Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-212/2022 07.02.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nisyə alqı-satqı müqavilələri üzrə ümumilikdə 7535 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 95,35 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış müqavilələrə əsasən İMEİ kodu **********64752 “Samsung Galaxy A7” markalı telefon və “Samsung” markalı tozsoran, İMEİ kodu **********01971 “İPhone 8 plus” markalı telefon, İMEİ kodu **********11359 “Samsung Galaxy A70” markalı telefon, “Hoffman” markalı ətçəkən, “Redmond” markalı qəhvəbişirən, İMEİ kodu **********46363 “Samsung Galaxy A70” markalı telefon, İMEİ kodu **********49528 “Samsung Galaxy A40” markalı telefon, İMEİ kodu **********32954 “Samsung Galaxy A70” markalı telefon, İMEİ kodu **********03926 “Samsung Galaxy A50” markalı telefon, İMEİ kodu **********55327 “Samsung Galaxy S10 Dual” markalı telefon, “LG” markalı Led televizor almış və nəticədə 7535 (yeddi min beş yüz otuz beş) manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 17.11.2018-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 1421 manat (18 ay x 72 manat + 125 manat ilkin ödəniş) İMEİ kodu **********64752 “Samsung Galaxy A7” markalı telefon və “Samsung” markalı tozsoran üçün ümumilikdə 281 manat olmaqla ondan, 216 (yetmiş iki) manat ödənilməmiş hissə, 65 manat dəbbə pulu, 30.05.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2286 (iki min iki yüz səksən altı) manat (18 ay x 113 manat + 252 manat ilkin ödəniş) olan İMEİ kodu **********01971 “İPhone 8 plus” markalı telefon üçün ümumilikdə 1028 (min iyirmi səkkiz) manat olmaqla ondan 791 (yeddi yüz doxsan bir) manat ödənilməmiş hissə, 237 (iki yüz otuz yeddi) manat dəbbə pulu; 18.07.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1144 (min yüzqırx dörd) manat (18 ay x 59 manat + 82 manat ilkin ödəniş) olan İMEİ kodu **********11359 “Samsung Galaxy A70” markalı telefon üçün ümumilikdə 382 (üç yüz səksən iki) manat olmaqla ondan 294 (iki yüz doxsan dörd) manat ödənilməmiş hissə, 88 (səksən səkkiz) manat dəbbə pulu; 26.09.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 286 (iki yüz səksən altı) manat (11 ay x 26 manat + 0 manat ilkin ödəniş) olan “HOFFMANN” markalı ətçəkən, “Redmond” markalı qəhvəbişirən üçün ümumilikdə 55 (əlli beş) manat olmaqla ondan 40 (qırx) manat ödənilməmiş hissə, 15 (on beş) manat dəbbə pulu; 07.10.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 990 (doqquz yüz doxsan) manat (18 ay x 55 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********46363 “Samsung Galaxy A70” markalı telefon üçün ümumilikdə 858 (səkkiz yüz əlli səkkiz) manat olmaqla ondan 660 (altı yüz altmış) manat ödənilməmiş hissə, 198 (yüz doxsan səkkiz) manat dəbbə pulu; 07.10.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 552 (beş yüz əlli iki) manat 12 ay x 46 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********49528 “Samsung Galaxy A40” markalı telefon üçün ümumilikdə 359 (üç yüz əlli doqquz) manat olmaqla ondan 276 (iki yüz yetmiş altı) manat ödənilməmiş hissə, 83 (səksən üç) manat dəbbə pulu; 21.10.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1008 (min səkkiz) manat 18 ay x 56 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********32954 “Samsung Galaxy A70” markalı telefon üçün ümumilikdə 873 (səkkiz yüz yetmiş üç) manat olmaqla ondan 672 (altı yüz yetmiş iki) manat ödənilməmiş hissə, 201 (iki yüz bir) manat dəbbə pulu; 05.11.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 846 (səkkiz yüz qırx altı) manat (18 ay x 47 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********03926 “Samsung Galaxy A50” markalı telefon üçün ümumilikdə 774 (yeddi yüz yetmiş dörd) manat olmaqla ondan 591 (beş yüz doxsan bir) manat ödənilməmiş hissə, 183 (yüz səksən üç) manat dəbbə; 03.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2342 (iki min üç yüz qırx iki) manat (18 ay x 110 manat + 362 manat ilkin ödəniş) olan İMEİ kodu **********55327 “Samsung Galaxy S10 Dual” markalı telefon üçün ümumilikdə 1287 (min iki yüz səksən yeddi) manat olmaqla ondan 990 (doqquz yüz doxsan) manat ödənilməmiş hissə, 297 (iki yüz doxsan yeddi) manat dəbbə pulu; 14.03.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1645.6 (min altı yüz qırx beş manat, altmış qəpik) manat (24 ay x 64.4 manat + 100 manat ilkin ödəniş) olan “LG” markalı led televizor üçün ümumilikdə 1638 (min altı yüz otuz səkkiz) manat olmaqla ondan 1330.8 (min üç yüz otuz manat, səksən qəpik) manat ödənilməmiş hissə, 307.2 (üç yüz yeddi manat, iyirmi qəpik) manat dəbbə pulu hesablanmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 6659,8 manat təşkil edir. Tərəflər arasında tərtib olunmuş müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığından bildirişin cavabdehə təqdim edilməsi mümkün olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən bildirişi təqdim edilməsi üçün cavabdehin yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına göndərərək işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 17.11.2018-ci il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan ümumi qiyməti 1421 manat olan İMEİ kodu **********64752 “Samsung Galaxy A7” markalı telefon və “Samsung” markalı tozsoranı 125 manat ilkin ödəniş etməklə nisyə qaydada almış, ayda 72 manat olmaqla, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 30.05.2019-cu il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan ümumi qiyməti 2286 manat olan İMEİ kodu **********01971 “İphone 8 plus” markalı telefonu ilkin 252 manat ödəniş etmək şərti ilə nisyə qaydada almış, malın qalıq dəyərini ayda 113 manat olmaqla, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 18.07.2019-cu il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan ümumi qiyməti 1144 manat olan İMEİ kodu **********11359 “Samsung Galaxy A70” markalı telefonu nisyə qaydada almış, ayda 59 manat olmaqla, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 26.09.2019-ci il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan ümumi qiyməti 286 manat olan “Hoffman” markalı ətçəkəni nisyə qaydada almış, ayda 26 manat olmaqla, 11 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 07.10.2019-cu il tarixli, 00964905 müqavilədən görünür ki, cavabdeh iddiaçıdan qiyməti 990 manat, İMEİ kodu **********46363 olan “Samsung Galaxy A70” markalı telefonu nisyə qaydada almış, malın dəyərini ayda 55 manat olmaqla, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 07.10.2019-cu il tarixli, 00964986 saylı müqavilədən görünür ki, cavabdeh iddiaçıdan qiyməti 552 manat, İMEİ kodu **********49528 olan “Samsung Galaxy A40” markalı telefonu nisyə qaydada almış, malın dəyərini ayda 46 manat olmaqla, 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 21.10.2019-cu il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan ümumi qiyməti 1008 manat, İMEİ kodu **********32954 olan “Samsung Galaxy A70” markalı telefonu nisyə qaydada almış, malın dəyərini ayda 56 manat olmaqla, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 05.11.2019-cu il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan qiyməti 846 manat, İMEİ kodu **********3926 olan “Samsung Galaxy A50” markalı telefonu nisyə qaydada almış, malın qalıq dəyərini ayda 47 manat olmaqla, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 03.12.2019-cu il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan ümumi qiyməti 2342 manat, İMEİ kodu **********55327 olan “Samsung Galaxy S10” Dual markalı telefonu 362 manat ilkin ödəniş etməklə nisyə qaydada almış, malın qalıq dəyərini ayda 110 manat olmaqla, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 14.03.2020-ci il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan ümumi qiyməti 1645,6 manat olan “LG” markalı televizoru 100 manat ilkin ödəniş etməklə nisyə qaydada almış, malın qalıq dəyərini ayda 64,4 manat olmaqla, 24 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 17.11.2018ci il tarixli müqavilə üzrə əsas məbləğdən 1205 manat ödəmiş, 216 manat əsas, 65 manat dəbbə borcu qalmışdır. 30.05.2019-cu il tarixli müqavilə üzrə əsas məbləğdən 1495 manat ödəmiş, 791 manat əsas, 237 manat dəbbə borcu qalmışdır. 18.07.2019-cu il tarixli müqavilə üzrə əsas məbləğdən 850 manat ödəmiş, 294 manat əsas, 88 manat dəbbə borcu qalmışdır. 26.09.2019-cu il tarixli müqavilə üzrə əsas məbləğdən 246 manat ödəmiş, 40 manat əsas, 15 manat dəbbə borcu qalmışdır. 07.10.2019-cu il tarixli, 00964905 saylı müqavilə üzrə əsas məbləğdən 330 manat ödəmiş, 660 manat əsas, 198 manat dəbbə borcu qalmışdır. 07.10.2019-cu il tarixli, 00964986 saylı müqavilə üzrə əsas məbləğdən 276 manat ödəmiş, 276 manat əsas, 83 manat dəbbə borcu qalmışdır. 21.10.2019-cu il tarixli müqavilə üzrə əsas məbləğdən 336 manat ödəmiş, 672 manat əsas, 201 manat cərimə borcu qalmış, 05.11.2019-cu il tarixli müqavilə üzrə əsas məbləğdən 255 manat ödəmiş, 591 manat əsas, 183 manat dəbbə borcu qalmışdır. 03.12.2019-cu il tarixli müqavilə üzrə əsas məbləğdən 1352 manat ödəmiş, 990 manat əsas, 297 manat dəbbə borcu qalmışdır. 14.03.2020-ci il tarixli müqavilə üzrə əsas məbləğdən 314,8 manat ödəmiş, 1330,8 manat əsas, 307,2 manat dəbbə borcu qalmışdır. İş materiallarına əlavə edilmiş xəbərdarlıqlardan görünür ki, Cavabdeh borcunu ödəməyəcəyi təqdirdə barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görülməsi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə baxışında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, cavabdeh ilə iddiaçı arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən cavabdeh iddiaçıdan aldığı mal və xidmətlərin ümumi dəyərindən cəmi 6659,8 manat ödəmişdir. Buna görə də məhkəmə müqavilələr üzrə cavabdehdən aldığı mal və xidmətlərin dəyərinin qalığı qismində 5860,8 manat pulun tutulmasını əsaslı hesab edir. Məhkəmə cavabdehin maddi vəziyyətini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq, borc məbləğinə nəzərən tənasübsüz sürətdə yüksək olan dəbbə pullarının miqdarının azaldılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçıya münasibətdə icra edilməmiş öhdəliyə nəzərən hesablanmış dəbbə pullarının miqdarı tənasübsüz dərəcədə yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, 17.11.2018-ci il tarixli müqavilə üzrə dəbbə pulu azaldılmalı və 20 manat, 30.05.2019-cu il tarixli müqavilə üzrə 70 manat, 18.07.2019cu il tarixli müqavilə üzrə 29 manat, 26.09.2019-cu il tarixli müqavilə üzrə 4 manat, 07.10.2019-cu il tarixli, 00964905 saylı müqavilə üzrə 60 manat, 07.10.2019-cu il tarixli, 00964986 saylı müqavilə üzrə 27 manat, 21.10.2019-cu il tarixli müqavilə üzrə 65 manat, 05.11.2019-cu il tarixli müqavilə üzrə 59 manat, 03.12.2019-cu il tarixli müqavilə üzrə 90 manat, 14.03.2020-ci il tarixli müqavilə üzrə 100 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə, eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən ödənilmiş 95,35 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Beləliklə, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, 10 müqavilə üzrə ümumilikdə 5860,8 manat ödənilməmiş hissə, 524 manat cərimə və iddiaçı tərəfindən ödənilmiş 95,35 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 17.11.2018-ci il tarixli müqavilə üzrə 216 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu, 30.05.2019-cu il tarixli müqavilə üzrə əsas məbləğdən 791 manat ödənilməmiş hissə, 70 manat dəbbə pulu, 18.07.2019-cu il tarixli müqavilə üzrə 294 manat ödənilməmiş hissə, 29 manat dəbbə pulu, 26.09.2019-cu il tarixli müqavilə üzrə 40 manat ödənilməmiş hissə, 4 manat dəbbə pulu, 07.10.2019-cu il tarixli, 00964905 müqavilə üzrə 660 manat ödənilməmiş hissə, 60 manat dəbbə pulu, 07.10.2019-cu il tarixli, 00964986 saylı müqavilə üzrə 276 manat ödənilməmiş hissə, 27 manat dəbbə pulu, 21.10.2019-cu il tarixli müqavilə 672 manat ödənilməmiş hissə, 65 manat dəbbə pulu, 05.11.2019-cu il tarixli müqavilə üzrə 591 manat ödənilməmiş hissə, 59 manat dəbbə pulu, 03.12.2019-cu il tarixli müqavilə üzrə 990 manat ödənilməmiş hissə, 90 manat dəbbə pulu, 14.03.2020-cu il tarixli müqavilə üzrə, 1330,8 manat ödənilməmiş hissə, 100 manat dəbbə pulu olmaqla, ümumilikdə 6384,80 manat (altı min üç yüz səksən dörd manat səksən qəpik) pul və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 95,35 (doxsan beş manat, otuz beş qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-212/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-212/2022
07.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver