Məhkəmə qərarları › İş №2(043)-2127/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2127/2020

01.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2127/2020 01.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərova Təhminə Əlistan qızının katibliyi, iddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m üə y y ə n e t d i : İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdehdən 1969,51 manat məbləğində əsas borcun və 281,92 manat faiz borcu olmaqla, ümumilikdə 2251,43 (iki min iki yüz əlli bir manat 43 qəpik) manat kredit borcunun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun xeyrlərinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddanı müdafiə edərək izahatında göstərdi ki, cavabdehlə "İddiaçı" ASC arasında xx.xx.2019 -cu il tarixdə, 800804-815549/1 nömrəli kredit müqaviləsi bağlanaraq cavabdehə 36 ay müddətinə, illik 29 faiz ödəmək şərti ilə 2000 manat məbləğində kredit vermişdir. Cavabdehə kredit borcunun ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq müqaviləüzrəüzərinə götürdüyüöhdəliyi icra etməmişdir. Hazırda cavabdehin banka müqaviləüzrə 1969,51 manat əsas, 281,92 manat faiz olmaqla, cəmi 2251,43 (iki min iki yüz əlli bir manat 43 qəpik) manat məbləğində kredit borcu qalmışdır.İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinəəsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işəəlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2019 -cu il tarixli, 800804-815549/1 nömrəli kredit müqaviləsidən görünür ki, iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə, illik 29 faiz ödəmək şərti ilə 2000 manat məbləğində kredit verilmişdir. xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019 -cu il tarixli, 800804-815549/1 nömrəli kredit müqaviləsi üzrə 1969,51 manat əsas, 281,92 manat faiz olmaqla, cəmi 2251,43 (iki min iki yüz əlli bir manat 43 qəpik) manat məbləğində kredit borcu qalmışdır; xx.xx.2020-ci il tarixli 800/800/0095/2020 nömrəli xəbərdarlıqdan görünürki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir; xx.xx.2019-cu il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin xəzinədarlığından 2000 manat pul götürmüşdür. Məhkəmə iclasınd amüəyyən edildiki, tərəflər arasında bağlanmış xx.xx.2019 -cu il tarixli, 800804-815549/1 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 2000 manat məbləğində kredit verilmişdir.Cavabdeh müqavilənin şərtlərini pozaraq iddiaçıdan aldığı kredit borcunu ödəmədiyi üçün cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə işüçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görəöhdəliyəəsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrasıüçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadəüçün faizlər, əgər müqavilədə faizlərin hesablanmasıüçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MM-in 739.1-c imaddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağıöhdəsinə götürür. Göründüyü kimi tərəflər arasında kredit müqaviləsi bağlanmış və tərəflər kredit müqaviləsi üzrəüzərlərinəöhdəlik götürmüşlər. İddiaçı cavabdehə illikfaizdərəcəsi29 faiz olmaqla, 36 ay müddətinə 2000 manat məbləğində kredit verməkləüzərinə düşən öhdəliyi tam icra etmiş, qarşı tərəf aldığı pulun bir hissəsini ödəməklə, öhdəliyi icra etməmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinəəsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə işüzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdehin xx.xx.2019 -cu il tarixli, 800804-815549/1 nömrəli kredit müqaviləsi üzrəöhdəliyi vaxtında icra etməməsi nəticəsində iddiaçıya kredit borcu yaranmışdır. Belə olan halda 1969,51 manat əsas, 281,92 manat faiz olmaqla, cəmi 2251,43 (iki min iki yüz əlli bir manat 43 qəpik) manat kredit borcu cavabdehdən tutularaq İddiaçı xeyrinəödənilməlidir. MPM-in 119.1-ci maddəsinəəsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərəəsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. Cavabdeh xx.xx.2019-cu il tarixli, 800804-815549/1 nömrəli müqavilə üzrə 1969,51 manat əsas, 281,92 manat faiz olmaqla, cəmi 2251,43 (iki min iki yüz əlli bir manat 43 qəpik) manat kredit borcu vəödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat tutularaq İddiaçı xeyirinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində X4 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar