Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2181/2021 11.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, iddiaçı X2 və Cavabdeh iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X5 Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 5000 manat pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tululub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Ağcabədi rayonunda yaşayır. Onun tanıdığı və münasibətdə olduğu Cavabdeh ehtiyacı olduğu üçün 5000 manat borc pul vermişdir. Həmin pulu Cavabdeh şəxsən vermiş, borc müqaviləsinə imza etdirmişdir. Borcludan dəfələrlə borcu istəsə də pulunu qaytarmamışdır. Hazırda da pulunu qaytarmaq istəmir, bir neçə dəfə borcun ödənilməsini tələb etsə də, borclu yalan vədlər verməklə onu aldatmışdır. Ona görə də iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı X5 iddia tələbinin dəqiqləşməsi barədə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh 1200 manat pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçı X5 iddia tələbini müdafiə edərək, həmin məzmunda izahat verərək bildirdi ki, Cavabdeh 5000 manat borc puldan hazırda 1200 manat borcu qalmışdır. Odur ki, iddia tələbinin təmin edilməsini, Cavabdeh 1200 manat pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ifadə verərək bildirdi ki, iddiaçı X3 5000 manat borcu olmuşdur. Hazırda həmin borcdan ödənişlər etmişdir. İddiaçı X3 ödənişdən sonra qalan 1200 manat borcunun olduğunu etiraf edir. Odur ki, iddia tələbinin təmin edilərək ondan 1200 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasına etiraz etmədiyini məhkəməyə bildirdi. Bu barədə məhkəməyə ərizə təqdim etdi. İş materialların əlavə olunmuş 16.10.2019-cu il tarixli borc müqaviləsindən görünür ki, iddiaçı X5 Cavabdeh 5000 (beş min) manat məbləğində borc vermişdir. Müqavilənin 2.4.3-cü bəndinə əsasən borcalan borcverənin istədiyi vaxt borcu qaytamalıdır. Həmin müqavilə sadə yazılı formada tərtib edilmiş və müqavilə iştirakçıları tərəfindən imzalanmışdır. İş materialların əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11.10.2021-ci il tarixli, 4/1354-5/1105 nömrəli məhkəməxətşünaslıq rəydən görünür ki, ekspertizaya təqdim edilmiş, 2(043)-2181/2021 nömrəli mülki işin 5-ci vərəqəsində olan 16 oktyabr 2019-cu il tarixli borc müqaviləsində “və digər tərəf Borcalan” qrafasındakı “Cavabdeh” yazıları, həmin yazılardan aşağı solda olan “Cavabdeh” yazıları, “2.4.2. Borcalan” qrafasında “Cavabdeh 5000 m” yazıları, “2.4.3. Borcalan” qrafasındakı “Cavabdeh 5000 m” yazıları, “3.1 Bu müqavilə üzrə verilən pul” qrafasındakı “beş min manat” yazıları, “4.1 Bu müqavilənin müddəti” qrafasındakı “istənilən vaxtı” yazıları, “Borcalanın, ünvanı, şəxsiyyət vəsiqəsi, təvəllüdü” qrafasındakı yazılar, “İmza” qrafasındakı yazılar - Cavabdeh tərəfindən icra olunmuşdur. Tədqiqata təqdim edilmiş borc müqaviləsindəki 16 oktyabr 19 əlyazısı, “borc verən..” sözlərinin qarşısındakı əlyazıları və imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar. Həmin borc müqaviləsindəki “borc alan..” sözlərinin qarşısındakı əlyazıları və imzalar, “beş min manat İstənilən vaxdı” əlyazıları rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar. Tədqiqata təqdim olunmuş borc müqaviləsindəki 16 oktyabr 19 əlyazısının, “borc verən..” sözlərinin qarşısındakı əlyazılarının və imzaların icra olunmasında istifadə olunan mürəkkəblərin rəngləyici maddələri ilə müqavilədəki “borc alan..” sözlərinin qarşısındakı əlyazılarının “beş min manat İstənilən vaxdı” əlyazılarının icra olunmasında istifadə olunan mürəkkəblər rəngləyici maddələri kimyəvi tərkiblərinə görə diyircəkli qələmlərdə istifadə olunan mürəkkəblərə aiddirlər və öz aralarında fərqlidirlər. Rəyin “Sənədlərin materiallarının tədqiqi üzrə” hissəsinin 3-cü bəndində göstərilən səbəbə görə qərarda göstərilən “16 oktyabr 2019-cu il tarixli borc müqaviləsində diyircəkli qələmlə qeyd edilən yazılar eyni vaxtda yazılmışdırmı ?” sualı üzrə tədqiqat aparılmamışdır. Aparılmış tədqiqatın dəyəri 126 manat təşkil edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı X5 cavabdeh X6 5000 manat məbləğində pul borc vermiş və bu zaman aralarında yazılı qaydada borc müqaviləsi bağlanmışdır. Daha sonra cavabdeh iddiaçıdan aldığı pulu geri qaytarmadığı üçün, hazırki iddia ilə iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən Cavabdeh həmin borc məbləğindən iddiaçıya ödənişlər etdikdən sonra, hazırda onun iddiaçıya 1200 manat məbləğində borcu qaldığını bildirmiş, iddiaçı cavabdehin bu dəlili ilə razılaşaraq ona hazırda 1200 manat məbləğində borcu qaldığını etiraf etmişdir. Əlavə olaraq tərəflər bu barədə məhkəməyə ərizə təqdim etmişlər. İşin müəyyən olunmuş bu halı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyi ilə öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında mübahisəyə mülki qanunvericiliyin mövcud borc müqavilə ilə əlaqədar müddəaları çərçivəsində hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı X5 Cavabdeh oğlundan 1200 manat məbləğində pulun alınaraq ona verilməsini xahiş etmiş, Cavabdeh isə iddia tələbini qəbul edərək həmin məbləğdə X3 borcunun olmasını etiraf edərək iddianın təmin edilməsi ilə razılaşmışdır. Cavabdehin iddianı etirafı qanuna zidd olmadığı və ya hər hansı başqa şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün məhkəmə tərəfindən qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat məbləğində ödənilmiş dövlət rüsumu və iş üzrə keçirilmiş məhkəmə-xtşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 126 (bir yüz iyirmi altı) manatdan ibarətdir. Məhkəmə həmin məbləğlərin də cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır; 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1200 (bir min iki yüz) manat məbləğində borc pul və 30 (otuz) manat dövlət rüsumu tutularaq, iddiaçı X3 ödənilsin. Məhkəmə ekspertiza tədqiqatının dəyərini təşkil edən 126 (bir yüz iyirmi altı) manat Cavabdeh tutularaq, X1 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülsün. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-2181/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2181/2021
11.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver