Məhkəmə qərarları › İş №2(043)-2142/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2142/2021

05.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2142/2021 05.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" X13 Cəmiyyətinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" X8 (bundan sonra TSC) qarşı “hesablanmış su pulu borcunun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı cavabdeh "xxxx" X3rşı “hesablanmış su pulu borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü döngə, Uşinski küçəsində yerləşən 10 nömrəli evində sudan istifadəyə görə 2017-ci il, 2018-ci il, 2019-cu il, 2020-ci il və 23.04.2021-ci il üzrə cəmi olaraq 263,82 (iki yüz altmış üç manat 82 qəpik) manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ona məxsus Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü döngə, Uşinski küçəsində yerləşən 10 nömrəli evdə 2017-ci ildən yaşamır. Həmin vaxtdan 2021-ci ilin fevral ayınadək o ailə üzvləri birlikdə Gəncə şəhəri, Ş.Hüseynov küçəsi, bina 4, mənzil 26-da yaşamışdır. 2021-ci ilin fevral ayından bu günədək Gəncə şəhəri, Neftçilər küçəsində yerləşən 13A nömrəli fərdi yaşayış evində yaşayır. Bu müddət ərzində, yəni 2017-ci ildən ona məxsus olan Gəncə şəhəri. Kəpəz rayonu, 4-cü döngə, Uşinski küçəsində yerləşən 10 nömrəli evdə yaşayış olmamışdır. Buna baxmayaraq "xxxx" ASC-nin "X15" TSC tərəfindən ona təqdim edilmiş abonent kartında su sərfiyyatına görə 2017-ci il, 2018-ci il, 2019-cu il, 2020-ci il və 23.04.2021-ci il üzrə cəmi olaraq 263,82 (iki yüz altmış üç manat 82 qəpik) manat məbləğində borc yazılmışdır. Qeyd etmək istəyir ki, ona məxsus Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü döngə, Uşinski küçəsində yerləşən 10 nömrəli evə dair 263,82 (iki yüz altmış üç manat 82 qəpik) manat məbləğində borc əsassız olaraq yazılmışdır. Çünki o, 2017-ci il tarixdən həmin evdə yaşamır, eyni zamanda evdə ümumiyyətlə heç kim yaşamayıb və yaşamadığına görə su götürməmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, ona məxsus evin su təchizatı şəbəkələrinə qoşulması üçün texniki şərt 05 may 2020-ci il tarixdə verilmiş, laçin cavabdeh təşkilat 2017-ci ildən sudan istifadəyə görə borc hesablamışdır. Ona məxsus evdə ümuiyyətlə yaşayış olmamışdır. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ona məxsus evdə qeydiyyatda olanlar və ya yaşayanlar barədə, yaşayış olmaması və ya suyun verilməsinin dayandılması barədə Azərsu» ASC «X15» Törəmə Səhmdar Cəmiyyətinə məlumat verməmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" TSC-nin nümayəndəsi X14 iddianı qismən qəbul edərək izahatın göstərdi ki, təqdim edilmiş sənədlər əsasında su təchizatının müvəqqəti dayandırılması üçün ərizəçinin müraciəti qeydə alınır və su təchizatı bağlama aləti ilə dayandırılır. Yaşayış olmadığı müddətdə heç bir hesabat aparılmır faktura çıxarılır. İddiaçı Gəncə şəhəri Uşinski küçəsinin qərb tərəfində yerləşən mənzildə sudan istifadə olunmadığı üçün su təchizatının müvəqqəti bağlanmasına dair STKM-ə rəsmi olaraq heç bir vaxt müraciət etməmişdir və həmin mənzildə sudan istifadə və tullantı suların axıdılmasına görə "X10"nın 7.4-cü bəndinə əsasən müvafiq hesabat verilmişdir. Bununla "xxxx" TSC-nin üzərinə düşən vəzifələri istehlakçı qarşısında yerinə yetirmişdir, lakin istehlakçı tərəfindən üzərinə düşən vəzifələri vaxtı-vaxtında yerinə yetirmədiyinə görə sudan istifadə və tullantı suların axıdılmasına görə borc yaranmışdır. İddiaçı məxsus evin su təchizatı şəbəkələrinə qoşulması üçün texniki şərt 05 may 2020-ci il tarixdə yenidən verilmiş, lakin cavabdehə 2017-ci ildən 05 may 2020-ci ilə qədər sudan istifadəyə görə 119,82 manat artıq olaraq əsassız borc hesablanmış və həmin borcun silinməsinə heç bir etirazları yoxdur. Məhkəmədən qanuna müvafiq qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş AR-İ seriyalı, 525705 nömrəli etibarnamənin surətindən görünür ki, X4 onu dövlət orqanlarında nümayəndə kimi təmsil etmək üçün İddiaçı etibarnamə vermişdir. İş materiallarına əlavə olunmuş X6 tərəfindən verilmiş notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, X1 Rövşən İsmayıl oğluna ayrılmış Gəncə şəhəri, Kəpəz rayonu, Uşinski küçəsinin qərb tərəfində yerləşən 200.0 kv.m torpaq sahəsinin və həmin torpaqda tikilən daşınmaz əmlakın satılmasına razılıq vermişdir. İş materiallarına əlavə olunmuş X4 tərəfindən verilmiş notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısının 25.06.2014-cü il tarixli 1090 saylı sərəncamına əsasən ona ayrılmış Gəncə şəhəri, Kəpəz rayonu, Uşinski küçəsinin qərb tərəfində yerləşən 200.0 kv.m torpaq sahəsindən könüllü olaraq imtina edir və həmin torpağa dair sərəncamın və layihənin istənilən şəxsin adına verilməsinə etiraz etmir. İş materiallarına əlavə olunmuş Cavabdeh ASC «X15» Törəmə Səhmdar Cəmiyyətinin **********000 nömrəli abonent kodu üzrə 29.04.2021-ci il tarixli abonent kartının surətindən görünür ki, İddiaçı 27.11.2017-ci il tarixli, 38232215 saylı müqaviləyə əsasən su xidmətinə görə 2017-ci il üzrə dəbbə ilə birlikdə 9 manat, 2018-ci il üzrə 73,2 manat, 2019-cu il üzrə 73,2 manat, 2020-ci il üzrə 74,4 manat, 2021-ci il üzrə 42,12 manat olmaqla, 263,82 manat məbləğində yekun borcu qalmışdır. İş materiallarına əlavə olunmuş Cavabdeh ASC «X15» Törəmə Səhmdar Cəmiyyətinin **********000 nömrəli abonent kodu üzrə 23.04.2021-ci il tarixli hesab fakturanın surətindən görünür ki, ünvan 1 ünvanına su təchizatı xidmətinə görə abonent İddiaçı 23.04.2021-ci il tarixə 263,82 manat borc hesablanmışdır. İş materiallarına əlavə olunmuş X4 tərəfindən Cavabdeh ASC-yə təqdim edilmiş 28.04.2020-ci il tarixli ərizənin surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Uşinski küçəsinin qərb tərəfində yerləşən ünvanında yerləşən fərdi yaşayış evinin su təchizatı və kanalizasiya şəbəkəsinə qoşulmasına icazə verilməsi barədə ərizə vermişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh ASC «X15» Törəmə Səhmdar Cəmiyyətinin 05.05.2020-ci il tarixli, 43 nömrəli istehlakçının su təchizatı şəbəkələrinə qoşulması üçün “texniki şərtlər”in surətindən görünür ki, İddiaçı Cavabdeh ASC «X15» Törəmə Səhmdar Cəmiyyəti ilə Gəncə şəhəri, Kəpəz rayonu, Uşinski küçəsinin qərb tərəfi üçün su təchizatı şəbəkələrinə qoşulması üçün müqavilə bağlanmış və müqavilənin bitmə müddəti 05.05.2022-ci il tarix göstərilmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh ASC «X15» Törəmə Səhmdar Cəmiyyətinin **********000 nömrəli abonent kodu üzrə 03.06.2021-ci il tarixli abonent kartının surətindən görünür ki, İddiaçı 27.11.2017-ci il tarixli, 38232215 saylı müqaviləyə əsasən su xidmətinə görə 2017-ci il üzrə dəbbə ilə birlikdə 9 manat, 2018-ci il üzrə 73,2 manat, 2019-cu il üzrə 73,2 manat, 2020-ci il üzrə 74,4 manat, 2021-ci il üzrə 42,52 manat olmaqla, 269,22 manat məbləğində yekun borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikasının Qanununun 5ci maddəsinin 3-cü bəndinə əsasən, su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər X10 ilə tənzimlənir. Həmin Qanunun 30-cu maddəsinin 1-ci hissəsinə görə, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin Qanunun 61-ci maddəsinin 1-ci hissəsinə görə, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı müraciəti əsasında Gəncə şəhəri, Kəpəz rayonu, Uşinski küçəsinin qərb tərəfində yerləşən evin su təchizatı şəbəkələrinə qoşulması üçün Cavabdeh ASC «X15» Törəmə Səhmdar Cəmiyyəti 05.05.2020-ci il tarixli, 43-tş nömrəli “texniki şərtlər” vermiş, tərəflər arasında müqavilə bağlanmış və müqavilənin bitmə müddəti 05.05.2022-ci il tarix göstərilmişdir. Lakin Cavabdeh ASC «X15» Törəmə Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı 27.11.2017-ci il tarixli, 38232215 saylı müqaviləyə əsasən su xidmətinə görə 2017-ci il üzrə dəbbə ilə birlikdə 9 manat, 2018-ci il üzrə 73,2 manat, 2019-cu il üzrə 73,2 manat, 2020-ci il üzrə 74,4 manat, 2021-ci il üzrə 42,12 manat olmaqla, 263,82 manat məbləğində sudan istifadəyə görə borc hesablanmışdır. Məhkəmə iclasında cavabdeh təşkilatın nümayəndəsi su təchizatı şəbəkələrinə qoşulması üçün 05.05.2020-ci il tarixli, 43-tş nömrəli “texniki şərtlər” verilənədək olan müddətə dair hesablanmış borc hissəsində iddianı qəbul etmişdir. Məhkəmə iddiaçıya məxsus fərdi yaşayış evinə sudan istifadəyə görə hesablanmış borc məbləği ilə bağlı qeyd edir ki, iş materialları və tərəflərin izahatları ilə müəyyən edilir ki, İddiaçı müraciəti əsasında Gəncə şəhəri, Uşinski küçəsinin qərb tərəfində yerləşən evin su təchizatı şəbəkələrinə qoşulması üçün Cavabdeh ASC «X15» Törəmə Səhmdar Cəmiyyəti tərəfindən “texniki şərtlər”i 05.05.2020-ci il tarixdə verilmiş, abonentin sudan istifadəsi həmin tarixdən başlamışdır. İşin bu halı nəzərə alınmalı həmin tarixədək Azərsu» ASC «X15» Törəmə Səhmdar Cəmiyyəti tərəfindən abonentə əsassız hesablanmış 119,82 manat borc silinməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 saylı qərarı ilə təsdiq edilmiş “X10”nın 7.1, 7.2, 7.3, 7.4-cü bəndlərinə əsasən Suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə” 13 may 2016-cı il tarixli Qərarı ilə Sayğac quraşdırılmayan əhali istehlakçı qrupu üzrə bir nəfər üçün aylıq su istehlakı norması 5,0 kub metr təsdiq edilmiş, Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonları istisna olmaqla digər inzibati ərazi vahidləri üçün əhali istehlakçı qrupunun istifadə etdiyi 1 m3 su üçün tarif 0,30 manat, tullantı sularının axıdılması üçün hər kub metr suya 0,15 manat müəyyən edilmişdir. Həmin qərar 16 may 2016-cı il tarixdən qüvvəyə minmişdir. Bu qəraradək tarif isə bir kubmetr təmiz su üçün 0,30 manat və çirkab suyun axıdılmasına görə 0,06 manat olmuşdur. Məhkəmə həmçinin İddiaçı sahibliyində olan Gəncə şəhəri, Kəpəz rayonu, Uşinski küçəsinin qərb tərəfində yerləşən evinin su təchizatı şəbəkələrinə qoşulması üçün Cavabdeh ASC «X15» Törəmə Səhmdar Cəmiyyətinin 05.05.2020-ci il tarixli, 43-tş nömrəli “texniki şərtlər”i verdiyi tarixdən sonrakı dövrlər üçün hesablanmış borc məbləği ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, suölçən cihaz quraşdırılmadan iddiaçının sahibliyində olan ev su təchizatına qoşulmuş, həmin tarixdən sonra iddiaçı ona məxsus evdə qeydiyyatda olanlar və ya yaşayanlar barədə, yaşayış olmaması və ya suyun verilməsinin dayandılması barədə Cavabdeh ASC «X15» Törəmə Səhmdar Cəmiyyətinə məlumat verməmişdir. Haqlı olaraq Azərsu» ASC «X15» Törəmə Səhmdar Cəmiyyəti su təchizatı şəbəkələrinə qoşulma üçün texniki şərtin verildiyi tarixdən sonrakı dövr üçün iddiaçıya sudan istifadəyə görə borc hesablamışdır. Yekun olaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ASC «X15» Törəmə Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı sahibliyində olan Gəncə şəhəri, Kəpəz rayonu, Uşinski küçəsinin qərb tərəfində yerləşən evin sudan istifadəyə görə 05.05.2020-ci il tarixədək dövr üçün əsassız hesabladığı 119,82 manat borc silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" X13 Cəmiyyəti tərəfindən İddiaçı məxsus Gəncə şəhəri, Kəpəz rayonu Gəncə şəhəri, Kəpəz rayonu, Uşinski küçəsinin qərb tərəfində yerləşən evin sudan istifadəyə görə 05 may 2020-ci il tarixədək hesablanmış 119,82 (bir yüz on doqquz manat səksən iki qəpik) manat borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar