyarı- 585; 1 ədəd brilyant üzük, çəkisi- 7,5 qram olmaqla bazar qiyməti 970 manat olan qızıl-zinət əşyasını girov qoymuşdur. İş materiallarına əlavə edilmiş 09 iyun 2021-ci il tarixli, **********/83 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh qızının 12.11.2015-ci il tarixə banka 12 noyabr 2013-cü il tarixli, 1132/Q saylı kredit müqaviləsi üzrə 1501,01 manat əsas borc, 922,37 manat faiz borcu olmaqla, cəmi 2423,38 manat borcu vardır. İş materiallarına əlavə edilmiş xəbərdarlıqlardan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.7-ci maddəsinə görə, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 279-cu maddəsinə görə, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir; 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, ləğv prosesində olan “X9” ASC ilə Cavabdeh arasında 12 noyabr 2013-cü il tarixli 1132/Q saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi ləğv prosesində olan “X9” ASC ilə X6 arasında 12 noyabr 2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən X6 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Həmçinin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini kimi girov müqaviləsi bağlanmışdır. İddiaçı tərəfindən müqavilə üzrə öz öhdəliyini icra etmiş, cavabdeh isə kredit müqaviləsindən irəli gələn öhdəliklərini lazımi qaydada icra etməmişdir. Beləliklə də Cavabdeh müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmışdır, lakin danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. İddiaçı ləğv prosesində olan “X9” ASC öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, Cavabdeh ilə kredit müqaviləsi 12 noyabr 2013cü il tarixdə 24 ay müddətinə bağlanmış və kreditin qaytarılması üçün son tarixi 12.11.2015-ci il müəyyən edilmişdir. X6 ilə 12 noyabr 2013-cü il tarixdə zaminlik müqaviləsi bağlanmış və həmin müqavilədə zaminliyin verilməsi müddəti göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtı 12.11.2015-ci il tarixdə başa çatdığından və həmin vaxtdan 1 il ərzində iddiaçı tərəfindən zamin X4 qarşı iddia irəli sürülmədiyindən zaminliyə xitam verilmişdir. Buna görə də cavabdeh X4 qarşı iddia təmin edilə bilməz. Həmçinin məhkəmə hesab edir ki, kreditor tərəfindən müqavilənin şərtlərinə uyğun əsas borca faiz hesablamışdır. Buna görə də məhkəmə əsas və faiz borcunun tamamını Cavabdeh iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 12 noyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə 1501,01 manat əsas borc, 922,37 manat faiz borcu olmaqla, ümumilikdə 2423,38 manat kredit borcu tutulmalı, tutma cavabdehə məxsus 1 ədəd sırğa, çəkisi- 5,9 qram, əyarı- 585; 1 ədəd brilyant üzük, çəkisi- 7,5 qram olan qızıl-zinət əşyalarına yönəldilməli, həmin əşyalar açıq hərracda satılaraq, tələb təmin edilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 30 manat dövlət rüsumundan ibarətdir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidi. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı ləğv prosesində olan “X9” ASC ilə Cavabdeh arasında bağalanmış 12 noyabr 2013-cü il tarixli 1132/Q nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 1501,01 manat əsas borc və 922,37 manat faiz borcu olmaqla, cəmi 2324,38 (iki min üç yüz iyirmi dörd manat otuz səkkiz qəpik) manat pul və ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan “X9” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma girov predmeti olan Cavabdeh məxsus 1 ədəd sırğa, çəkisi- 5,9 qram, əyarı- 585; 1 ədəd brilyant üzük, çəkisi- 7,5 qram olan qızıl-zinət əşyasına yönəldilsin. Həmin qızıl-zinət əşyası açıq hərracdan satılaraq satışdan əldə edilən vəsait hesabına borc ödənilsin, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə yetərli olmadığı halda, qalıq borc ümumi qaydada Cavabdeh iddiaçının xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar