Məhkəmə qərarları › İş №2(043)-213/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-213/2021

02.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-213/2021 02.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı “İddiaçı” İstehsalat Birliyinin Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “İddiaçı” İstehsalat Birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 8912,20 manat məbləğində dəymiş ziyanın və 30 manat dövlət rüsumunun, ümumilikdə 8942,20 manat məbləğində borcun məcburi qaydada tutularaq “İddiaçı” İstehsalat Birliyinin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “İddiaçı” İstehsalat Birliyi xx.xx.2020-ci il tarixli, 03/3337 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə Müqavilə” (bundan sonra Müqavilə) əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana “İddiaçı” İB-nin Bakı Regional qazın satış Departamenti tərəfindən **********03860 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Müqavilənin 2.3.2. yarımbəndinin (bu Müqavilənin və qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “İddiaçı” İB-in işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Cavabdehə Birliyin nümayəndələri tərəfindən 8912,20 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul edərək izahatında göstərdi ki, onlar öz aralarında razılığa gəlmişlər, həmin ünvana sayğac qoşulmuş və borc məbləği onun etdiyi ödənişlərdən hissə-hissə çıxılmağa başlamışdır. Bu səbəbdən də iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 03/3337 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”nin surətindən görünür ki, Cavabdeh ilə “İddiaçı” İB arasında cavabdehə məxsus fərdi yaşayış evinin təbii qazla təchiz edilməsinə dair müqavilə bağlanmışdır. İş materiallarında olan **********03860 nömrəli abonentin saldosu və “Gasrep” proqramında olan çıxarışdan görünür ki, Cavabdeh ünvan 2 mənzil 386 ünvanında yerləşən cavabdehə məxsus fərdi yaşayış evində təbii qazdan istifadəyə görə 2020-ci il üçün 8912,20 manat borc yaranmışdır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2016-cı il tarixli 096036 saylı, xx.xx.2016-cı il tarixli ******* saylı, xx.xx.2016-cı il tarixli ******* saylı, xx.xx.2016-cı il tarixli ******* saylı, xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2016-cı il tarixli ******* saylı, xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli 0213741, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı t, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı aktların surətlərindən görünür ki, Cavabdeh məxsus fərdi yaşayış evinə baxış keçirilərkən abonentin sayğacdan kənar təbii qazdan istifadə etməsi aşkar edilmişdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinə əsasən bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar. «Enerji resurslarından istifadə haqqında» Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadə haqqında qanunvericiliyin pozulması bu Qanun və ona müvafiq qəbul edilən digər normativ hüquqi aktlar ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 21.1. maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2. maddəsinin tələbinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İşin hallarından görünür ki, “İddiaçı” İstehsalat Birliyi ilə Cavabdeh arasında cavabdehə məxsus ünvan 2 mənzil 386 ünvanında yerləşən cavabdehə məxsus fərdi yaşayış evinin təbii qazla təchiz edilməsi barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməli, bu müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməlidir. Cavabdeh tərəfindən istifadə etdiyi təbii qaza görə ödəniş tam həyata keçirilməmiş, bundan başqa Cavabdeh tərəfindən fərdi yaşayış evinin qaz xəttinin üzərində quraşdırılan qaz sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə olunmaqla iddiaçıya zərər vurulmuşdur. Bunun nəticəsində iddiaçı cavabdehdən 8912,20 manat məbləğində pul tələb edir. Beləliklə, məhkəmə, yuxarıda qeyd olunanları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2016-cı il tarixli 096036 saylı akta əsasən 349,20 manat, xx.xx.2016-cı il tarixli ******* saylı akta əsasən 172,80 manat, xx.xx.2016-cı il tarixli ******* saylı akta əsasən 191,30 manat, xx.xx.2016-cı il tarixli ******* saylı akta əsasən 238,60 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akta əsasən 199 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akta əsasən 255,80 manat, xx.xx.2016-cı il tarixli ******* saylı akta əsasən 331,80 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akta əsasən 194,40 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akta əsasən 344 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən 721,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən 379,20 , xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən 174,80 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən 972 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən 142 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən 133,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən 133,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən 133,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən 133,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən 142,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən 66,60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 32,40 manat,xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən 295,20 manat olmaqla, cəmi 8912,20 manat məbləğində dəymiş ziyan Cavabdeh iddiaçı “İddiaçı” İstehsalat Birliyinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş cəmi 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi qismində 8912,20 manat məbləğində və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat, cəmi 8942,20 (səkkiz min doqquz yüz qırx iki manat iyirmi qəpik) manat məbləğində pul vəsaiti tutularaq “İddiaçı” İstehsalat Birliyinin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar