Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-2209/2020 15.07.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlu, İddiaçı MMC-in Cavabdeh qarşı vurulmuş ziyana görə 986 manat pulun tutulması tələbinə dair kiçik iddia üzrə ərzəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə məhkəmə binasında, məhkəmə iclasından kənar ayrıca prosessual qaydada baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı MMC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən vurulmuş ziyana görə 986,00 manat pulun və dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun cavabdehdən alınaraq xeyrlərinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Ərizədən və ona əlavə olunmuş sənədlərdən görünür ki, tələb hüququ barədə mübahisə vardır. Belə ki təqdim olunmuş aktivlər üzrə inventarizasiya nəticələrinə dair aktdan görünür ki, cavabdeh həmin akt üzrə hesablanmış məbləğlə razılaşmamışdır. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraatdan bəhs edən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 284-3-cü maddəsinə əsasən tələbin əsaslığını təsdiq edən sənəd ərizədə göstərilməlidir. MPM-in 284-4 maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa məhkəmə ərizənin qəbul olunmasından imtina edir. MPM-in 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul olunmasından imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Beləliklə, məhkəmə qanunun göstərilən müddəalarına əsaslanaraq hesab edir ki, İddiaçı MMC-in Cavabdeh qarşı vurulmuş ziyana görə 986 manat pulun tutulması tələbinə dair ərzəsinin icraata qəbul edilməsindən imtina edilməli, iddiaçıya iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsini rəhbər tutaraq, Q Ə R A RA ALDİM: İddiaçı MMC-in Cavabdeh qarşı vurulmuş ziyana görə 986 manat pulun tutulması tələbinə dair ərzəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-2209/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-2209/2020
15.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver