Məhkəmə qərarları › İş №2(043)-2194/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2194/2020

14.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2194/2020 14.08.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlu, İddiaçı «xxxxxxxxxxx» MMC-in Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşmiş icraat qaydasında məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı «xxxxxxxxxxx» MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh «xxxxxxxxxxx» MMC-in xeyrinə Panasonic markalı üz qırxan üçün 114 (yüz on dörd) manat ödənilməmiş hissə, 11 (on bir) manat cərimə, Nokia 3310 DS markalı telefon üçün 47 ( qırx yeddi) manat ödənilməmiş hissə 5 (beş) manat cərimə, Panasonic markalı üz qırxan üçün 326 ( üç yüz iyirmi altı) manat ödənilməmiş hissə, 33 (otuz üç) çamat cərimə, Power Bank mi üçün 36 (otuz altı) manat ödənilməmiş hissə, 4(dörd) manat cərimə, cəmi 576 (beş yüz yetmiş altı) manat və 20 (iyirmi) manat dövlət rüsumunun xeyrlərinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il, xx.xx.2018- ci il, xx.xx.2018-ci il və xx.xx.2018- ci il tarixlərdə bağlanmış müqavilərə əsasən cavabdeh iddiaçıdan Panasonic markalı üz qırxan, Nokia 3310 DS markalı telefon, Panasonic markalı üz qırxan, Power Bank mi, almış, müqavilənin şərtlərini pozaraq nəticədə xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il tarixli müqavilələrə əsasən Panasonic markalı üz qırxan üçün 114(yüz on dörd) manat ödənilməmiş hissə, 11 (on bir) manat cərimə, Nokia 3310 DS markalı telefon üçün 47 ( qırx yeddi) manat ödənilməmiş hissə 5 (beş) manat cərimə, Panasonic markalı üz qırxan üçün 326 ( üç yüz iyirmi altı) manat ödənilməmiş hissə, 33 (otuz üç) çamat cərimə, Power Bank mi üçün 36 (otuz altı) manat ödənilməmiş hissə, 4(dörd) maat cərimə, cəmi 576 (beş yüz yetmiş altı) manat borcu yaranmışdır. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin olunmalıdır. Ərizəyə əlavə olunmuş xx.xx.2018-ci il tarixli, K00113583 nömrəli, xx.xx.2018-ci il tarixli, K00119023 nömrəli, xx.xx.2018-ci il tarixli, K00244000 nömrəli, xx.xx.2018-ci il tarixli, 00338527 nömrəli müqavilələrdən görünür ki, cavabdeh «xxxxxxxxxxx» MMC-dən Panasonic markalı üz qırxanı 12 ay müddətinə hər ay 40 manat, Nokia 3310 DS markalı telefonu 12 ay müddətinə hər ay 13 manat, Panasonic markalı üz qırxanı 12 ay müddətinə hər ay 33 manat və Power Bank mi 6 ay müddətinə hər ay 10 manat ödəmək şərti ilə almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 284- 1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. MM-in 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlik daşıyır. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli xx.xx.2018-ci il tarixli, K00113583 nömrəli müqavilə üzrə 114 manat ödənilməmiş hissə 11 manat cərimə, xx.xx.2018-ci il tarixli, K00119023 nömrəli müqavilə üzrə 47 manat ödənilməmtiş hissə, 5 manat cərimə, xx.xx.2018-ci il tarixli K00244000 nömrəli müqavilə üzrə 326 manat ödənilməmiş hissə 33 manat cərimə və 17.1 0.2018-ci il tarixli, 00338527 nömrəli müqavilələr üzrə 36 manat bdənilməmiş hissə 4 manat cərimə olmaqla, ümumilikdə 576 (beş yüz yetmiş altı) manat pul Cavabdeh alınaraq iddiaçı «xxxxxxxxxxx» MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli, K00113583 nömrəli müqavilə üzrə 114 manat ödənilməmiş hissə 11 manat cərimə, xx.xx.2018-ci il tarixli, K00119023 nömrəli müqavilə üzrə 47 manat ödənilməmtiş hissə 5 manat cərimə, xx.xx.2018-ci il tarixli K00244000 nömrəli müqavilə üzrə 326 manat ödənilməmiş hissə 33 manat cərimə və xx.xx.2018-ci il tarixli, 00338527 nömrəli müqavilə üzrə 36 manat bdənilməmiş hissə 4 manat cərimə olmaqla, ümumilikdə 576 (beş yüz yetmiş altı) manat pul və iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 (otuz) manat tutularaq iddiaçı «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində X1 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar