Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2166/2020 02.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi ilə, İddiaçı “xxxxxxx” KB ASC-nin Cavabdeh qarşı “kredit borcu” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi «xxxxxxx» KB ASC Cavabdeh qarşı «kreditin, kredit faizinin və cərimənin ödənilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3477.23 ABŞ dolları əsas, 293.95 ABŞ dolları faiz, 32.89 ABŞ dolları cərimə, cəmi 3804.07 ABŞ dolları borc məbləğinin və ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun tutulmasına dair məhkəmə əmri çıxarılmasını məhkəmədən xahiş etmişdir. X1 Rayon Məhkəməsinin 2(043)-1414/2015 saylı, xx xxxx 2015-ci il tarixli əmri ilə cavabdehdən 3477,23 ABŞ dolları əsas, 293,95 ABŞ dolları faiz, 32,89 ABŞ dolları cərimə, cəmi 3804,07 ABŞ dolları borc məbləğinin milli manat ekvivalentində və ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi əmr edilmişdir. X1 Rayon Məhkəməsinin 2(043)-1070/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə borclunun etirazı əsasında məhkəmə əmri ləğv edilərək iddia icraatına keçilmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, «xxxxxxx» KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 48 aymüddətinə illik 33% ödəmək şərt ilə 4200 ABŞ dolları məbləğində kredit limiti ayrılmışdır. Lakin, borcalan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə «xxxxxxx» KB ASC-yə 3477,23 ABŞ dolları əsas borc, 293,95 ABŞ dolları faiz məbləği, 32,89 ABŞ dolları cərimə məbləği olmaqla, cəmi 3804,07 ABŞ dolları və 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxxxxx” ASC-nin nümayəndəsi ərizə ilə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2013-cü il tarixli, 6277nkKPZ/13 saylı kredit və bank hesabı müqaviləsindən görünür ki, Cavabdeh illik 33% (otuz üç) faiz dərəcəsi olmaqla 48 (qırx səkkiz) ay müddətinə 4200 (dörd min iki yüz) ABŞ dolları məbləğində kredit limiti ayrılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh həmin tarixə 3477,23 ABŞ dolları əsas borc, 293,95 ABŞ dolları faiz və 32,89 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 3804,07 ABŞ dolları borcu vardır. Məhkəmə işin faktiki hallarını araşdıraraq və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetiməmişdir. Buna görə də, məhkəmə tələb edilən əsas, faiz və cərimə borcunun cavabdehdən tutulmasını əsaslı hesab edir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 3477,23 ABŞ dolları əsas borc, 293,95 ABŞ dolları faiz və 32,89 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 3804,07 dolları borc məbləği ödəniş anına manata məzənnə ilə manat ekvivalentində tutularaq, “xxxxxxx” KB ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 20 manat dövlət rüsumundan və iddia tələbinin həcmi 500 manatdan çox olduğundan dövlət rüsumunun kəsiri olan 10 manatdan ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi tam təmin olunduğundan 20 manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya verilməli, dövlət rüsumunun kəsiri kimi 10 manat pul cavabdehdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 3477,23 ABŞ dolları əsas borc, 293,95 ABŞ dolları faiz və 32,89 ABŞ dolları cərimə məbləği olmaqla, cəmi 3804,07 (üç min səkkiz yüz dörd dollar, yeddi sent) ABŞ dolları ödəniş anına manata məzənnə ilə manat ekvivalentində tutularaq, iddiaçı «xxxxxxx» KB Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdehdən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 (iyirmi) manat pul tutularaq, iddiaçı «xxxxxxx» KB Açıq Səhmdar Cəmiyyətinə, dövlət rüsumunun kəsiri kimi 10 (on) manat pul tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində X1 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-2166/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2166/2020
02.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver