Məhkəmə qərarları › İş №2(043)-2116/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-2116/2021

26.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-2116/2021 26.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilənin təminatı kimi girov götürülmüş qızıl əşyalarının dəyərlərinin alınması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı nümayəndəsi və vəkili Vəkil Cavabdeh qarşı «müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilənin təminatı kimi girov götürülmüş qızıl əşyalarının dəyərlərinin alınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış hesab edilən, Bakı şəhəri 3 saylı Notariat Kontorunda 09.06.2018-ci il tarixdə 3M-445 reyestrlə qeydə alınmış, «mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilənin təminatı kimi cavabdehin iddiaçıdan girov kimi götürdüyü, qızıl əşyalarının ümumi dəyəri olan 30000 (otuz min) ABŞ dollarının ödənliən günə AZN-nə olan məzənnəsi məbləğində pulun və 30 manat dövlət rüsumunun cavabdehdən alınıb iddaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə şərikli avtomaşın ticarəti ilə məşğul olmuş, sonuncu “Porşe” markalı avtomaşının satışı nəticəsində iddiaçının cavabdehə 30000 ABŞ dolları məbləğində borcu yaranmışdır. Cavabdeh həmin borcun ödənilməsi üçün iddiaçıya vaxt vermədən həmin borca dair onunla notariat qaydasında müqavilə imzalamasını tələb etmişdir. Nəticədə Bakı şəhəri 3 saylı Notariat Kontorunda 09.06.2018-ci il tarixdə 3M-445 reyestrlə qeydə alınmış müqavilə imzalamışlar. Müqavilədə giya cavabdehin 2018-ci ilin iyun ayının 8-də ona 30000 ABŞ dolları məbləğində borc pul verməsi, onun həmin borcu etiraf etməsi və borcu 2018-ci ilin avqust ayının 30-dək qaytarmağı öhdəsinə götürməyi qeyd edilmiş və müqavilə tərəflərin imzaları ilə təsdiq edilmişdir. Əslində cavabdeh faktiki olaraq heç vaxt iddiaçıya 2018-ci ilin iyun ayında nağd olaraq 30000 ABŞ dolları məbləğində borca pul verməmişdir. Sadəcə olaraq şərikli avtomaşın satışı nətiocəsində iddiaçının cavabdehə yaranmış borcunu etiraf etdirmək üçün həmin müqavilə tərtib edilmişdir. Yəni, həmin müqavilədə ifadə olunduğu kimi 2018-ci ilin iyun ayında cavabdeh iddiaçıya nağd olaraq 30000 ABŞ dolları məbləğində pulu borc verməmişdir. Bununla da həmin müqavilənin ikinci tərəfi kimi iddiaçının iradə ifadəsi kimi reallığı əks etdirməyən, görünüş üçün tərtib edilmiş bir müqavilədir. Ona görə də həmin müqavilə bağlandığı andan etibarsız hesab edilməlidir. Bundan əlavə cavabdeh, yaxın qohumlarının yəni, DTX-də işləmiş Elşən adlı qaynatasının, X6 polis işləyən qardaşı Cavdin iddiaçıya etdikləri psixi təzyiqləri nəticəsində notariat qaydasında etiraf etdirdikləri borcun təminatı olaraq ondan ümumi dəyərləri 30000 ABŞ dolları məbləğində qızıl əşyalarını da girov olaraq cavabdehə verməyi tələb edib almışlar. Ancaq həmin qızılları iddiaçıdan girov götürdükdən təxminən on gün sonra yəni, 2019-cu ilin sentyabr ayında cavadeh özü, qaynatası və qardaşı iddiaçıya zəng edərək təcili pul lazım olmasını bəhanə gətirmiş, 30000 ABŞ dolları məbləğində qızıl əşyalarını X5 Satışı mağazasında ümumi dəyəri 15000 ABŞ dolları məbləğində dəyərləndirərək satdıqlarını bildirmişlər. Qeyd etdiyi kimi cavadeh yaxın qohumalrının təsiri ilə iddiaçıdan girov olaraq qızıl əşayalarını götürüb dəyərindən hədsiz dərəcədə aşağı qiymətə onun iştirakı və razılığı olmadan satıb pulunu mənimsəmişlər. Nəticədə iddiaçıya külli miqdarda maddi ziyan vurulmuşdur. Ona görə də iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq məhkəməyə ərizə verərək, müqavilənin təminatı kimi cavabdehin iddiaçıdan girov kimi götürdüyü, qızıl əşyalarına dair hissədə qızıl əşyalarının təsviri, çəkisi və dəyəri barədə dəqiqləşmə məhkəmə tərəfindən təklif edilməsinə baxmayaraq hazırda onun tərəfindən təmin edilməsinin mümkün olmamasını bildirmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (vəkili) X2 iddia ərizəsinə etiraz edərək göstərdi ki, iddiaçı Cavabdeh cavadeh İddiaçı qarşı Bakı şəhəri 3 saylı Notariat Kontorunda 09.06.2018-ci il tarixdə 3M-445 reyestrlə qeydə alınmış müqavilə əsasında 15000 ABŞ dolları məbləğində pulun ödənildiyi günə Azərbaycan manatına olan məzənnəsi üzrə alınıraq iddiaçıya verilməsinə dair iddia tələbi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmiş, iddiası təmin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 20.11.2020-ci il tarixli qətnaməsi ilə Şəmkir Rayon Məhkəməsinin qətnaməsi, Ali Məhkəmənin 17.07.2021-ci il tarixli qərarı ilə isə Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin iş üzrə cavabdehin vəkili Ali Məhkəmədə isə baxılarkən hazırkı iş üzrə iddia qaldırıldığından mülki işin icraatının dayandırılmasına dair vəsatət versə də vəsatət təmin edilməmişdir. Göründüyü kimi hazırkı iddianın qaldırılması İddiaçı tərəfindən Cavabdeh ödənilməli olan 15000 ABŞ dolları məbləğində pulun verilməsinin ləngidilməsi məqsədi daşıyır. İddia tələbi əsassızdır. Ona görə də iddanın təmin edilməməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçı tələbinin müqavilənin təminatı adı ilə girov kimi götürülmüş qızıl əşyalarının dəyərlərinin alınmasına hissəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddia ərizəsində borcun təminatı olaraq ondan ümumi dəyəri 30000 ABŞ dolları məbləğində qızıl əşyalarının girov qoyulması, cavabdeh tərəfindən onun iştirakı və razılığı olmadan həmin qızıl əşyalarının dəyərindən hədsiz dərəcədə aşağı qiymətə satılması qeyd edilsə də, qızıl əşyalarının fərdi əlaməti və təsviri, çəkisi və onların ayrıayrılıqda qiymətləri qeyd edilməmiş və iddia ərizəsinin həmin hissəsində tələb dəqiq göstərilməmişdir. Qeyd edilən nöqsanlar məhkəmə tərəfindən iddiaçının nümayəndəsinin diqqətinə çatdırılmış, göstərilən nöqsanların aradan qaldırılması təklif olunmuş və bunun üçün vaxt verilmiş, buna baxmayaraq iddiaçı tərəfindən həmin nöqsanlar aradan qaldırılmamış və bunun hazırda mümkün olmaması barədə məhkəməyə ərizə verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3.-ci maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.4-cü maddəsinə əsasən ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri ərizədə göstərilməlidir. Həmin Məcəllənin 259.0.12.-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1— 150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 260-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı «müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilənin təminatı kimi girov götürülmüş qızıl əşyalarının dəyərlərinin alınması» tələbinə dair iddia ərizəsinin “müqavilənin təminatı kimi girov götürülmüş qızıl əşyalarının dəyərlərinin alınmasına” dair hissəsi baxılmamış saxlanılsın. Qərardaddan, rəsmi qaydada təqdim edildikdən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar