Məhkəmə qərarları › İş №2(043)-2210/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2210/2020

21.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2210/2020 21.08.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, iddiaçı “xxxxxxxxxxx”MMC-in Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı “xxxxxxxxxxx” MMC Cavabdeh qarşı«pul» tələbinə dair kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, X2 qol saatı üçün 756 (yeddi yüz əlli altı) manat ödənilməmiş hissə, 76 (yetmiş altı) manat cərimə, cəmi 832 (səkkiz yüz otuz iki) manat, İMEi kodu **********72338 Samsung Galaxy A70 markalı telefon üçün 927 (doqquz yüz iyirmi yeddi) manat ödənilməmiş hissə, 93 (doxsan üç) manat cərimə, cəmi 1020 (bir min iyirmi) manat ümumilikdə 1852 (bir min səkkiz yüz əlli iki) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1882 (bir min səkkiz yüz səksən iki) manat Cavabdeh alınaraq “xxxxxxxxxxx” X1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, “xxxxxxxxxxx” MMC ilə xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrinə əsasən, X2 qol saatı və İMEi kodu **********72338 Samsung Galaxy A70 markalı telefon almış və nəticədə 1852 (bir min səkkiz yüz əlli iki) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 774 (yeddi yüz yetmiş dörd) manat (9 ay x 84 manat + 18 manat ilkin ödəniş) olan X2 qol saatı üçün 832 (səkkiz yüz otuz iki) manat olmaqla ondan, 756 (yeddi yüz əlli altı) manat ödənilməmiş hissə, 76 (yetmiş altı) manat cərimə borcu yaranmışdır. xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1044 (bir min qırx dörd) manat (9 ay x 103 manat + 117 manat ilkin ödəniş) olan İMEi kodu **********72338 Samsung Galaxy A70 markalı telefon üçün 1020 (bir min iyirmi) manat olmaqla ondan, 927 (doqquz yüz iyirmi yeddi) manat ödənilməmiş hissə, 93 (doxsan üç) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 135 (bir yüz otuz beş) manat təşkil edir. 2-ci bəndə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş edib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Beləki, işmateriallarınaəlavəedilmiş: “xxxxxxxxxxx” MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il və xx.xx.2019-cuil tarixli müqavilələrdən görünür ki, “xxxxxxxxxxx” MMC alıcıya dəyəri 774 (yeddi yüz yetmiş dörd) manat olan X2 qol saatı və 1044 (bir min qırx dörd) manat olan İMEi kodu **********72338 Samsung Galaxy A70 markalı telefon markalı telefonlarındəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəyəcəyi və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar X2 qol saatı üçün hər ay 84 manat və İMEi kodu **********72338 Samsung Galaxy A70 markalı telefon üçün hər ay 103 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. xx.xx.2020-ci il tarixli “xxxxxxxxxxx” MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2019-cuil tarixli müqaviləyə əsasən “xxxxxxxxxxx” MMC-dən X2 qol saatı üçün 9 ay müddətinə ödəmək şərti ilə dəyəri 774 (yeddi yüz yetmiş dörd) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 756 (yeddi yüz əlli altı) manat borcunu ödəmədiyindən, həmin məbləğə 76 (yetmiş altı) manat cərimə hesablanmış, xx.xx.2019cuil tarixli müqaviləyə əsasən “xxxxxxxxxxx” MMC-dən İMEi kodu **********72338 Samsung Galaxy A70 markalı telefon üçün 9 ay müddətinə ödəmək şərti ilə dəyəri 1044 (bir min qırx dörd) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 927 (doqquz yüz iyirmi yeddi) manat borcunu ödəmədiyindən, həmin məbləğə 93 (doxsan üç) manat cərimə hesablanmışdır. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, “xxxxxxxxxxx” MMC-nin xeyrinə Cavabdeh X2 qol saatı üçün 756 (yeddi yüz əlli altı) manat ödənilməmiş hissə, 76 (yetmiş altı) manat cərimə, cəmi 832 (səkkiz yüz otuz iki) manat, İMEi kodu **********72338 Samsung Galaxy A70 markalı telefon üçün 927 (doqquz yüz iyirmi yeddi) manat ödənilməmiş hissə, 93 (doxsan üç) manat cərimə, cəmi 1020 (bir min iyirmi) manat ümumilikdə 1852 (bir min səkkiz yüz əlli iki) manat pul tutularaq iddiaçıya qaytarılmalıdır. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı “xxxxxxxxxxx” MMC-nin xeyrinə 1683 (bir min altı yüz səksən üç) manat əsas borc, 169 (bir yüz altmış doqquz) manat cərimə və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1882 (bir min səkkiz yüz səksən iki) manat məbləğində pul tutulsun. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində X3 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar