Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-216/2022 02.02.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı və Cavabdeh ASC «X29» Törəmə Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Cavabdeh ASC «X29» Törəmə Səhmdar Cəmiyyətinə qarşı hesab fakturasının ləğv edilməsi və hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh ASC «X29» Törəmə Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən 02.07.2021-ci il tarixdə tərtib edilmiş ********* nömrəli hesab fakturasının ləğv edilməsi və hesablanmış 1730 manat borcun silinməsinə və ödənilmiş 30,40 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki,Cavabdeh ASC «X29» TSC tərəfindən 02.07.2021-ci il tarixdə tərtib edilmiş ********* hesab fakturasına əsasən Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, ev 14, mənzil 49 ünvanında qeydiyyatda olan 7 nəfərə görə 1712,19 manat məbləğində heç bir əsas olmadan borc hesablanmışdır. Halbu ki, atası 29.10.2004-cü ildə vəfat etmiş, bacısı İlhamə 2000-ci ildə ailə quraraq gəlin köçmüş, uşaqları Aytac və Ayturla ünvan 2 ünvanda ailəsi ilə birlikdə yaşayır. Anası Tərlan isə bacısı İlhamənin yanında yaşayır. Gəncə şəhəri, Kəpəz rayonu,4-cü mikrorayon, ev 14, mənzil 49 ünvanında yalnız o, özü qızı Aysel və arvadı Leyla yaşayır. Hesab edir ki, 7 nəfərə görə hesablanmış borc qanunsuz və əsassızdır.Ona grə də məcbur olub məhkəməyə müraciət etmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ASC “X29” TSC-in nümayəndəsi X12 iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı ailə tərkibi ilə bağlı aparılmış hesabatlara etiraz etməmiş, bu faktı təsdiq edən sənədləri 7 gün müddətində STKM-ə rəsmi olaraq heç bir vaxt təqdim etməmiş və həmin mənzildə sudan istifadə və tullantı suların axıdılmasına görə “Sudan istifadə Qaydaları”nın 7.4 bəndinə əsasən müvafiq hesabat verməmişdir. Bununla “Gəncə Sukanal” TSC-nin üzərinə düşən vəzifələri istehlakçı qarşısında yerinə yetirmişdir, lakin istehlakçı üzərinə düşən vəzifələri vaxtı-vaxtında yerinə yetirmədiyinə görə sudan istifadə və tullantı suların axıdılmasına görə borc yaranmışdır. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- 02.07.2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı ailə tərkibi 7 nəfər qeyd olunmaqla Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon ev 14, mənzil 49-da sudan istifadəyə görə qalıq borcu 1712,19 manat göstərilmişdir. 31.08.2021-ci il tarixli aktdan görünür ki, X7, X9, X15, X4, X2 övladları X16 və X17 01.02.2001-ci il tarixdən hal-hazıradək faktiki olaraq ünvan 4 ünvanında yaşayıblar. Yaşadıqları dövrdə içməli və çirkab sulardan ünvan 4 ünvanından istifadə ediblər. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 29 oktyabr 2004-cü ildə ölmüşdür. Vİİ-JQ362347 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçıə Fərəməz qızı 03. 03. 2000-ci ildə ailə qurmuşdur. Gəncə şəhəri İcra Hakimiyyəti MKTİB 7 nömrəli xidmət sahəsi tərəfindən verilmiş 25 yanvar 2022-ci il tarixli 18 nömrəli arayışdan görünür ki, X7 əri X20, qızı X17 və oğlu X16 ilə ünvan 5 ünvanında yaşayır. Gəncə şəhəri İcra Hakimiyyəti MKTİB 7 nömrəli xidmət sahəsi tərəfindən verilmiş 26 yanvar 2022-ci il tarixli 20 nömrəli arayışdan görünür ki, X9 ünvan 5 ünvanında qeydiyyatsız yaşayır. Cavabdeh tərəfindən təqdim olunmuş və və məhkəmə iclasında tədqiq edilmiş:- 13.12.2021-ci il tarixli, **********490 saylı abonet kartından görünür ki, İddiaçı Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon ev 14, mənzil 49 üzrə qalıq su borcu 1714,69 manat təşkil edir. Yaşayış yeri üzrə qeydiyyat haqqında 08.01.2022-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, Kəpəz rayonu, 4-cü mikrorayon ev 14, mənzil 49 ünvanında İddiaçı və X10 qeydiyyatdadır. Gəncə şəhəri Baş Polis İdarəsi tərəfindən verilmiş 14.01.2021-ci il tarixli məktubdan görünür ki, Kəpəz rayonu, 4-cü mikrorayon ev 14, mənzil 49 ünvanında İddiaçı və X10 qeydiyyatdadır. X7, X9, X16 və X17 24.12.2021-ci ildə qeydiyyatdan çıxmışlar. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tədqiq olunmuş sübutlara hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki işin müəyyən olunmuş hallarından görünür ki, su və çirkab suya dair xidmət göstərilməsi barədə 01.01.2005-ci il tarixli müqavilə üzrə Cavabdeh ASC “X29” TSC tərəfindən Kəpəz rayonu, 4-cü mikrorayon ev 14, mənzil 49 ünvanında nəfər sayı 7 nəfər olmaqla sudan və sirkab sudan istifadəyə görə 1714,69 manat borc hesablanmışdır. Məhkəmə araraşdırması zamanı isə müəyyən olunmuşdur müqavilədə göstərliən ünvanda qeydiyyatda olanların sayı 7 nəfər qeyd olunsa da həmin şəxslərdən X5 2004-cü ildə ölmüş, İddiaçıə Fərəməz qızı isə 03.03.2000-ci ildə ailə quraraq uşaqları Aytur və Aytacla ünvan 5 ünvanında yaşamışdır. Qeyd olunan mənzildə iddiaçı, onun arvadı X8 və övladı X10 yaşamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 saylı, Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikası Qanununun 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Göründüyü kimi qanunvericilik yalnız göstərilən xidmətlərin əvəzinin ödənilməsini istehlakçıların üzərinə vəzifə kimi qoymuşdur. Belə olan halda məhkəmə hesab edir ki, istehlakçıya məxsus mənzildə 3 nəfərə görə verilmiş suyün dəyərinin 7 nəfərə görə hesablanması mülkiyyətçini əlverişsiz vəziyyətə salır. Belə ki, 2011-2021-ci illər üzrə 3 nəfərə görə ödənilməli olan su pulunun dəyəri 724,26 manat təşkil etdiyi halda 7 nəfərə görə 1714,69 manat hesablanması əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon 14 nömrəli evin 49 nömrəli mənzilində sudan istifadəyə görə 2011-2021-cı illər üzrə hesablanmış 1714,69 manat pulun 990,43 manatı silinməlidir. İş üzrə ödənilmiş 30,4 manat dövlət rüsumu Cavabdeh ASC «Gəncə Sukanal» TSCdən alınaraq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin olunsun. Gəncə şəhəri, Kəpəz rayonu,4-cü mikrorayon 14 nömrəli evin 49 nömrəli mənzilində sudan istifadəyə görə 2011-2021-cı illər üzrə hesablanmış 1714,69 manat pulun 990,43 manatı silinsin. İş üzrə ödənilmiş 30,4 manat dövlət rüsumu Cavabdeh ASC «Gəncə Sukanal» TSCdən alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-216/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-216/2022
02.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver