Məhkəmə qərarları › İş №2(043)-216/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-216/2021

16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-216/2021 16.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı vəkili (nümayəndəsi) X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 18,112,28 manat pulun və bu pulun əsassız əldə edilməsi tarixindən öhdəlik icra ediləcək tarixədək X6 uyğun faizlərin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcmini artıraraq, cavabdehdən 22,701,78 manat məbləğində pul alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ona və qeyrilərinə qarşı dələduzluq cinayəti törətdiyindən Gəncə şəhəri, Nizami rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, və 178.2.4 maddələri ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Hökmdən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin eidlməmişdir. Hazırda cavabdeh azadlığa buraxılmışdır. Ancaq dələduzluqla ələ keçirdiyi, ona məxsus olan pulu qaytarmaqdan imtina edir. Cavabdeh ona məxsus pulu ələ keçirərək mənimsəməsi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə öz təsdiqini tapmışdır. Odur ki, Cavabdeh ona vurduğu zərərin tutularaq ona ödənilməsini tələb etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və bildirdi ki, iddia həcmi artırıldıqdan sonra tələb olunan 22,701,78 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və iş materiallarına əlavə edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami Rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli 1(044)-08/2019 saylı hökmündən görünür ki, Cavabdeh etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx xxxx 2013cü il tarixdə tanışı Gəncə şəhər sakini İddiaçı öz adına ipoteka krediti düzəltmək istədiyi və bu kreditin düzəlməsi üçün 3000 ABŞ dolları pulun lazım olduğunu, əgər həmin məbləğdə pulu ona verəcəyi təqdirdə ipoteka krediti götürdükdən sonra aldığı 3000 (üç min) ABŞ dolları pulun üstündə əlavə pul verəcəyi barədə yalan vədlər verib İddiaçı inandıraraq sonuncudan göstərilən tarixdə işlədiyi Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 86 nömrəli binanın 23 “b” nömrəli ünvanında yerləşən aviakassa biletlərinin satışı aparılan ofisdə 2353 (iki min əlli üç) manat 20 (iyirmi) qəpik dəyərində 3000 (üç min) ABŞ dolları məbləğində nəğd pul alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, 2013-cü ilin dekabr ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə tanışı Gəncə şəhər sakini İddiaçı 2500 (iki min beş yüz) manat pul müqabilində Gəncə Dövlət Sosial Müdafiə Fondunda olan tanışlarının vasitəsi ilə sonuncunun oğlu X2 adına təqaüd pulu düzəltdirmək adı ilə yalan vədlər verib inandıraraq işlədiyi Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 86 nömrəli binanın 23 “b” nömrəli ünvanında yerləşən aviakassa biletlərinin satışı aparılan ofisdə İddiaçı 2500 (iki min beş yüz) manat məbləğində nəğd pul alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, tanışı Gəncə şəhər sakini İddiaçı birlikdə turizm sahəsində iş qurub yüksək məbləğdə qazanc əldə edəcəkləri barədə yalan vədlər verib inandıraraq vahid niyyətlə əhatə olunan davamlı qəsdlə hər dəfə işlədiyi Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 86 nömrəli binanın 23 “b” nömrəli ünvanında yerləşən aviakassa biletlərinin satışı aparılan ofisdə ondan ilkin olaraq 2013-cü ilin aprel ayında dəqiq günü istintaq məlum olmayan tarixlərdə 1177 (min yüz yetmiş yeddi) manat 05 (beş) qəpik dəyərində 1500 (min beş yüz) ABŞ dolları, bundan bir gün sonra dəqiq günü istintaqa məlum olmayan tarixdə 1020 (min iyirmi) manat 11 (on bir) qəpik dəyərində 13000 (on üç min) ABŞ dolları, həmin pulu verdikdən bir gün sonra dəqiq günü istintaqa məlum olmayan tarixdə 2000 (iki min) manat, 2013-cü ilin oktyabr ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə 1000 (min) manat, xx xxx 2014-cü il tarixdə 4050 (dörd min əlli) manat və 3765 (üç min yeddi yüz altmış beş) manat 12 (on iki) qəpik dəyərində 4800 (dörd min səkkiz yüz) ABŞ dolları, 2014-cü ilin iyul ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə 5100 (beş min yüz) manat dəyərində qızıl zinət əşyalarını alaraq göstərilən müddət ərzində ümumilikdə İddiaçı 18112 (on səkkiz min yüz on iki) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində nəğd pulunu və əmlakını ələ keçirib zərərçəkmiş şəxs İddiaçı xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, 2014-cü ilin mart ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə tanışı Gəncə şəhər sakini İddiaçı 3000 (üç min) manat müqabilində oğlu X3 adına təqüd pulu düzəltdirmək adı ilə yalan vədlər verib inandıraraq işlədiyi Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 86 nömrəli binanın 23 “b” nömrəli ünvanda yerləşən aviakassa biletlərinin satışı aparılan ofisdə İddiaçı 3000 (üç min) manat nəğd pul alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, 2014-cü ilin aprel ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə tanışı Gəncə şəhər sakini İddiaçı avtomobil alverində yaxşı qazanc olması və bu sahədə onun geniş imkanları olması barədə sonuncya yalan vədlər verib şərikli biznes quracaqlarına inandıraraq işlədiyi Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 86 nömrəli binanın 23 b nömrəli ünvanda yerləşən aviakassa biletlərinin satışı aparılan ofisdə İddiaçı 1961 (min doqquz yüz altmış bir) manat dəyərində 2500 (iki min beş yüz) ABŞ dolları məbləğində nəğd pul alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, tanışı İddiaçı yuxarıda göstərilən məbləğlərdə pulları aldıqdan sonra həmin pulları qaytarmaq üçün öz adına ipoteka krediti götürəcəyi və həmin kreditin götürülməsi üçün ona əlavə pul verəcəyi təqdirdə kredit götürüb aldığı bütün pulları geri qaytarcağı adı ilə yalan vədlər verib İddiaçı inandıraraq xx xxxxxx 2014-cü il tarixdə işlədiyi Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 86 nömrəli binanın 23 “b” nömrəli ünvanında yerləşən aviakassa biletlərinin satışı aparılan ofisdə ondan 1019 “min on doqquz” manat 59 (əlli doqquz) qəpik dəyərində 1300 (min üç yüz) ABŞ dolları və 500 (beş yüz) manat məbləğində nağd pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Gəncə şəhəri Nizami Rayon məhkəməsinin xx xxxx 2019cu il tarixli 1(044)-08/2019 saylı hökmü ilə Cavabdeh 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli 1(102)-549/2020 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Gəncə Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı zərərçəkmiş şəxs İddiaçı və onun nümayəndəsi X4 tərəfindən verilmiş kasassiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, Cavabdeh iddiaçının tələb etdiyi məbləğdə, yəni 22,701,78 manat pulu ondan dələduzluq yolu ilə ələ keçirməsi Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxx 2019-cu il tarixli 1(044)-08/2019 saylı hökmü ilə müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.4-cü maddəsinin tələbinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün yalnız hadisənin və təqsirləndirilən şəxsin ona aidiyyəti olub-olmaması hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. Göstərilənlər baxımından məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya mülki hüquq pozuntusu nəticəsində vurduğu zərərin tam həcmdə ödənilməsi öhdəliyini daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi qismində 22701,78 (iyirmi iki min yeddi yüz bir tam yüzdə yetmiş səkkiz) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar