Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2135/2021 27.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Kreditor Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X6 və X3 qarşı “kreditin, ona hesablanmış faizlərin və cərimənin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Kreditor ASC borclu X6 və X3 qarşı ərizə ilə məhkəməyə müraciət edərək, X6 və X2 Kreditor ASC-nin xeyrinə 11 mart 2014-cü il tarixli kredit müqaviləsi üzrə 918,04 manat əsas borc, 230,92 manat faiz borcu, 151,74 manat cərimə borcunun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 26 avqust 2015-ci il tarixli 2(043)- 4457/2015 nömrəli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Məhkəmənin 24 may 2021-ci il tarixli qərardadı ilə Borclu məhkəmə əmrinə verdiyi etiraz əsasında məhkəmə əmri ləğv edilmiş və materiallar üzrə iddia icraatına keçilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddianı müdafiə edərək bildirmişdir ki, cavabdehlər 11 mart 2014-cü il tarixli müqavilənin şərtlərini pozaraq öhdəliklərini vaxtında icra etmədikləri üçün iddiaçı məhkəmə əmrinin verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. 19 aprel 2021-ci il tarixdə iddiaçı ilə cavabdeh Borclu arasında vaxtı keçmiş kredit borcunun restrukturizasiyası haqqında müqavilə bağlanılmış, Borclu 11 mart 2014-cü il tarixli kredit müqaviləsi üzrə qalıq borcu restrukturizasiya olunaraq 24 ay müddətinə yeni kredit müqaviləsi bağlanılmışdır. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarına əlavə edilmiş 11 mart 2014-cü il tarixli kredit müqaviləsindən və eyni tarixli zaminlik müqaviləsindən görünür ki, Kreditor ASC X4 12 ay müddətinə, illik 36 % dərəcəsi ilə 1500 manat məbləğində borc vermiş, X7 isə həmin öhdəliyin icrası üçün birgə məsuliyyəti zamin kimi üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 19 aprel 2021-ci il tarixli restrukturizasiya müqaviləsindən görünür ki, X6 ilə Kreditor ASC arasında yeni müqavilə bağlanaraq Borclu 11 mart 2014-cü il tarixli kredit müqaviləsinə əsasən borclu olduğu 918,04 manat məbləğ restrukturizasiya olunmuşdur. Müqavilənin 3.1-ci bəndinə əsasən Borclunun restrukturizasiya olunmuş kredit borcları üzrə ilkin kredit müqaviləsinə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 531.1-ci maddəsinə əsasən öhdəliyə tərəflər arasında mövcud olmuş ilkin öhdəliyin eyni şəxslər arasında digər predmet və ya icra üsulu (novasiya) nəzərdə tutan başqa öhdəliklə əvəz edilməsi haqqında tərəflərin razılaşması ilə xitam verilir. Göründüyü kimi tərəflər arasında bağlanmış 19 aprel 2021-ci il tarixli müqavilə ilə cavabdehin 11 mart 2014-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyi yeni öhdəliklə əvəz edilərək köhnə öhdəliyə xitam verilmişdir. Bu baxımdan xitam verilmiş öhdəliyə əsaslanan hazırkı tələbin təmin edilməsi üçün əsas yoxdur. Eyni zamanda Mülki Məcəllənin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verilməsi zaminliyə də xitam verilməsi üçün əsas olduğundan digər cavabdehə münasibətdə də iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-2135/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2135/2021
27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver