Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-2098/2021 31.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, İbrahimov İsmət Mübariz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXin 3 saylı Ərazi İdarəsinə qarşı “maneənin aradan qaldırılması” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXin 3 saylı Ərazi İdarəsinə qarşı “maneənin aradan qaldırılması” tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə ərizə müraciət etmiş, mübahisənin məhkəmə qaydasında həll olunmasını istəmədiyini bildirərək, ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və ərizənin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-cı maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 260, 263-264, 267- 268-cı maddələrinə əsasən məhkəmə, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXin 3 saylı Ərazi İdarəsinə qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-2098/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-2098/2021
31.08.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver