Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2223/2021 06.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “VAZ 21154” markalı **-CZ-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyana görə ödənilmiş 1805 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “VAZ 21154” markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” ASC-də AZ/MİB/12/1209/184 nömrəli şəhadətnamə ilə 25.10.2012-ci il tarixdən 24.11.2014-cü il tarixədək “Avtonəqliyyat vasitələrinin kompleks sığortası” ilə sığortalanmışdır. Cavabdeh 22 aprel 2013-cü il tarixdə Gəncə şəhəri, N.Nərimanov prospekti ilə idarə etdiyi VAZ 21150 markalı **-LH-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən qarşı zolağa çıxaraq, qarşı tərəfdən gələn VAZ 21154 markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində həmin avtomobilə maddi ziyan dəymişdir. Hadisə ilə bağlı cavabdeh Gəncə şəhəri DYPŞtərəfındən Cavabdeh barəsində İXM-nin 151.2-ci maddəsi ilə 28.04.2013-cü il tarixli, AYP 633945 saylı inzibati xəta haqqında protokol tərtib tərtib edilmişdir. “xxxx” ASC tərəfindən VAZ 21154 markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyan 2155 manat məbləğində müəyyən edilmiş, həmin məbləğdən 350 manat azaldılma çıxılaraq, avtomobilin sahibinə 1805 manat ödənilmişdir. İddiaçı “xxxx” ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilib, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ/MİB/12/120/184 saylı avtonəqliyyat vasitələrinin kompleks sığortası şəhdətnaməsinin surətindən görünür ki, VAZ 21154 markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobil 25.10.2012-ci il tarixdən 24.11.2014-cü il tarixədək “xxxx” ASC-də sığorta olunmuşdur. Sığorta şəhadətnaməsinə əsasən sığorta dəyəri 8120 manat, sığorta məbləği 8120 manat, sığorta haqqı 337 manat, şərtsiz azadolma məbləği isə 350 manat müəyyən edilmişdir. İş materiallarında olan AA seriyalı, 527825 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, VAZ-21150 markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X1r. İş materiallarında olan Cavabdeh Gəncə şəhər BPİ DYPŞ-də verdiyi izahatından görünür ki, 22.04.2013-cü il tarixdə saat 4 radələrində etibarnamə ilə idarə etdiyi VAZ- 21150 markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri, N.Nərimanov prospekti ilə saatda 20-30 km sürətlə hərəkət etmişdir. Yanacaqdoldurma məntəqəsinə 20 metr qalmış yanında olan sərnişini düşürüb hərəkət etməyə başlamışdır. Yanacaqdoldurma məntəqəsinin qarşısında sola dönmə işığını yandırıb geriyə qayıtmaq istəmişdir. Həmin vaxt qabağa və arxaya baxıb hərəkətdə olan maşın görmədiyinə görə geriyə manevr etmişdir. Bu an arxadan gələn VAZ 21154 markalı avtomobil onun avtomobilinin arxa sol qanadına vurmuşdur. Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə maddi ziyan dəymişdir. İş materiallarında olan 28.04.2013-cü il tarixli, AYP seriyalı, 633945 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh VAZ-21150 markalı, **- LH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Gəncə şəhəri N.Nərimanov prospektində qarşı zolağa çıxaraq geriyə doğru manevr etmiş və arxadan gələn VAZ- 21150 markalı avtomaşınla toqquşmuşdur. Baş vermiş hadisə ilə əlaqədar Məmmədov X2 Xətalar Məcəlləsinin 151.2.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 60 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş dəymiş zərərin hesabatından görünür ki, VAZ 21154 markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyan üzrə ehtiyyat hissələrinin və təmir işlərinin ümumi dəyəri 2155 manat təşkil edir. İş materiallarında olan sığorta ödənişi aktının və ödəniş tapşırığının surətindən görünür ki, “xxxx” ASC tərəfindən VAZ 21154 markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 1805 manat sığorta ödənişi ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh 22.04.2013-cü il tarixdə etibarnamə ilə idarə etdiyi VAZ 21150 markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmiş və nəticədə iddiaçı “xxxx” ASC-də sığortalanmış VAZ-21154 markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Cavabdeh həmin yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinərək inzibati qaydada tənbeh edilmişdir. “xxxx” ASC tərəfindən VAZ-21154 markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 1805 manat zərər məbləği avtomobilin sahibinə ödənilmişdir. Bununla da iddiaçının sığorta müqaviləsi üzrə hadisənin baş verməsində təqsiri olan cavabdehə qarşı ödəmiş olduğu sığorta məbləği həddində subroqasiya hüququ yaranmışdır. Odur ki, cavabdehdən 1805 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1805 (min səkkiz yüz beş) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul alınaraq “xxxx” ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-2223/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2223/2021
06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver