Məhkəmə qərarları › İş №2(043)-2198/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2198/2021

01.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2198/2021 01.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27000 (iyirmi yeddi min) manat pulun cavabdehdən alınıb alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehi uzun müddətdir tanıyır. Fövqalədə Hallar Nazirliyinin Gəncə şəhəri, Nizamı rayonu, yanğından mühafizə hissəsində işləmiş Cavabdeh ilə birlikdə işləmiş və onun tanışlarını işə düzətmək adı ilə ondan 3 ayrı şəxsdən hərəsindən 9000 manat olmaqla cəmi 27000 manat pulu onun vasitəsi ilə almış və sonradan işə düzəltməmişdir. Tanışlarının ziyanını o, ödəmək məcburiyyətində qalmışdır. Gəncə şəhər Baş Polis idarəsinin 16 aprel 2020 ci il tarixli qərarına əsasən cinayət işinə rədd qararı verilmişdir. Sonradan adiyyatı qurumlara nə qədər müraciət etsə də heç bir nəticə əldə etməmiş, bu səbəbdəndə mülki qaydada məhkəməyə müraciyyət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, o, üç nəfər tanışının hər birindən 9000 manat pul alaraq onları işə düzəltmək üçün cavabdehə vermişdir. Həmin pul məbləğlərini cavabdehə verərkən yanında heç kim olmamışdır. Cavabdeh həmin şəxsləri işə düzəldəcəyinə söz versə də, onu aldatmış və nə onların işə düzəltməmiş, nə də aldığı pulu geri qaytarmamışdır. Sonradan həmin şəxslər pullarını tələb etdiyindən, onların hər birinə 9000 manat pulu öz vəsaiti hesabına ödəmişdir. Odur ki, cavabdeh onu zərərə məruz qoyduğundan, 27000 manat pulu cavabdehdən tələb edir. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında bildirdi ki, iddiaçının qeyd etdikləri tamamilə yalandır olmaqla həqiqəti əks etdirmir və heç bir əsası yoxdur. Belə ki, o, iddiaçını 2014-cü ildən tanımış və onlar hər iki Fövqəladə Hallar Nazirliyində müxtəlif vəzifələrdə işləmişlər. Adillə münasibətləri həmişə normal olmuşdur. O, Adilə 2015-ci ildə müraciət etmişdir ki, anasının xəstəliyinə görə ona təcili pul lazımdır. Adil həmin vaxt öz adına bankdan 6500 manat kredit götürərək ona vermişdir. O, pulu Bankdan Adilin adına götürdükdən sonra ödəniş cədvəli üzrə hər ay 700 manat ödəniş etmiş, qalan məbləği isə yaşadığı evi sataraq banka tam şəkildə ödəmiş və Adilə heç bir borcu qalmamışdır. Bundan sonra Adillə onun arasında heç bir pul məsələsi olmamış, Adildən kimlərinsə işə düzəldəcəyi ilə bağlı pul almamışdır. Bütün bunlar yalan və şərböhtandır. Bugünədək heç kim işə düzəltmə ilə bağlı ona müraciət etməmiş, ondan pul tələb etməmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 cavabdehlə eyni məzmunlu izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan 13 noyabr 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, İddiaçı X1 onun yaxın üç nəfər tanışları yanğından mühafizə idarəsinə işə düzəltmək adı ilə hər birindən onun vasitəsi ilə 9000 manat almaqla ümumilikdə 27000 manat alaraq ona qarşı dələduzluq etməsi barədə müraciəti əsasında toplanmış materialda Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin nəzərdə tutulmuş dələduzluq cinayətinin tərkib əlamətləri olmadığına görə həmin xüsusat üzrə üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan 02 iyun 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Cavabdeh Adil X3 Nazirliyinin Gəncə şəhər Nizami rayon X2 işə düzəlmək adı ilə pul alması barədə müraciət əsasında toplanmış HK- 1/416 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı ərizə və izahatında göstərdiyi Bakı şəhər sakini Nadir adlı şəxsin ondan 14000 manat pul alması faktı Bakı şəhər inzibati ərazisində baş verdiyi üçün İddiaçı həmin xüsusat üzrə ərazi aidiyyəti üzrə müraciət etməsinin məqsədə müvafiqliyi izah edilmişdir. Material üzrə araşdırma zamanı izahatı alınmış X7 izahatında bildirmişdir ki, Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə idarəsində işə düzəlmək üçün 9000 manat pul düzəldib İddiaçı vermişdir. İki ay keçdikdən sonra İddiaçı zəng edib işinin düzəlib-düzəlmədiyi ilə maraqlanmışdır. Adil ona işinin düzələcəyini bildirsə də, o, İddiaçılə razılaşmayıb verdiyi pulu geri istəmişdir. İddiaçı ondan aldığı pul tam şəkildə qaytarmışdır. Adilin kimin vasitəsi ilə onu işə düzəltdirəcəyi şəxsi şəxsən görməmiş, Adilə pulu ikisi təklikdə olan zaman vermiş, sonuncu da onun pulunu qaytarmış və heç bir narazılığı yoxdur. Material üzrə araşdırma zamanı izahatı alınmış X5 və X6 da X7 ilə analoji izahatlar vermişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmamalıdır. Belə ki, iddiaçı tələbində üç ayrı tanışını işə düzəltmək üçün hər birindən 9000 manat almaqla, cəmi 27000 manat pulu cavabdehə verdiyini, lakin cavabdehin verdiyi sözə əməl etməyərək, həmin şəxsləri işə düzəltmədiyini və aldığı pulu geri qaytarmadığını, bu səbəbdən həmin şəxslərin pulunu öz vəsaiti hesabına ödədiyini bildirərək, 27000 manat pulun cavabdehdən tutularaq ona qaytarılmasını tələb etmişdir. Cavabdeh isə məhkəmə iclasında bildirmişdir ki, iddiaçının iddia ərizəsində göstərdiklərinin hamısı yalandır. Belə ki, o, iddiaçıdan və ya onun vasitəsilə heç bir şəxsdən kimlərinsə işə düzəlməsi üçün pul almamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından cavabdehlə aralarında iddia ərizəsində göstərilən məzmunda razılığın olmasını, bu razılığın müqabilində iddiaçının cavabdehə ümumilikdə 27000 manat pul verməsinin həqiqiliyini sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Lakin, İddiaçı tərəflər arasında iddia tələbində göstərilən məzmunda razılığın olması, həqiqətən də iddianın predmeti olan pul məbləğinin cavabdehə verilməsinə dair sübutlarını iddia ərizəsinə əlavə etməmiş, məhkəmə baxışı zamanı iddianı təsdiq edə biləcək sübutları təqdim etməsi məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq, iddiaçı bu sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbini təsdiq edən lazımi sübutlar məhkəməyə təqdim olunmadığından, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar