Məhkəmə qərarları › İş №2(043)-2130/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2130/2021

30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2130/2021 30.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05.07.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********66347 «Samsung Galay A6» markalı telefon üçün 225 manat ödənilməmiş hissə, 67 manat dəbbə pulu; 07.10.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********25018 «X5», İMEİ kodu **********49424 «Hoffmann X Ultra» markalı 2 ədəd telefon üçün 406 manat ödənilməmiş hissə, 122 manat dəbbə pulu; 21.01.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********02039 olan «Samsung Galaxy A10» markalı telefon üçün 295,8 manat ödənilməmiş hissə, 85,2 manat dəbbə; 21.01.2020-ci il tarixli müqaviləsinə əsasən, «LG LED» markalı televizor üçün 1474,2 manat ödənilməmiş hissə, 340,8 manat dəbbə pulu olmaqla, ümumilikdə 3016 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, Cavabdeh alınaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 05.07.2018-ci il, 07.10.2019-cu il, 21.01.2020-ci il və 21.01.2020-ci il, tarixli müqavilələrə əsasən, İMEİ kodu **********66347 «Samsung Galay A6» markalı telefon, İMEİ kodu **********25018 «\X5», İMEİ kodu **********49424 «Hoffmann X Ultra» markalı 2 ədəd telefon, İMEİ kodu **********02039 «Samsung Galaxy A10» markalı telefon və «LG LED» markalı televizor almış və nəticədə 3016 (üç min on altı) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 05.07.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1080 manat (24 ay x 45 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********66347 «Samsung Galay A6» markalı telefon üçün 292 manat olmaqla, ondan 225 manat ödənilməmiş hissə, 67 manat dəbbə pulu; 07.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 746 manat (12 ay x 58 manat + 50 manat ilkin ödəniş) olan İMEİ kodu **********25018 «X5», İMEİ kodu **********49424 «Hoffmann X Ultra» markalı 2 ədəd telefon üçün 528 manat olmaqla ondan, 406 manat ödənilməmiş hissə, 122 manat dəbbə pulu; 21.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 358,8 manat (12 ay x 26,9 manat + 36 manat ilkin ödəniş) olan İMEİ kodu **********02039 «Samsung Galaxy A10» markalı telefon üçün 381 manat olmaqla ondan, 295,8 manat ödənilməmiş hissə, 85,2 manat dəbbə pulu; 21.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1474,2 manat (18 ay x 81,9 manat + 0 manat ilkin ödəniş) olan «LG LED» markalı televizor üçün 1815 manat olmaqla ondan 1474,2 manat ödənilməmiş hissə, 340,8 manat dəbbə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 718 (yeddi yüz on səkkiz) manat təşkil edir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa “ABC” “Müştəri”-nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi peniya ödənilməsinə yönəldilə bilər. Buna görə də iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onların iştirakı olmadan baxılmasını və iddia üzrə müvafiq qərarın çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında heç bir üzrlü səbəb göstərmədən iştirak etməmiş, məhkəmə iclasında üzrlü səbəbdən iştirak etməməsini bildirməmişdir. Məhkəmə MPM 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış müqavilələrdən və maliyyə ödəniş cədvəlindən görünür ki, cavabdeh "xxxx" MMC-dən 05.07.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1080 manat olan “Samsung Galaxy A6” markalı markalı telefon üçün 225 manat ödənilməmiş hissə, 67 manat dəbbə, 07.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 746 manat olan İMEİ kodu **********25018 «X5», İMEİ kodu **********49424 «Hoffmann X Ultra» markalı telefon üçün 406 manat ödənilməmiş hissə, 122 manat dəbbə: 21.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 358,8 manat olan “Samsung Galaxy A10” markalı telefon üçün 295,8 manat ödənilməmiş hissə, 85,2 manat dəbbə; 21.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1474,2 manat olan «LG LED» markalı televizor üçün 1474,2 manat ödənilməmiş hissə, 340,8 manat dəbbə pulu, ümumilikdə 3016 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh "xxxx" MMC ilə 05.07.2018-ci il tarixli müqaviləsinə MEİ kodu **********66347 olan «Samsung Galaxy A6» markalı telefon almış, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun "xxxx" MMC-nə 225 manat əsas borcu qalmış, qalıq borca 67 manat dəbbə pulu hesablanmışdır; 07.10.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********25018 olan «X5», İMEİ kodu **********49424 «Hoffmann X Ultra» markalı telefon almış, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun "xxxx" MMCnə 406 manat əsas borcu qalmış, qalıq borca 122 manat dəbbə pulu hesablanmışdır; 21.01.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********02039 «Samsung Galaxy A10» markalı telefon almış, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun "xxxx" MMC-nə 295,8 manat əsas borcu qalmış, qalıq borca 85,2 manat dəbbə pulu hesablanmışdır; 21.01.2020-ci il tarixli müqaviləsinə əsasən «LG LED» markalı televizor almış, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun "xxxx" MMC-nə 1474,2 manat əsas borcu qalmış, qalıq borca 340,8 manat dəbbə pulu hesablanmışdır. Lakin, məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, 615 manat məbləğində hesablanmış dəbbə pulu azaldılmalı və 200 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə, eyni zamanda, qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Bu səbəbdən də, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, nisyə alqı-satqı müqavilələri üzrə 2401 manat ödənilməmiş əsas borc, 200 manat dəbbə pulu olmaqla, cəmi 2601 manat və 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2401 manat əsas borc, 200 manat dəbbə pulu olmaqla, cəmi 2601 (iki min altı yüz bir) manat borc pul və məhkəmə xərci qismində 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar