Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2176/2021 05.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X5 iclas katibliyi, İddiaçı və vəkili X2, cavabdehlər Cavabdeh və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh, üçüncü şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh, üçüncü şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona 22666 (iyirmi iki min altı yüz altmış altı) manat pulun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,067 ha torpaq sahəsi olan mülk paylı mülkiyyətdir. Mülkün ümumi paydan 1/3 hissəsi cavabdehin; 1/3 hissəsi onun; 1/3 hissəsi isə əmisi oğlu Maraqlı şəxs1 mülkiyyətindədir. Torpaq sahəsində üç ev inşa edilib. İki mərtəbəli evdə o ailəsi ilə, bir mərtəbəli evdə cavabdeh ailəsi ilə, başqa bir mərtəbəli evdə isə əmisi oğlu yaşayırmışlar. Cavabdeh onun qardaşıdır. Üçüncü şəxs Maraqlı şəxs1 isə onun əmisi oğludur və halhazırda o cəzaçəkmə müəssisədədir. Son vaxtlar cavabdeh ailəsi ilə onun və ailəsi ilə yola getməmişdir. Belə ki, onun 6 azyaşlı uşaqları var. Kiçik oğlunun 4 yaşındadır. Aralarında olan narazılıqlara son qoymaq üçün cavabdehlə qərara gəlmişdir ki, o ailəsi ilə mülk satılana qədər mülkdən çıxsın, satıldıqdan sonra pulu üç yerə payları mütənasib bölsünlər. Cavabdeh bildirmişdir ki, mülkə alıcı tapıb o, mülkləri 68000 (altmış səkkiz min) manata almağa razılaşdırılıb. Belə də eləmişlər. Alqı-satqı müqaviləsi 06 aprel 2021-ci il tarixdə “Asan xidmət” notariat ofisində baş tutmuşdur. Əmisi oğlu Maraqlı şəxs2 2020-ci ilin avqust ayında oğurluq və nəşə istifadəçi kimi azadlıqdan məhrum edilib, subaydır. Onu cavabdehə verdiyi etibarnamə əsasında alqı-satqı zamanı cavabdeh onun adından əməliyyat aparıb. Alıcı Maraqlı şəxs2 mülkə dair 68000 (altmış səkkiz min) manat pulları bank vasitəsilə cavabdeh-qardaşı Cavabdeh onun iştirakı olmadan vermişdir. Cavabdeh ona bildirmişdir ki, pulları alan kimi ona düşən 22666 (iyirmi iki min altı yüz altmış altı) manat pulu ona verəcək. Lakin, bu günə kimi cavabdeh pulları ona verməkdən imtina edir. Hal-hazırda o ailəlikçə 6 azyaşlı uşaqları ilə kirayədə yaşayırlar. Niyyəti var ki, ona çatan pulları alan kimi torpaq alsın ev tiksin. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, mənzilin satışında onun payına uyğun çatacaq 22666 manat puldan 3000 manat hissəsini cavabdeh ona vermişdir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili X11 iddia tələbini müdafiə edərək bildirdi ki, müqavilə bağlanıb və müqavilədə evin qiyməti 68.000 manat qiymətləndirilibdir. Sonra iddiaçının ərizəsi əsasında evin satışından ona çataq pul vəsaiti cavabdeh tərəfindən notairusun depozitdən götürülüb. Həmin məbləğin 22.666 manatı İddiaçı çatmalıdır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, ünvan 2 üç nəfər şəxsin paylı mülkiyyəti olmuşdur. Ancaq, iddiaçının evlə və işin halları ilə bağlı dedikləri tam yalandır. Belə ki, heç vaxt ünvan 2-da 2 mərtəbəli ev olmamışdır. Orada cəmi 2 ev olmuşdur. Hər iki evdə 1 mərtəbəli olmuşdur. Mövcud olan hər iki evin arasında sərhəd olmuşdur. Bir evdə əmisi Telman, digər evdə isə atası Nuru yaşamışdır. Atası yaşayan evdə o vəfat etdikdən sonra ailəsi ilə birlikdə o, əmisi yaşayan evdə isə X6 və Maraqlı şəxs1 yaşamışdır. İddiaçı hərbi xidmətdən gəldikdən sonra orada heç vaxt yaşamamışdır. İddiaçının o evlə bağlılığının olmamasını onun təsdiq edir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsində mərhum X1 mərhum X12 anası olması faktının müəyyən edilməsinə dair iddia qaldırmışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 01.08.2014-cü il tarixli, 2(043)- 2149/2014 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, mərhum atası X12 valideynləri Əliyev Abbas və Əliyeva İrbaba Ermənistanda anadan olmaqla orada ailə qurmuşlar. Onların altı övladı dünyaya gəlmiş, o cümlədən atası X24 1930-cu il tarixdə doğulmuşdur. 1952-ci il tarixdə mərhum nənəsı həyat yoldaşı Abbas Əliyevdən ayrılaraq buraya köçmüş və həmin vaxt ailəyə bütün sənədlər, o cümlədən mərhum atasına aid doğum sənədi itirmişdir. 11.01.1978-ci il tarixdə nənəsi İrbaba Əliyeva, 18 may 1994-cü il tarixdə isə atası Nuru Abbasov vəfat etmişlər. Onları vəfatından sonra miras qalmış əmlakı faktiki qəbul etsə də, zəruri sənədlər olmadığından hal-hazıra kimi bu barədə müvafiq sənədləşmə apara bilməmişdir. Məlum səbəblərdən atası doğum haqqında sənədini bərpa etmək mümkün olmadığından məhkəməyə müraciət etməli olmuşdur. Yuxarıda qeyd olunan məhkəmə qətnaməsi bir daha təsdiq edir ki, mübahisəli fərdi yaşayış evində iddiaçının yalnız pasport qeydiyyatı olmuşdur. Rövşənə deyirdik ki, gəl səndə burada yaşa İddiaçı isə bildirirdi ki, “Maraqlı şəxs1 nəşə istifadəçisidir, subaydır. O, olan yerdə o, ailə və uşaq saxlaya bilmərəm. Gəl səndə, oranı sat, başqa bir yerdə özünə ev al.” ünvan 2-a onun 1/3 hissə payı ona görə tanınmışdır ki, onun orada qeydiyyatı olmuşdur. Həmin evin vərəsəlik qaydasında 3 nəfərin adına bərabər şəkildə keçməsi onun təşəbbüsü ilə olmuşdur. Evlə bağlı çəkdiyi xərcləri təsdiq edən çekləri məhkəməyə təqdim edəcəkdir. Əslində əvvəllər onun digər bacısı və qardaşlarının heç vaxt evi satmaq niyyətləri olmamışdır. Ancaq, qohumluq münasibətlərinin uzaqlaşan istiqamətdə getməsi evin satılmasını zəruri edən amil idi. Biri var qardaş, biri də var əmi oğlu. Digər amil isə iddiaçının israrla əmisi oğullarından uzaqlaşmasını bildirməsi olmuşdur. İddiaçı da, daxil olmaqla digər bacı və qardaşlarının razılığı o olmuşdur ki, ev satılsın, evin pulundan ilk öncə əmisi oğlunun pulunu verək, yerdə qalan pulla isə ona ev alınsın. Alınan evdən artıq pul qalarsa, bacı və qardaşları arasında bölsünlər. 06 aprel 2021-ci il tarixdə ünvan 2-u alqı-satqı müqaviləsi əsasında 68000 (altmış səkkiz min) manata satmışlar. Həmin məbləğdən 15000 (on beş min) manatını Maraqlı şəxs1 vermişdir. Əlində qalan 53000 (əlli üç min) manatdan 38000 (otuz səkkiz min) manata Gəncə şəhəri, Atatürk prospekti 237, bina 8, 40 saylı mənzili almışlar. Qalan 15000 (on beş min) manatdan 7500 manatını evin sənədləşməsinə xərclənmişdir. Sona qalmış 7500 (yeddi min beş yüz) manatı bacı və qardaşlarının arasında bölmüşdür. 3000 (üç min) manatını İddiaçı, digər 3000 (üç min) manatını X9 və 1500 (min beş yüz) manatını isə X10 vermişdir. İddiaçı onun heç bir ödəyəcək pulu yoxdur. Məhkəmə iclasında onun dediklərini qardaşı X17 da, təsdiq edə bilər. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili X13 çıxışında bildirdi ki, iş üzrə tərəflər paylı mülkiyyətlərində olan evi 68.000 manata satıblar. Hərəsinə 22.666 manat pul düşmüşdür. Həqiqətən həmin pulun alınmasında razılıq olmuşdur. Ev satılıb ayrı bir yerdən ev alınmalı və daha sonra pul bölünməli idi. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə regional “Asan Xidmət” mərkəzində notariat ofisinin aparıcı mütəxəssisi X14 ifadə verərək bildirdi ki, alqı-satqı müqaviləsi bağlanan zaman İddiaçı və Cavabdeh da iştirak etmişlər. Alqı-satqı zamanı İddiaçı ərizə verərək evin satışında onun payına düşən hissə pulun depozit hesabdan qardaşı Cavabdeh pulu götürülməsinə razılıq vermişdir. Ərizədə qeyd edilmişdir ki, pulun notariusun depozit hesabından bütövlüklə İddiaçı almasına etiraz etməmişdir. Bunun əsasında İddiaçı, Cavabdeh və Maraqlı şəxs1 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,067 kv.m olan torpaq sahəsindən ibarət mənzili Maraqlı şəxs2 68000 (altmış səkkiz min) manata satılması ilə bağlı notariusun depozit hesabına qoyulmuş pul bütövlüklə İddiaçı tərəfindən götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadə verərək bildirdi ki, onlar 3 qardaşdırlar və bacıları da var. Evin satılmasına səbəb əmisi oğlunun narkoman olması olmuşdur. Evdə İddiaçı 2007-ci ilin sonlarından həmin evdə yaşamamışdır. O da həmin evdə yaşamamışdır. İddiaçı, o və Cavabdeh 3000 manata alıb. Ev satılandan sonra taksi motornuda çayçının yanında qardaşı Elşən Rövşənə evin satılmasından alınan puldan 3000 manat pul verib. Onlar arasında əvvəlcədən olmuş razılaşmaya əsasən ev satılmalı, qardaşı Elşənə ev alınmalı və həmin ev ata yurdu hesab edilməli və bütün övladlara evin satılmasından pay verilməli idi. Ona görə də Rövşənə 3000 manat pul verilib. İş materiallarına əlavə edilmiş DİN-nin “yaşayış yeri üzrə qeydiyyat” haqqında ******* nömrəli arayışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzildə 11.04.1999-cu il təvəllüdlü X15, 28.01.1965-ci il təvəllüdlü X7, 18.05.2006-cı il təvəllüdlü X21, 24.01.2018-ci il təvəllüdlü X18, 19.10.2017-ci il təvəllüdlü X19, 07.12.1982-ci il təvəllüdlü Maraqlı şəxs1 və 14.01.2005-ci il təvəllüdlü X20 qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın 06.04.2021-ci il tarixli AN-1 ******* nömrəli notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı, Cavabdeh və Maraqlı şəxs1 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,067 kv.m olan torpaq sahəsindən ibarət mənzili Maraqlı şəxs2 68000 (altmış səkkiz min) manata satmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı, Cavabdeh və Maraqlı şəxs1 tərəfindən Gəncə “Asan Xidmət” mərkəzində notariat ofisinə verilmiş 06.04.2021-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı, Cavabdeh və Maraqlı şəxs1 məxsus olan ünvan 2 yerləşən ümumi sahəsi 0,067 kv.m olan torpaq sahəsinin (1/3 hissə, 0,023 ha), ünvan 2 yerləşən ümumi sahəsinin (1/3 hissə, 0,022 ha), ünvan 2 yerləşən ümumi sahəsinin (1/3 hissə, 0,022 ha) 68000 manat 00 qəpik (altmış min manat sıfır qəpik) qiymətə satılması barədə razılığa gəlmişlər. İş materiallarına əlavə edilmiş Gəncə “Asan Xidmət” mərkəzində notariat ofisinin 06.04.2021-ci il tarixli, 965 nömrəli məktubun surətindən görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan Maraqlı şəxs2 tərəfindən ünvan 4 ünvanında yerləşən 0.067 ha torpaq sahəsinə dair daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 68000 (altmış səkkiz min) manat məbləğində pulun müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra onun məxaric çekin əsasında ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh verilməsi üçün bankda olan ******************** nömrəli depozit hesabına qəbul olunmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Beynəlxalq Bankının 06.04.2021-ci il tarixli kassa-məxaric orderinin surətindən görünür ki, Maraqlı şəxs2 alqı-satqı müqaviləsinə əsasən 68000 manat məbləğində ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 4 saylı mülk ümumi paydan 1/3 hissəsi İddiaçı, 1/3 hissəsi Cavabdeh və 1/3 hissəsi Maraqlı şəxs1 məxsusdur. İş materiallarına əlavə edilmiş İddiaçı 04.06.2021-ci il tarixli **********815 nömrəli notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən, paylı mülkiyyətdə olan 0.067 ha torpaq sahəsinin alqı-satqısına dair ödənilmiş 68000 (altmış səkkiz min) manat məbləğində pulun notariusun depozit hesabından bütövlüklə Cavabdeh almasına etiraz etmir və razıdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,067 ha torpaq sahəsi olan mülkün ümumi paydan 1/3 hissəsi iddiaçının, 1/3 hissəsi Cavabdeh və 1/3 hissəsi Maraqlı şəxs1 məxsus olmuşdur. İddiaçı, Cavabdeh və Maraqlı şəxs1 onların birgə paylı mülkiyyətlərində olan Gəncə şəhəri, Kəpəz rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən 9 saylı mənzilin satmaq barədə razılıq ərizəsi vermişlər və alqı-satqı müqaviləsi əsasında alıcı Maraqlı şəxs2 68000 manata satmışlar. Alıcı 68000 manat pulu notariusun depozit hesabına qoymuş, iddiaçının notarial qaydada ərizəsinə əsasən evin satışından ona çatacaq 22666 manat pulu qardaşı Cavabdeh tərəfindən götürülməsi barədə notarial qaydada ərizə vermiş, qeyd edilən mülkin satışından əldə olunan vəsait bütünlüklə Cavabdeh notariusun depozit hesabından götürmüş, bundan sonra cavabdeh həmin məbləğdən 3000 manat iddiaçıya vermişdir. Lakin, 19666 manat pulu cavabdeh iddiaçıya vermədiyi üçün hazırki iddia ilə iddiaçı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: (MM 1092.1.1.) bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; (MM 1092.1.2.) əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya məxsus 22666 manat pulu notariusun depozit hesabından götürərək heç bir əsas olmadan qanuni sahibinə qaytarmamaqla əsassız olaraq varlanmışdır. Buna görə də cavabdehin həmin puldan iddiaçıya qaytardığı 3000 (üç min) manat hissəsinin qaytarılması nəzərə alınmaqla, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 19666 (on doqquz min altı yüz altmış altı) manat məbləğində pul alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməli, iddia tələbi digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 300 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 19666 (on doqquz min altı yüz altmış altı) manat məbləğində pul alınaraq, İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-2176/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2176/2021
05.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver