Məhkəmə qərarları › İş №2(043)-2142/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2142/2020

24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2142/2020 24.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçıSC-nin cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh3 qarşı «kredit müqaviləsinin ləğvi, kreditin, fazlərin və zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış xx xxxxxxxx 2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi və cavabdehlərdən müştərək qaydada 4534,82 manat əsas kredit borcu, 551,79 manat faiz borcu, 256,44 manat penya olmaqla cəmi 5343,05 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxxxx 2016-cı il tarixli 005CASA132940011 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 26% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 7000 manat məbləğində nağd pul şəklində kredit verilmişdir. Cavabdehlər X5 və Cavabdeh3 ilə iddiaçı arasında bağlanmış xx xxxxxxxx 2018-ci il tarixli 005FİZAM65769702 saylı və xx xxxxxxxx 2018-ci il tarixli 005FİZAM65769801 saylı zaminlik müqavilələrinə əsasən onlar, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüş və bu barədə öhdəlik imzalamışlar. Bank tərəfindən cavabdehlərə xəbərdarlıq təqdim edilmiş və borcun ödənilməsi təklif olunmuş, məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin, cavabdehlər tərəfindən təklifə münasibət bildirilməmişdir. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X7 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş xx xxxxxxxx 2018-ci il tarixli 005CASA132940011 nömrəli kredit müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 24 ay müddətinə illik 26% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 7000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx xxxxxxxx 2018-ci il tarixli 005FİZAM65769702 nömrəli zaminlik müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, X5 Cavabdeh1 bank qarşısında kredit müqaviləsindən irəli gələn öhdəlikləri üçün birgə məsuliyyəti üzərinə götürmüşdür. İş materiallarında olan xx xxxxxxxx 2018-ci il tarixli 005FİZAM65769801 nömrəli zaminlik müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh3 Cavabdeh1 bank qarşısında kredit müqaviləsindən irəli gələn öhdəlikləri üçün birgə məsuliyyəti üzərinə götürmüşdür. İş materiallarında olan kredit borcunun hesablanması haqqında arayışdan görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə olan 4534,82 manat kredit borcu, 551,79 manat kreditdən istifadəyə görə faiz borcu, 256,44 manat məbləğində penya, cəmi 5343,05 manat təşkil edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin faktiki hallarını araşdıraraq və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə kredit müqaviləsinin ləğv edilməsi tələbinə münasibətdə qeyd edir ki, kredit müqaviləsi xx xxxxxxxx 2018-ci il tarixdə 24 ay müddətinə bağlanmış və xx xxxxxxxx 2020-ci il tarixdə müqavilənin müddəti başa çatdığından müqaviləyə xitam verilmişdir. Belə olan halda xitam verilmiş müqavilənin ləğv edilməsi mümkün olmadığından həmin hissədə iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcələnin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İddiaçı cavabdeh və zaminlərlə aralarında kredit və zaminlik münasibətlərinin olmasını təsdiq edən müqavilələri təqdim etmiş, cavabdehə 7000 manat məbləğində kredit verdiyini təsdiq edən sübutu məhkəməyə təqdim etmişdir. Öhdəliyin icra edilməsini sübuta yetirmək vəzifəsi öhdəliyi daşıyan şəxsin üzərinə düşür. Cavabdehlər öhdəliyin icra edilməsi ilə bağlı sübutlar təqdim etməmişdir. İddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehlərdən gecikdirilmiş ödənişlərə görə 256,44 manat dəbbə pulu tələb etmişdir. Cavabdehin müqavilə üzrə gecikdirdiyi məbləğ və müddətlər nəzərə alınmaqla iddiaçının hesabladığı dəbbə pulu məbləği müqavilənin şərtlərinə uyğundur. Buna baxmayaraq məhkəmə tərəflərin maddi vəziyyətini, o cümlədən iddiaçının əmlak mənafelərini də nəzərə alaraq tənasübsüz dərəcədə yüksək olan dəbbə pulunun azaldılmasını məqsədəmüvafiq hesab edir. Buna uyğun olaraq məhkəmənin qənaətinə görə cavabdehlərdən 25dəbbə pulu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx xxxxxxxx 2018-ci il tarixli 005CASA132940011 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 müştərək qaydada 4534,82 manat kredit borcu, 551,79 manat kreditdən istifadəyə görə faiz borcu, 25 manat məbləğində dəbbə pulu olmaqla cəmi 5111,61 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 30 manat dövlət rüsumundan ibarətdir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2018-ci il tarixli 005CASA132940011 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 müştərək qaydada 4534,82 manat əsas borc, 551,79 manat kreditdən istifadəyə görə faiz və 25 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 5111,61 (beş min yüz on bir tam yüzdə altmış bir) manat pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar