Məhkəmə qərarları › İş №2(043)-2107/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2107/2021

22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2107/2021 22.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” X12rşı “hesablanmış su pulu borcunun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı cavabdeh “xxxx” X12rşı “hesablanmış su pulu borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” TSC tərəfindən ona yazılan 279 manat 30 qəpik məbləğində borcun əsassız hesab olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhər 4-cü Mikrorayon bina- 24, mənzil 73-də olan mənzili X4 2014-cü ilin sentyabr ayının 15-də notarial qaydada alqı-satqı yolu ilə almışdır. Həmin alqı-satqı əqdinin surətini iddia ərizəsinə əlavə etmişdir. Əgər o zaman borc olsaydı notarius alqı-satqı əqdi necə bağlaya bilərdi? O, alqı-satqı müqaviləsini bağladıqdan sonra xxxx idarəsinə müraciət etmişdir. Ona borcun olmasını dedikdə o təəssüf edərək onlara etirazını bildirmişdir ki, nə borc bu necə ola bilər? Alqısatqı bağlanması üçün onların borcun olmaması barədə arayış verdiklərini bildirmşdir. xxxx idarəsindən ona əvvəl 382 manat 96 qəpik borc olmasını bildirmişlər, sonra 279 manat məbləğində əsassız olaraq borc tərtib edilmiş və ona verilmişdir. Ailəsi 2 nəfərdən ibarətdir. 13.07.2003-cü il təvəllüdlü qızı X5 və o, həmin ünvanda yaşayır. X3 2012-ci ilin sentyabr ayın 10 da vəfat edib. 2021-ci ilin aprel ayın da yaşadığı Gəncə şəhəri 4-cü Mikrorayon ev-24 mənzil-73 də 2 nəfərdən ibarət olan ailəsi ilə yaşayır. Ona əsassız olaraq “xxxx” TSC tərəfindən borc hesablanmış və o da buna görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. 08.06.2021-ci il tarixli məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” TSC-nin nümayəndəsi X27 iddianı qəbul etməyərək, izahatında göstərdi ki, iddiaçının “xxxx” TSCyə olan borcu evin əvvəlki mülkiyyətçisindən qalan borc olmuşdur. İddiaçı borcun bir qismini ödədikdən sonra yerdə qalan borcu ödəcəyinə dair öhdəlik götürmüşdür. 2017-ci ildə mənzilə su sayğacı quraşdırılmışdır və su pulu sərfiyyata görə hesablanır. Həmin vaxta qədər isə su pulu mənzildə qeydiyyatda olan şəxslərin sayına görə hesablanmışdır. Sonradan iddiaçı qalan borcunu ödəməmişdir və hazırda onun borcu 280 manat 40 qəpik təşkil edir. Buna görə də iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş abonent kartının surətindən görünür ki, Gəncə şəhəri, 4-cü mikrorayon, ev 24, mənzil 73 ünvanında su təchizatı və kanalizasiya xidmətinə görə 02.06.2021-ci il tarixə qədər yekun borc 279,30 manat təşkil edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, 11 oktyabr 2014-cü il tarixdən İddiaçı və X1 şəhəri, 4-cü mikrorayon, ev 24, mənzil 73 ünvanında görə ünvanında qeydiyyatdadırlar. İş materiallarına əlavə olunmuş RX seriyalı, 04943115 nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, 4-cü mikrorayon, ev 24 ünvanında yerləşən 73 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İş materiallarına əlavə edilmiş 15.09.2014-cü il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı Gəncə şəhəri, 4cü mikrorayon, ev 24 ünvanında yerləşən 73 saylı mənzili X2 almışdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)- 2410/2019 saylı, 24.07.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, X9, X10, X6, X11, X13, X34, X7, X28, X29, X35, X30, X36, X31 və X16 Gəncə şəhəri, Kəpəz rayonu, 4cü mikrorayon, ev 24-də yerləşən 73 saylı mənzildən istifadə hüquqları itirilmiş hesab edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikasının Qanununun 5ci maddəsinin 3-cü bəndinə əsasən, su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 30-cu maddəsinin 1-ci hissəsinə görə, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin Qanunun 61-ci maddəsinin 1-ci hissəsinə görə, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 saylı qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 7.1, 7.2, 7.3, 7.4-cü bəndlərinə əsasən Suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. Smart-kart tipli suölçən cihaz quraşdırılmış istehlakçıya istifadə etdiyi suyun həcmi haqqında STKM tərəfindən hesab təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, 4-cü mikrorayon, ev 24 ünvanında yerləşən 73 saylı mənzilin əvvəlki mülkiyyətçisi X8 olmuş, 15 sentyabr 2014-cü il tarixdə həmin mənzil iddiaçıya satılmışdır. Beləliklə iddiaçının mənzildə olan su sərfiyyatına görə ödəniş etmək öhdəliyi yalnız 15 sentyabr 2014-cü ildən sonra yaranmışdır. Abonent kartındakı məlumatlardan görünür ki, 2014-cü il üçün su sərfiyyatı 360 m3, su pulu borcu isə 129,60 manat olmuşdur. Su sərfiyyatı mənzildə qeydiyyatda olan şəxslərin sayına görə hesablandığından aylar üzrə eyni məbəğdə su pulu borcu yaranmalıdır. Buna görə də 2014-cü ilin bir ayı üçün 10,8 manat borc, sentyabr-dekabr ayları üçün 43,2 manat borc yaranmışdır. Abonent kartındakı məlumatlara əsasən iddiaçının 2014-cü ilin sentyabrından hazırkı dövrə qədər sərf etdiyi suya görə ödəməli olduğu məbləğ 500,61 manat olmuşdur. Müvafiq dövr ərzində iddiaçı tərəfindən 535 manat pul ödənilmişdir. Beləliklə müəyyən edilir ki, mənzildə su sərfiyyatına görə hesablanmış 279,30 manat borc məbləği mənzilin əvvəlki mülkiyyətçisi tərəfindən istifadə edilmiş suya görədir. İddiaçı mənzili alarkən alğı-satqı müqaviləsində də qeyd edilmişdir ki, mənzil alıcının sahibliyinə verilənədək yaranmış borcların ödənilməsi satıcının üzərinə düşür. Yəni alıcı mənzili alarkən aldığı vaxta qədər olan borcları qəbul etməmişdir. Belə olan halda həmin borcun ondan tələb edilməsi əsassızdır. Cavabdeh həmin borc məbləğini mənzilin keçmiş mülkiyyətçisindən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh “xxxx” X37 Cəmiyyəti tərəfindən Gəncə şəhəri, 4-cü mikrorayon, ev 24 ünvanında yerləşən 73 saylı mənzil üzrə su təchizatı və çirkab suyun axıdılması xidmətinə görə İddiaçı borc kimi hesablanmış 279,30 (iki yüz yetmiş doqquz tam yüzdə otuz) manat məbləğ silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar