Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-2205/2020 30.07.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, iddiaçı BOKT “xxxxxxxx” MMC-nin Cavabdeh qarşı «kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi» tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdi: İddiaçı BOKT “xxxxxxxx” MMC Cavabdeh qarşı «kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi» tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş məhkəmənin icaatında olarkən iddiaçı BOKT “xxxxxxxx” MMC-nin nümayəndəsi X1 məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh tərəfindən borc tam ödənildiyindən, iş üzrə ərizənin və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Cavabdeh məhkəmə iclasında onun razılığını almaq mümkün olmadığı kimi, iddiaçınin iradəsi iddia ərizəsinin qaytarılması istiqamətində olduğundan, məhkəmə hesab edir ki, buna zərurət də mövcud deyildir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılmalı, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı BOKT “xxxxxxxx” MMC-nin Cavabdeh qarşı «kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi» tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(043)-2205/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-2205/2020
30.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver